“Qalib xalqın müzəffər Prezidenti İlham Əliyev” mövzusunda konfrans keçirilib
14.10.2023 [17:01]
13 oktyabr YAP Kəlbəcər rayon təşkilatı Gəncə şəhər Heydər Əliyev Mərkəzində 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı “Qalib xalqın müzəffər Prezidenti İlham Əliyev” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ərazi partiya təşkilatının sədrləri və YAP faəlları iştirak edirdilər.
Konfrans iştirakçıları Mərkəzin qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, gül dəstələri düzüblər.
Gəncə şəhər Heydər Əliyev Mərkəzində davam edən konfrans iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirin moderatoru YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 20 ili tamam olur və Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.
Konfransda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək, 2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına ünvanladığı, bu gün də hər birimizin yaddaşından silinməyən 1 oktyabr 2003-cü il tarixli müraciətini bir daha xatırladaraq vurğuladı ki, bu müraciət təkcə Ulu Öndərin deyil, bütövlükdə xalqımızın Heydər Əliyevin ən layiqli varisinə olan böyük inam və ümidinin təcəssümü kimi ortaya çıxmışdır. Ulu Öndər bu tarixi müraciəti ilə böyük zəhmət və uzaqgörənliklə əsasını qoyduğu siyasi kursu davam etdirə biləcək ünvanı dəqiq göstərmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram”.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onu da vurğuladı ki, artıq 20 ildir ki, müstəqil Azərbaycan dövlətçiliyi böyük uğurlara imza atır. Seçildiyi ilk gündən Prezident İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasəti Dağlıq Qarabağda böyük qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir.
Konfransda YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, bu gün çox mühüm bir siyasi hadisələrin astanasındayıq. Dünyanın templi ictimai-siyasi həyatı xalqımız və dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə -15 oktyabr 2003-cü il. Azərbaycan xalqı ilk dəfə 2003-cü ildə cənab İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasi kursunun davamına, xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Bu, ilk növbədə, xalqın müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevə olan inamının göstəricisi idi.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov onu da vurğuladı ki, böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Konfransda Vətən müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə sektor müdiri Musa Məmmədov, Kəlbəcər rayon 99 saylı tam orta məktəbin direktoru İsmət Nəcəfov, Kəlbəcər rayon 109 saylı tam orta məktəbin müəlliməsi Çinarə Eyvazova və digər çıxış edənlər bildirdilər ki, möhtərəm Prezidentimiz, YAP Sədri Cənab İlham Əliyevin Prezident seçildiyi 20 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirdiyini söylədi. Bildirdilər ki, məhz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 2020-ci il sentyabrın 27-də 30 il Qarabağ həsrətinə cəmi 44 gün ərzində Zəfərlə son qoyuldu. Bu qələbəmizlə bir daha dünyaya sübut etdik ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır və həmişə qalib xalq olaraq Müzəffər Ali Baş Komandan, qalib Liderimiz İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyirik. Çıxış edənlər, həmçinin dövlət başçımızla bir yerdə xalqımızın sevimlisi, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığlarını bildirdilər.
Sonda YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi Səkinə Baxışzədə konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış müraciəti oxudu.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

