/ / “Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub
“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub
23.09.2026 [15:54]
Formula 1 üzrə dünya çempionatında çıxış edən “Cadillac” komandasının pilotları Azərbaycan Qran-Prisindən gözləntilərini açıqlayıblar.
AZƏRTAC “Cadillac”ın rəsmi saytına istinadən xəbər verir ki, komanda Azərbaycan Qran-Prisində yüksək nəticə qazanmağa ümid edir.
Komandanın pilotu Serxio Peres Bakı Şəhər Halqasının onun üçün uğurlu tras olduğunu bildirib. Meksikalı sürücü 2021 və 2023-cü illərdə Azərbaycan Qran-Prisinin qalibi olub, 2016, 2018 və 2022-ci illərdə isə podiuma yüksəlib:
“Madriddəki yarışımız avtomobili finişə çatdırmalı olduğumuz ana qədər çox yaxşı gedirdi. Düşünürəm ki, bu, mövsüm ərzində ən güclü çıxışımız idi. İndi yenidən trasda olmaq və bu həftəsonu həmin nəticəni təkrarlamağa çalışmaq istəyirəm. Bakı keçmişdə uğur qazandığım traslardan biridir. Ümid edirəm ki, sərbəst yürüşlərdə yaxşı ritm tutaraq komandanın layiq olduğu nəticəni əldə edə biləcəyik”, - deyə Peres qeyd edib.
Valtteri Bottas da Bakı trasının xüsusiyyətlərinin pilotlardan yüksək dəqiqlik tələb etdiyini vurğulayıb. Finlandiyalı sürücü 2019-cu ildə Azərbaycan Qran-Prisinin qalibi olub, 2017-ci ildə ikinci yeri tutub və 2018-ci ildə ən sürətli dövrəyə imza atıb.
“Azərbaycanda yarış həftəsi həmişə hadisələrlə zəngin keçir. Bakı Formula 1-də ən uzun düz yola malikdir, lakin bu, trasın digər hissələrinin yüksək texniki xüsusiyyətlərini kölgədə qoymur. Burada sükandan və qaz pedalından istifadə zamanı çox dəqiq olmaq, trasda ilişmənin aşağı səviyyədə olduğunu və divarların çox yaxın yerləşdiyini daim nəzərə almaq lazımdır. Bütün bunları düzgün yerinə yetirdikdə Bakı trası sizi mütləq mükafatlandırır. Bakı ilə bağlı gözəl xatirələrim var. 2019-cu ildə burada qalib gəlmişəm və buna görə də bu şəhərə qayıtmaq həmişə mənim üçün xüsusi və xoşdur”, - deyə Valtteri Bottas bildirib.
“Cadillac” komandasının rəhbəri Marsin Budkovski isə deyib ki, Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində həyəcanlı və dramatik yarışları ilə Formula 1 təqvimində özünəməxsus yer tutub. Onun sözlərinə görə, komandanın heyətində Bakı Şəhər Halqasını yaxşı tanıyan iki pilotun olması əlavə üstünlük yaradır.
“Cadillac” komandası Azərbaycan Qran-Prisində avtomobilinin kiçik aerodinamik yeniliklərini sınaqdan keçirəcək. Komanda bu yenilikləri sərbəst yürüşlər zamanı qiymətləndirəcək. Bundan əlavə, Serxio Peres Bakı yarışında yeni spesifikasiyalı “Ferrari” güc qurğusundan istifadə edəcək.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44

