Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vahid geyim və ortaq məsuliyyət... “İcazə vermək olmaz ki, kənar təsirlər vüsət alsın” - Səlim Babullaoğlu

Vahid geyim və ortaq məsuliyyət... “İcazə vermək olmaz ki, kənar təsirlər vüsət alsın” - Səlim Babullaoğlu

15.10.2026 [09:49]

Məktəblərdə vahid geyim qaydalarına əməl edilməsi şagirdlər arasında nizam-intizamın qorunması və bərabər təhsil mühitinin formalaşdırılması baxımından mühüm məsələlərdən biridir. Son günlərdə geniş müzakirəyə səbəb olan məsələ və hadisələrlə bağlı Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu fikirlərini “Yeni Azərbaycan”la bölüşüb.

Onun sözlərinə görə, məktəblərdə vahid geyim qaydalarına əməl olunması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmaması və bərabər təhsil mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir: “Vahid məktəbli formasının olması uşaqların tərbiyəsinə, davranışına və məktəb mühitində bir-birinə münasibətinə ancaq yaxşı təsir edə bilər və etməlidir. Eyni zamanda, bu qaydaların qorunması milli-mənəvi dəyərlərin və məktəb mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Son baş verən hadisələr, yerli-yersiz, haqq-nahaq müzakirələr, lokal münaqişələr xoşagəlməzdir. Qəbul edilmiş qaydalara əməl olunmalıdır. İcazə vermək olmaz ki, bu məsələlərdə kənar qüvvələrlə körüklənən təsirlər vüsət alsın. Maraqlı olan qüvvələrə heç vəchlə iğtişaş və vətəndaş qarşıdurması yaratmaq üçün əsas vermək olmaz ki, təəssüf, bunun izləri sezilir”. S.Babullaoğlu qeyd edib ki, hər kəs öz təcrübəsindən danışanda daha səmimi olur: “Əgər mənim övladlarım məktəbli olsaydı, onların geyimi qəbul olunmuş qaydalara uyğun gəlməsəydi, mən onların geyimini həmin qaydalara uyğunlaşdırar, valideyn kimi onların təhsildən qalmasına icazə verməzdim. Və hesab etmirəm ki, bu mənim və övladlarımın müsəlman kimi inancımla və Azərbaycan türkü kimi mənəviyyatımla tərs düşərdi. İndiki halda isə məktəbli geyimləri adekvatdır.   Şəksiz, məsələnin dünyəviliyə və teoloji  baxışlara söykənən çox həssas tərəfləri var. Təkcə şagirdlərlə bağlı yox, elə müəllimlərlə də bağlı. Və bu və digər məqamlar, gələcəkdə həm Qafqaz Müsəlmanları İdarəsinin ruhaniləri, həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünas ekspertləri, həm Elm və Təhsil Nazirliyinin mütəxəssisləri, həm ictimaiyyətin aidiyyatlı, nüfuzlu, müstəqil nümayəndələrinin iştirakı ilə müzakiyəyə açıqdır. Fikrimcə, müzakirə olunmalıdır və inanıram ki, müzakirə olunacaq da. İstənilən, qərar və sərəncam, dünyagörüşü və fikirlər zaman-zaman baxılır, təftiş edilir, gerçəkliklə tutuşdurulur, təkrar nəzərdən keçirilir, təkamül edir və etməyə borcludur. Bütün sahələrlə bağlı... Bu həmişə belə olub, yaxın tariximizdə də bunun bir xeyli nümunələri var.  Azərbaycan xalqının ən böyük uğuru dövlətimizdir. Həm məni kimi s?ravi insanlar, həm də məmurlar onun bütövlüyünə, əmin-amanlığına xələl gətirəcək addımlardan mütləq qaçmaldırlar”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Siyasət

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31