/ / Yasamal rayonunda “23 İl: Milli maraqların qorunması və dövlətçilik strategiyası” mövzusunda tədbir keçirilib
Yasamal rayonunda “23 İl: Milli maraqların qorunması və dövlətçilik strategiyası” mövzusunda tədbir keçirilib
15.10.2026 [17:08]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqilliyin Bərpası Günü”nün 35 illiyi və Möhtərəm cənab Prezident İlham Əliyevin prezident seçilməyinin 23-cü ildönümü münasibətilə “23 İl: Milli maraqların qorunması və dövlətçilik strategiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən Şahlar Əsgərov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Zaur Əliyev, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti sədrinin müavini Hidayət Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə şurasının sədri Fərhad Qaraşov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, “H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir iştirakçılarına mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev öncə tədbir iştirakçılarını, partiya fəallarını və qonaqları salamlayaraq, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu görüşün böyük ictimai-siyasi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. B.Nəbiyev vurğulayıb ki, müzakirə olunan “23 İl: Milli maraqların qorunması və dövlətçilik strategiyası” mövzusu müasir Azərbaycanın inkişaf salnaməsini, keçdiyi şərəfli yolu və qazandığı tarixi nailiyyətləri özündə təcəssüm etdirən mühüm bir konsepsiyadır. Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti məhz onun uzaqgörən siyasəti, möhkəm iradəsi və milli maraqlara söykənən dövlətçilik strategiyası sayəsində məhv olmaq təhlükəsindən xilas olaraq inkişaf yoluna qədəm qoymuşdur. Bu siyasi xəttin 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq böyük qətiyyətlə və uğurla davam etdirildiyini bildirən B.Nəbiyev, ötən 23 ilin Azərbaycanın hərtərəfli tərəqqisi, iqtisadi müstəqilliyinin təmini və beynəlxalq müstəvidə nüfuzunun misilsiz dərəcədə artması dövrü olduğunu vurğulayıb.B.Nəbiyev xüsusilə diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan hər zaman öz milli maraqlarını qətiyyətlə qorumuş, heç bir kənar təzyiqə boyun əyməmiş və müstəqil qərar qəbul etmək gücünü bütün dünyaya sübut etmişdir. Bu strateji kursun ən muhtəşəm Zirvəsi isə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın liderliyi və rəşadətli Ordumuzun şücaəti ilə əldə olunmuş Tarixi Zəfər, torpaqlarımızın azad edilməsi və ölkəmizin suverenliyinin tam bərpa olunmasıdır. Çıxışının sonunda B.Nəbiyev YAP Yasamal rayon təşkilatının hər bir üzvünün dövlətçilik ənənələrinə, Ulu Öndərin irsinə və cənab Prezidentin siyasi kursuna sonadək sadiq olduğunu bəyan edib.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov öz çıxışında Yeni Azərbaycan Partiyasının yaranması və formalaşması prosesinin Azərbaycan dövlətçiliyinin xilasetmə missiyası ilə birbaşa bağlı olduğunu vurğulayıb. M.Mərdanov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə xaos və anarxiyaya son qoyulub, güclü dövlətçilik təsisatlarının bünövrəsi qoyulub. Natiq bildirib ki, Heydər Əliyev müəyyənləşdirdiyi strateji xətt bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. M.Mərdanov təhsil, elm və gənclərin milli ruhda tərbiyə olunmasının dövlətçilik strategiyasının əsas dayaqlarından biri olduğunu qeyd edərək, müasir Azərbaycan gəncliyinin öz tarixi köklərinə və milli maraqlarına sadiq yetişdiyini, dövlətçiliyimizin keşiyində hər zaman ləyaqətlə dayanacağına inamını ifadə edib.
Çıxış edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov milli maraqların qorunması və dövlətçilik strategiyasının həyata keçirilməsinin eyni zamanda ölkənin təbii sərvətlərinin və ekoloji təhlükəsizliyinin təmin olunmasında özünü göstərdiyini diqqətə çatdırıb. V.Kərimov vurğulayıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində aparılan genişmiqyaslı quruculuq işləri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri Azərbaycanın dövlətçilik gücünün və ekoloji strategiyasının bariz göstəricisidir. Nazir müavini ölkəmizin mötəbər qlobal tədbirə ev sahibliyi etməsini beynəlxalq nüfuzumuzun və milli maraqlarımızın qətiyyətli müdafiəsinin nəticəsi kimi qiymətləndirib və ekoloji siyasətin hər zaman xalqımızın rifahına xidmət edəcəyini bildirib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov çıxışında güclü dövlətin təməlində dayanan əsas amillərdən birinin də sağlam cəmiyyət və müasir səhiyyə sistemi olduğunu vurğulayıb. N.Pənahov bildirib ki, ötən 23 il ərzində ölkədə səhiyyə sahəsində həyata keçirilən köklü islahatlar, tibb müəssisələrinin modernləşdirilməsi və kadr potensialının gücləndirilməsi dövlətin sosial yönümlü siyasətinin əyani sübutudur. Rektor rəhbərlik etdiyi institutun hər zaman bu ali strategiyaya sadiq qalaraq, yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasına və həkimlərin peşəkarlıq səviyyəsinin artırılmasına mühüm töhfələr verdiyini, Azərbaycan səhiyyəsinin xalqın sağlamlığı keşiyində bundan sonra da ləyaqətlə dayanacağını qeyd edib.
Məruzələrdən sonra bir qrup Partiya üzvlərinə Fəxri fərman və hədiyyələr, partiya sıralarına yeni daxil olan şəxslərə Partiya vəsiqələri, təqdim olunub. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
Proqramın bədii hissəsində Azərbaycan Milli Konservatoriyası tərəfindən rəngarəng musiqi nömrələri təqdim edilib.
Tədbir xatirə şəkilinin çəkdirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Oktyabr 18:13
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
Gündəm
15 Oktyabr 16:53
YAP xəbərləri
15 Oktyabr 16:52
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Dünya
15 Oktyabr 13:12
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54
Gündəm
14 Oktyabr 19:46
Gündəm
14 Oktyabr 19:40
Gündəm
14 Oktyabr 19:31
Gündəm
14 Oktyabr 19:29
Gündəm
14 Oktyabr 19:17
YAP xəbərləri
14 Oktyabr 18:51
Dünya
14 Oktyabr 18:45
Elm
14 Oktyabr 17:52
Dünya
14 Oktyabr 16:51
Dünya
14 Oktyabr 15:47
YAP xəbərləri
14 Oktyabr 15:35
Mədəniyyət
14 Oktyabr 15:23
Sosial
14 Oktyabr 15:21
Siyasət
14 Oktyabr 15:20
Siyasət
14 Oktyabr 15:19
Siyasət
14 Oktyabr 15:18
Sosial
14 Oktyabr 15:08
Sosial
14 Oktyabr 15:08
İqtisadiyyat
14 Oktyabr 15:07
Sosial
14 Oktyabr 15:06
YAP xəbərləri
14 Oktyabr 15:04
YAP xəbərləri
14 Oktyabr 14:49
MEDİA
14 Oktyabr 13:46
İdman
14 Oktyabr 13:44
YAP xəbərləri
14 Oktyabr 13:00
Gündəm
14 Oktyabr 12:58
YAP xəbərləri
14 Oktyabr 12:42

