Azyaşlıların və körpələrin Aşura mərasimində iştirakı…
15.07.2024 [20:06]
Sağlamlıq və təhlükəsizlik baxımından məqsədəuyğun deyil
Sabah Məhərrəm ayının 10-cu günü, Aşura günüdür. Qeyd edək ki, Hicri təqvimi ilə 61-ci, miladi təqvimi ilə isə 680-ci ildə Kərbəla düzündə baş vermiş qeyri-bərabər döyüşdə İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) nəvəsi, IV İslam xəlifəsi, şiələrin birinci imamı Həzrəti Əli ibn Əbu Talibin oğlu İmam Hüseyn və ailə üzvləri Yezid ibn Müaviyənin göstərişi ilə qətlə yetirilib. Bu tarix əsrlərdir ki, İmam Hüseyn tərəfdaları tərəfindən yas günü kimi qeyd edilir.
Qeyd edək ki, Aşura günü Azərbaycanda da xüsusi qaydada qeyd olunur, məscidlərdə əzadarlıq edilir, qanvermə mərasimi keçirilir. Uzun illər bu mərasimlər fərqli ayinlərlə keçirilsə də, son vaxtlarda əsasən məscidlərdə qanvermə aksiyaları baş tutur, ehtiyacı olan insanlar üçün donor qanı toplanır. Bu kimi humanist addım isə Aşura fəlsəfəsi ilə tam uyğun gəlir – insanın özünə qəsd etməsini və ya xəsarət yetirməsini istisna edən İslam dini daima birliyi, humanizmi təbliğ edir. O baxımdan, İmam Hüseyn təziyələrinin formatına bu kimi humanist ştrixlərin gətirilməsi olduqca mühüm əhəmiyyət daşıyır.
Ali dəyərlərə malik dinimizdə insanın özünə qarşı hər hansı bir xəsarət yetirməsi birmənalı şəkildə bəyənilmir, qəbul olunmur. «Təzəpir», «Bibiheybət» məscidlərində, eləcə də digər şəhərlərimizdə və rayonlarımızda ehtiyacı olanlar üçün qanvermə aksiyalarının təşkil edilməsi, yığılan qanın ehtiyatı talassemiyalı xəstələrə və digər ehtiyacı olanlara verilməsi xalqımızın bu nəcib tarixə münasibətinin təcəssümüdür. Ümumiyyətlə, İmam Hüseyn tərəfdarlarının haqqın, mənəviyyatın saflığı uğrunda şəhadətə yetişdiyi bu müqəddəs günlər bədbinlik əhval-ruhiyyəsinin təlqini kimi deyil, Vətən, iman və yaşam sevgisinin təcəssümü, fədakarlıq və dəyanət örnəyi kimi səciyyələndirilməli, bu istiqamətdə təbliğ olunmalıdır və ölkəmizdə də məhz təziyələr bu istiqamətdə aparılır. Bəli, Məhərrəm ayı Həzrət Peyğəmbərin buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aydır və əzadarlıq məclislərində, təziyələrdə zəncir vurub baş yarmaq, bədənə xəsarət yetirmək əvəzinə qanvermə aksiyalarının təşkili humanist ənənə kimi İslamın əsl məqsədlərini bir daha təbliğ edir, dünyaya yayır.
Bu kimi dini əzadarlıq tədbirlərində sıxlıqların yaşanması da sirr deyil. Bu mənada, yaşanma ehtimalı yaranan hər hansı bir təhlükənin qarşısını almaq üçün cəmiyyət olaraq əl-ələ verməliyik. Bəzi hallarda Aşura mərasimlərinə, əzadarlıq tədbirlərinə azyaşlı, hətta körpələrin aparılması halları da baş verir ki, bu da müəyyən təhlükələr yaradır – isti havada sıxlığın yaşanması, izdiham arasında həmin azyaşlıların xəsarət alması ehtimalı yaranır ki, bu da müəyyən mənfi nəticələrə yol aça bilər. Bu mənada, azyaşlıların və körpələrin sağlamlığı və təhlükəsizliyi baxımından onların bu kimi tədbirlərə gətirilməsi və iştirakı məqsədəuyğun deyil.
Qeyd edək ki, bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib. Muraciətdə bildirilir ki, dini etiqad azadlığı haqqında" Qanuna əsasən, dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir. Bütün mərasimlər zamanı, o cümlədən cari ilin iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür: "Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar.
Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin qorunması məqsədi daşıyan bu müraciətə həssas yanaşacağınıza ümid edir, anlayışınıza görə təşəkkür edirik".
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30

