Düşmənin "ruhlar şəhəri"nə çevirdiyi Ağdam modern şəhərə çevrilir
20.11.2023 [15:41]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuz düşməni məğlub etdi. Haqq savaşına qalxan Azərbaycan xalqının Müzəffər Komandanının mükəmməl hərbi taktikası, uzaqgörən siyasəti sayəsində düşmənin mina tarlasına çevirdiyi torpaqlar, o cümlədən Ağdam heç bir itki vermədən, güllə atılmadan azadlığına qovuşdu.
Qalib lider İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam şəhəri azad edildikdən cəmi 3 gün sonra, 2020-ci il noyabrın 23-də Ağdama yollanması, Ağdam Cümə məscidini ziyarət edərək məscidin önündən bütün işğaldan azad edilən torpaqların bərpa ediləcəyini əzm və qətiyyətlə bildirməsi sevincimizə sevinc qatdı, ürəyimizi dağa döndərdi.
Prezident cənab İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Ağdam da böyük quruculuq-bərpa işləri başladı. Artıq düşmənin "ruhlar şəhəri", "Qafqazın Xirosiması"na çevirdiyi Ağdam gündən-günə dirçəlir, modern şəhərə çevrilir. 2021-ci il - Müstəqillik Günündə Ağdamın bərpasının başlanğıcı qoyulandan gündən ağdamlıların öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilməyə başladı. Ölkə başçımız dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və şəhərlərinə qayıdan insanlar üçün ən yaxşı həyat şəraiti yaradılacaq. Çünki bu insanlar uzun illər məcburi köçkün həyatı yaşayaraq çətinliklərə dözmüş, yurd həsrəti çəkmişlər.
Ağdama səfərləri çərçivəsində Prezident İlham Əliyevin açılışını etdiyi müəssisələr və təməlini qoyduğu obyektlər, baş planına uyğun olaraq əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması bu torpaqların yenidən dirçəlməsinin təsdiqidir. Azərbaycan xalqı əzmi, gücü, qətiyyəti sayəsində cəmi 44 günə işğal altında qalan tarixi torpaqlarını azad etdiyi kimi, indi də eyni qüdrəti nümayiş etdirərək, həmin yurdlara yenidən həyatı qaytarır.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən xalqımız bu gün 20 noyabr – Ağdam şəhəri gününü ruh yüksəkliyi ilə qeyd edir. 30 illik işğal dövründə öz yurdlarına dönmək həsrəti ilə yaşayan soydaşlarımız möhtəşəm quruculuq işlərinin həyata keçirildiyi Ağdamın gülüstana çevrildiyinin şahidi olurlar. Çəkilən yollar, salınan yaşayış massivləri, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, parklar dədə-baba yurdundan didərgin düşən yüz minlərlə soydaşımışı doğma ocağına daha da yaxınlaşdırır.
Bəli, Prezidentimiz, Ali Baş Komandan dahi siyasətinin nəticəsində illərlə düşmən işğalında qalan torpaqlarımız gülə-gülüstana çevrilir, hər bir azərbaycanlının ürəyini dağa döndərir. Ən əsası, Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti sayəsində soydaşlarımızın bu torpaqlarda əbədi olaraq firəvan yaşamaları şəhidlərimizin ruhu şad edir.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33

