/ / Bəhlul Məmmədov: COVID-19 infeksiyasına qarşı mübarizədə Azərbaycan nümunəvi ölkələrdən hesab edilir
Bəhlul Məmmədov: COVID-19 infeksiyasına qarşı mübarizədə Azərbaycan nümunəvi ölkələrdən hesab edilir
25.08.2020 [08:52]
“Bütün dünyanı çənginə almış yeni növ koronavirus (COVID-19) infeksiyası ən inkişaf etmiş ölkələri belə ciddi çətinliklərlə üz-üzə qoyub. Məlum olduğu kimi, pandemiya təhlükəsi Azərbaycandan da yan keçməyib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya elan etməmişdən qabaq ölkəmizdə koronavirus xəstəliyinə qarşı qabaqlayıcı tədbirlər görülməsi ciddi fəsadların qarşısını almağa kömək edib. “Bizim ən böyük prioritetimiz Azərbaycan vətəndaşı, onun sağlamlığıdır”, - deyən Prezdent İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə 600-dən çox səhiyyə müəssisəsi tikilib və ya yüksək səviyyədə təmir edilib, ən müasir avadanlıq və inventarlarla təchiz olunub”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı 12 saylı Birləşmiş Şəhər Xəstəxanası üzrə ərazi ilk partiya təşkilatının sədri Bəhlul Məmmədov söyləyib.
Onun sözlərinə görə, bunun nəticəsidir ki, pandemiya ilə mübarizədə Azərbaycan nümunəvi ölkələrdən hesab edilir. Belə ki, pandemiya başlayandan indiyə qədər ölkənin ən müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisələri COVID-19 xəstələri üçün ayrılıb, yeni xəstəxanalar inşa edilərək istifadəyə verilib, xəstələrin müalicəsi üçün digər xəstəxanalardan ən peşəkar tibb işçiləri bu işə cəlb edilib. Görülən işlərin və əldə edilən uğurların nəticəsdir ki, koronavirusa yoluxanların əksəriyyəti sağalaraq evə buraxılıb, hazırda cəmi 1700-1800 nəfər arasında aktiv xəstə müalicəsini davam etdirir.
B.Məmmədov deyib ki, qarşıdan payız-qış ayları gəlir və bu mövsümlərdə bir sıra əlamətləri COVID-19-la üst-üstə düşən kəskin-respirator xəstəliklər çoxalır: “Odur ki, bunları nəzərə alaraq Prezdent İlham Əliyevin göstəriş və tövsiyələri əsasında qabaqlayıcı tədbirlər həyata keçirilir. Mövcud xəstəxanaların yenidən hazırlanması, modul tipli xəstəxanaların sayının artırılması, hətta bəzi olimpiya-idman komplekslərinin pandemiya mübarizəyə cəlb olunması bu tədbirlərin bariz nümunəsidir”.
“Görülmüş bütün işlərə baxmayaraq, xüsusi karantin rejimində bir sıra yumşalmaların həyata keçirilməsi yoluxma riskinin çoxalmasına səbəb olur. Bu isə insanların məsuliyyətinin bir qədər də artırılmasını tələb edir. Xəstəliyin profilaktikasına əməl etmək, onun müalicəsindən qat-qat asandır. Buna görə də COVID-19 xəstəliyinə yoluxmamaq üçün vətəndaşlar qoruyucu maskadan istifadə etməli, sosial məsafə saxlamalı və şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidirlər”, - deyə B.Məmmədov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19

