Hər bir millətin qürur mənbəyi onun dövlət atributlarıdır
08.11.2019 [09:48]
Noyabrın 7-də Nizami Kino Mərkəzində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən keçirilən tədbirdə əvvəlcə üçrəngli dövlət bayrağımıza həsr olunan videoçarx nümayiş etdirilib.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirakçıları əlamətdar gün münasibətilə təbrik edərək, Azərbaycanın dövlət müstəqilliyinin sarsılmaz olduğunu bildirib.
Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxış edərək bildirib ki, hər bir millətin qürur mənbəyi onun dövlət atributlarıdır. B.Muradova deyib: “Dövlət atributları içərisində ən uca yeri müqəddəs bayrağımız tutur. Bayraq qalibiyyətin rəmzi kimi dalğalanır. Bayraq həm də insanların qəlbində and yeridir”.
Doğma Vətəni, onun müqəddəs bayrağını sevən Azərbaycan gəncləri ilə qürur duyduğunu bildirən Milli Məclis Sədrinin müavini onların Ulu Öndər Heydər Əliyevin dəyərli fikirlərindən, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarından ilham alaraq bir nəfər kimi Vətənin müdafiəsi üçün öndə gedəcəklərinə əminliyini ifadə edib.
“Qarabağ bizi çoxdan gözləyir və biz də çoxdan Qarabağa getmək istəyirik. Əsası Ulu Öndər tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən və müdrik siyasət artıq öz bəhrəsini verir. İşğal altında olan Qarabağın düşmən tapdağından azad edilməsi, Qələbə günü lap yaxındadır. Biz artıq Qələbənin addım səslərini eşidirik. Bunun üçün hər birimiz milli maraqlarımızı hər şeydən üstün tutaraq əməlimizlə, işimizlə dövlətimizə, onun başçısına dəstək olmalı, sədaqətimizi nümayiş etdirməliyik”, - deyə Bahar Muradova vurğulayıb.
Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirin təşkilinə görə YAP Nəsimi rayon təşkilatının sədrinə təşəkkürünü bildirib, bayrağımızın müqəddəs milli dəyər, varlığımız, qürur mənbəyimiz olduğunu deyib. Diqqətə çatdırıb ki, hər bir Azərbaycan vətəndaşı bayrağımızın ən uca zirvələrdə dalğalanmasına öz töhfəsini verməli, Vətənimiz naminə bu bayraq altında hər an mübarizəyə hazır olmalıdır. O əminliklə vurğulayıb ki, bayrağımızın Qarabağda dalğalanacağı gün uzaqda deyil.
Tədbir bədii hissə ilə davam edib. Hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının çıxışı alqışlarla qarşılanıb.
Sonra Nəsimi rayonunun fəal gəncləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

