İdarəçilk məktəbi
17.10.2023 [13:01]
Heydər Əliyev tariximizdə özünəməxsus yer tutan nadir tarixi simalardandır ki, xalqımızın XX əsrin sonunda əldə etdiyi nailiyyətlər məhz bu görkəmli dövlət xadiminin şərəfli adı ilə bağlıdır. Vətəni, xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərə görə dünyanın ən qüdrətli siyasətçiləri ilə bir sırada dayanan Heydər Əliyevin zəngin irsi bütöv bir idarəçilik məktəbini, xalqımızın dövlətçilik və azərbaycançılıq şüurunu, çağdaş ictimai-siyasi fikrin ən üstün keyfiyyətlərini özündə ehtiva edir.
1969–1982-ci illərdə Ulu Öndərin strateji təfəkkürü və uzaqgörənliyi sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu qət edərək keçmiş Sovet İttifaqının qabaqcıl respublikaları sırasına çıxdı. Bu illər tariximizə siyasi, iqtisadi, sosial, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqımızın milli mənlik şüurunun oyanışına, dövlətçilik təfəkkürünün formalaşmasına güclü təkan verdi. Məhz həmin dövrdə imperiya tərkibində olmağımıza baxmayaraq Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı.
Dövlətçiliyimizin müqəddəratının həll edildiyi, azadlığımızın və müstəqilliyimizin təhlükəyə məruz qaldığı 1993-cü ilin iyun günlərində xalqın təkidi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıdışı ölkəmizi məhv olmaq fəlakətindən qoruyub saxladı.
Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu Öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
“Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır” deyən Heydər Əliyev bununla həmin dövrlərdə Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu bildirirdi.
Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropa dövlətləri ilə münasibətlər məsələsi də yeni bir istiqamət təşkil edirdi. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni kurs çevik taktiki gedişlərlə həyata keçirildi. Qısa müddət ərzində Azərbaycanın özünə bir sıra Avropa ölkələri timsalında nüfuzlu müttəfiqlər qazanması Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu.
Azərbaycanın xarici siyasətinin özünəməxsus xüsusiyyətlərindən biri onun balanslaşdırılmış xarakter daşıması ilə səciyyələnməsidir. Ölkəmizin geosiyasi vəziyyəti və üzləşdiyi problemlər xarici siyasət kursunda müəyyən tarazlığı gözləməyi, Azərbaycanın manevr imkanlarını saxlamağı və regionda möhkəmlənmək uğrunda mübarizə aparan müxtəlif güc mərkəzləri arasındakı münasibətlərdən səmərəli istifadə etməyi zəruri edirdi. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə səfərləri, həmin ölkələrin dövlət başçıları, digər rəhbərləri və iş adamları ilə keçirdiyi məhsuldar görüşlər ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə təkan vermiş, onun keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoymasına münbit şərait yaratmışdır.
Azərbaycanın ardıcıl şəkildə Avratlantik məkanına inteqrasiyası da Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən idi. Belə ki, 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı yeni müstəqillik qazanmış ölkələrə təklif olunduqdan dərhal sonra Heydər Əliyev Brüsselə səfər edərək ölkəmizin bu proqrama qoşulması haqqında çərçivə sənədini imzalamışdır. Sonralar O, NATO-nun sammitlərində iştirak etmiş və Azərbaycanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlığının əsas prioritetlərini müəyyən etmişdir.
Ulu Öndər səfərə getdiyi hər bir ölkədə yeni münasibətlərin qurulmasında, bu münasibətlərin Azərbaycan dövləti və dövlətçiliyi üçün əhəmiyyətli dərəcədə inkişadfında maraqlı idi. Onun müxtəlif dövrlərdə ifadə etdiyi fikirlər, diplomatik gedişlər sonradan bu tarixi şəxsiyyətin nə qədər uzaqgörən olduğunu bir daha təsdiqləmiş oldu.
22 may 2001-ci il tarixində Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdə Ulu Öndərin səsləndirdiyi “Ölkəmizin Avropa Birliyinə daxil olması Avropanın mənəviyyat, ənənələr cəhətindən zənginləşdirilməsinə gətirib çıxaracaqdır. Azərbaycanın bugünkü reallığı Avropa və Şərq milli dəyərlərinin sintezindən ibarətdir. Avropa dəyərlərinin üzərinə bunu əlavə etsək, Avropa dəyərləri daha da zəngin olacaqdır” fikri olduqca dərin məna ifadə edirdi. Ümummilli lider Azərbaycanın dünya sivilizisaiyasında yerini xatırlatmaqla, bugünkü real mənzərəni təsvir edir, hələ o zaman Avropa parlamentərilərinə gələcəkdə Azərbaycanın mühüm rol oynayacağını xatırladırdı.
Ulu Öndər ATƏT-ə, onun Minsk qrupunun fəaliyyətinə münasibətini belə ifadə edirdi: “Biz hesab edirik ki, ATƏT-in prinsipləri dəyişilməz, pozulmaz olmalıdır. ATƏT-in prinsiplərini pozan Ermənistan cəzasız qalır. Hər iki ölkəyə eyni münasibət göstərilir. Baxmayaraq ki, bir ölkə təcavüzkardır, o birisi isə təcavüzə məruz qalmışdır. Əgər təcavüzkara lazımi cavab verilməsə, onun qarşısı alınmasa, yaxud təcavüzkar cəzalanmasa, təcavüzkarlar başqa yerlərdə də belə hərəkət edəcəklər.”
Zaman göstərdi ki, bu böyük tarixi şəxsiyyət heç vaxt yanılmamışdır. Minlərcə belə sitatlar gətirmək olar ki, dahi şəxsiyyətin uzaqgörən fikirləri bu gün reallığa çevrilmişdir. Azərbaycanın dövlətçilik tarixində özünəməxsus rolu olan ulu öndər Heydər Əliyevin hər kəlməsi, hər fikri bu gün öyrənilməyə və tədqiq edilməyə layiqdir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxHadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35

