Böyük Zəfərə aparan strateji yolun başlanğıcı...
13.05.2026 [10:51]
Bişkek protokolunun imzalanmasından 32 il ötür
SSRİ-nin dağılması ilə müstəqillik əldə edən Azərbaycan böyük bir sınaqla üz-üzə qalmalı oldu. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, cəbhədə ardıcıl itkilər yaşanırdı. Eyni zamanda, ölkə daxilində hakimiyyətsizlik, siyasi qarşıdurmalar və idarəçilik böhranı hökm sürürdü. AXC-Müsavat hakimiyyətinin səriştəsiz siyasəti ölkəni vətəndaş qarşıdurması və parçalanma təhlükəsi ilə qarşılaşdırmış, dövlət institutları faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Orduda vahid komandanlığın olmaması, nizamsız silahlı dəstələrin fəaliyyəti və diplomatik təcrid Azərbaycanın vəziyyətini daha da ağırlaşdırırdı.
Məhz belə taleyüklü bir mərhələdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev öz uzaqgörənliyi və qətiyyəti ilə dövlətin xilası naminə mühüm addımlar atdı. Ulu Öndər yaxşı anlayırdı ki, ilk növbədə Azərbaycanı xaosdan, parçalanmadan və məhv olmaq təhlükəsindən qorumaq lazımdır. Bu baxımdan cəbhədə atəşkəsə nail olunması sadəcə müharibənin dayandırılması deyil, dövlət quruculuğu, nizami ordunun formalaşdırılması və beynəlxalq mövqelərin gücləndirilməsi üçün həyati zərurət idi. 1994-cü ilin mayında imzalanan Bişkek Protokolu Azərbaycan dövlətçiliyinin qorunması və gələcək qələbənin təməlini qoyan mühüm siyasi addımlardan biri kimi tarixə düşdü. Bişkek Protokolu ilə əldə edilən atəşkəs Azərbaycan xalqına nəfəs dərmək, iqtisadi və siyasi sabitliyi bərpa etmək imkanı verdi.
Protokolda nə deyilirdi?
Protokolun imzalanması əslində Azərbaycana münaqişənin həlli istiqamətində mane olan bir sıra problemləri həll etməyə imkan yaradırdı. Yeni yaranan müstəqil bir dövlət olaraq xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsi, dünya ictimaiyyəti arasında münaqişə ilə bağlı təbliğat aparılması, o cümlədən iqtisadiyyatın yenidən qurulması, dövlətlərarası münasibətlərin formalaşdırılması üçün Azərbaycanın vaxta, zamana ehtiyacı vardı. Atəşkəs məhz dövlət quruculuğu prosesində Azərbaycanın düz yolda olduğunu sübuta yetirən ən böyük faktor oldu.
Nəzərə alsaq ki, hələ protokol imzalanmamışdan öncə münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi və bu qətnamələrin hamısı da birmənalı olaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edirdi, bu ölkə diplomatiyasının ilk istinad nöqtəsinə çevrildi.
Bişkek protokolunda qeyd olunurdu ki, münaqişənin davamı tək Azərbaycan və ya Ermənistan üçün deyil, beynəlxalq təhlükəsizliyə təhlükə yaradır və müharibə regionun digər ölkələrinin də maraqlarına uyğun gəlmir. Bundan başqa bir daha 1994-cü il 15 aprel MDB Dövlət Başçıları Şurasının qərarını dəstəkləndiyi (bu bəyannamədə MDB-yə üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət ifadə olunub) və hərbi münaqişənin tənzimlənməsi və tezliklə həll olunmasına yardım göstərilməsi razılaşdırıldığı sənəddə öz əksini tapıb. Razılaşmaya əsasən, məsələnin həllinə ilk növbədə BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin prinsipi və məramı əsasında baxılmalıdır. Münaqişə aparan tərəflər isə bu məqamlara diqqət yetirilməyə çağırıldı: atəşə 8-9 mayda son verilsin. 1994-cü ilin 18 fevralında qəbul olunan protokol əsasında və ən az müddətdə hüquqi razılaşma sənədinin əldə olunması üçün iş aparılmalıdır. Bununla yanaşı, həll mexanizmləri araşdırılarkən hərbi əməliyyat və düşmənçilik-ədavət aparılmamalıdır, işğal olunmuş ərazilərdən hərbi qüvvələr çıxarılmalı və funksional kommunikasiya vasitələri bərpa olunmalı, qaçqınlar öz torpaqlarına geri qaytarılmalıdır. Tənzimləmə istiqamətində MDB Parlamentlərarası Assambleyasının nümayəndəsi V.F.Şumeyko və Assambleyanın Dağlıq Qarabağ üzrə sülhməramlı qrupunun rəhbəri M.Ş.Şerimkulovun göstərdiyi təşəbbüslər hər iki tərəflə razılaşdırılacaq.
Bakının qətiyyəti ilə...
Maraqlı məqamlardan biri isə protokol hazırlanan zaman rəsmi Bakının ortaya qətiyyət qoyması olmuşdu - qeyd edək ki, əvvəlcə protokolun mayın 5-də imzalanması nəzərdə tutulmuşdu. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, “Qarabağın erməni icması” adından qondarma qurumun “parlament sədri” Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilovdan başqa hamı bu sənədi imzaladı - Cəlilov isə imzalamaqdan imtina etdi. Görüşün yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərildi. Bu sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurətini isə Azərbaycan tərəfindən imzalanması üçün Bakıya ATƏT-in Minsk qrupundakı Rusiyanın təmsilçisi Vladimir Kazimirov gətirib. O, mayın 8-də Azərbaycan tərəfinə yenidən bu protokolu imzalamaq təklif etdi. Azərbaycan isə sənədə Qarabağın azərbaycanlı icmasının rəhbəri, o dövrdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənovun adını əlavə etdi. Beləliklə, sənəd Azərbaycanın qətiyyəti ilə yeni formatda imzalandı.
Sabahın təməlini qoyan dünən...
Bu sənədin imzalanması Azərbaycan dövlətçiliyinin qorunması, torpaqların işğaldan azad edilməsi istiqamətində aparılan fəaliyyətin gücləndirilməsi üçün mühüm xarakter daşıyırdı. O baxımdan ki, bu gün Azərbaycan iqtisadiyyatının güclənməsi, dövlət büdcəsinin və hərbi xərclərin artırılmasında mühüm rola malik, ulu öndər Heydər Əliyevin qurduğu güclü, qüdrətli və varlı Azərbaycanın əsas stimulu “Əsrin müqaviləsi”nin imzalanmasına məhz bu atəşkəsin nəticəsində nail olundu.
Tarix sonradan sübut etdi ki, bu strateji qərar Azərbaycanın gələcək zəfərinin əsasını təşkil edib. Atəşkəs dövründə güclü dövlət və müasir ordu quruculuğu həyata keçirildi, milli birlik daha da möhkəmləndi. Nəticədə, İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Ordusu möhtəşəm qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu gün Bişkek Protokoluna yalnız atəşkəs sənədi kimi deyil, Azərbaycanın xilası və Böyük Zəfərə aparan strateji yolun başlanğıcı kimi baxılır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

