Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

15.10.2026 [15:59]

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən “Təbriz küçəsi 19” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrlə bağlı görüş keçirilib.

Görüşdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Nərimanov rayon təşkilatının əməkdaşları, partiya fəalları, Ərazi Partiya Təşkilatlarının nümayəndələri və üzvləri iştirak etdiyi görüşdə Prezident İlham Əliyevin qurultaydakı nitqinin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Sərtac Atlas bildirib ki, Azərbaycanın davamlı inkişafının təmin olunması, milli maraqların qorunması və cəmiyyətdə dövlətçilik ideyalarının möhkəmləndirilməsi hər bir partiya üzvündən fəallıq və məsuliyyət tələb edir.

“Təbriz küçəsi 19” ünvanı üzrə ƏPT sədri Nəzakət Allahverdiyeva çıxışında ideoloji təhlükəsizliyin gücləndirilməsi, informasiya təxribatlarına qarşı mübarizə, gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi və partiya fəaliyyətində müasir yanaşmaların tətbiqi məsələlərinə toxunub.

Sonda partiya üzvlərinin Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində, ictimaiyyətlə əlaqələrin genişləndirilməsində və ölkəmizin uğurlarının təbliğində fəal iştirakının vacibliyi bildirilib.

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31