Naqif Həmzəyev: Bacarıqlı kadrların irəli çəkilməsi xalqın və dövlətin maraqlarına xidmət edir
01.09.2020 [09:10]
“Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin inkişafına, xalqın güzəranının yaxşılaşmasına, cəmiyyətdə demokratik dəyərlərin daha da güclənməsinə hədəflənib. Xalqın və dövlətin maraqlarının, milli mənafelərin ön plana çəkilməsi bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsinə zəmin yaradıb”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, bu tərəqqinin, inkişafın geniş vüsət almasında məmur-vətəndaş münasibətlərinin xüsusi rolu var. Məhz bunun üçün Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemi daim təkmilləşdirilir, düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılır: “Təəssüflər olsun ki, bəzən qazanılan uğurlara kölgə salan məmur özbaşınalıqları, korrupsiya, rüşvətxorluq kimi neqativ hallarla rastlaşırıq. Ölkə rəhbərinin gördüyü saysız-hesabsız uğurlu işlərin, dövlətə və xalqa fədakar xidmətinin fonunda bəzi məmurların yol verdiyi ciddi nöqsanlar vətəndaşlarda süni narazılıq yaradır. Ölkə Prezidenti dəfələrlə bildirib ki, məmurların əsas vəzifəsi xalqa xidmət etməkdir. “Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib”, - deyən Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən bir daha məmurlara ciddi mesaj verdi.
Şəhər təşkilatının sədri qeyd edib ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin sözdə yox, əməldə aparıldığını bildirən ölkə başçısının vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnək olmalıdır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır və dəfələrlə vurğulayıb ki, heç kim qanundan üstün deyil: “Statusundan sui-istifadə edərək qanunları pozan və qanunun tələblərinə hörmətsiz yanaşanlar mütləq şəkildə məsuliyyətə cəlb edilir, onların barəsində cəza tədbirləri görülür. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır. Azərbaycanın inkişafı, gücləndirilməsi, xalqın rifahının yüksəldilməsi üçün əlindən gələni əsirgəməyən dövlət başçısı haqlı olaraq yeni təyin etdiyi icra başçılarından bütün tapşırıq və tövsiyələrin ciddi şəkildə əməl edilməsini tələb edir. “Sizin də icra başçıları kimi, işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük”, - deyə dövlətimizin başçısı qətiyyətlə vurğulayıb. Ümumiyyətlə isə, bacarıqlı, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrların irəli çəkilməsi ölkəmizə, cəmiyyətimizə daha çox səmərə verə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10

