YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib
09.06.2015 [09:46]
Komissiyanın 2015-ci il üçün iş planı təsdiqlənib
İyunun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib. Komissiyanın sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib. Bildirilib ki, iclasda YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyasının 2015-ci il üçün iş planının və “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı könüllülər hərəkatının inkişafında YAP Nizami rayon təşkilatının fəaliyyəti haqqında” məsələnin müzakirəsi nəzərdə tutulur.
A.Rəhimzadə qeyd edib ki, Azərbaycan əlamətdar hadisə ərəfəsindədir. İyunun 12-də ölkəmizdə ilk Avropa Oyunlarının start götürəcəyini deyən komissiya sədri bunun həm ölkəmizin, həm də bütövlükdə Avropanın tarixində mühüm hadisə olduğunu diqqətə çatdırıb. Komissiyanın 2015-ci il üçün iş planı haqqında məlumat verən A.Rəhimzadə deyib ki, il ərzində ölkəmizə qarşı aparılan böhtan kampaniyaları ilə bağlı partiyanın yerli strukturlarının fəaliyyəti, yəni onların bu kampaniyalara qarşı mübarizəsi, Milli Məclisə seçkilərlə əlaqədar qarşıda duran vəzifələr, bələdiyyələrin maliyyə imkanlarının artırılmasında yerli (bələdiyyə) vergilər və ödənişlərin toplanması vəziyyəti barədə məsələlərin müzakirə olunması nəzərdə tutulur.
Komissiya üzvləri 2015-ci ilin iş planını təsdiq ediblər.
Sonra “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı könüllülər hərəkatının inkişafında YAP Nizami rayon təşkilatının fəaliyyəti haqqında” məsələ müzakirə olunub. Bu haqda məlumat verən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa idman hərəkatı üçün tarixi hadisədir. Onun sözlərinə görə, birinci Avropa Oyunları kimi beynəlxalq tədbirin keçirilməsi üçün Azərbaycanın seçilməsi qitə ölkələri içərisində inkişaf və sabitlik göstəricilərinə görə, ən əlverişli dövlətlərdən biri olan Azərbaycana qlobal səviyyədə səmimi inamın, etibarın təsdiqi və təntənəsidir. Bu inam və etibarın arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
“Elə bu prosesdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı da xüsusi fəallıq nümayiş etdirir. Öncə qeyd edim ki, Nizami rayon ictimaiyyətinin birinci Avropa Oyunlarına dəstəyinin ifadəsi olaraq mart, aprel və may aylarında geniş tədbirlər həyata keçirildi. Rayon təşkilatı İcra Hakimiyyətilə birgə “Azərbaycan Olimpin zirvəsində” adı altında rayon gəncləri və idmançıları arasında əksəriyyəti Oyunların proqramına daxil olan idman növləri - peynt-bol, güllə atıcılığı, voleybol, həndbol, cüdo, karate, üzgüçülük, basketbol, stolüstü tennis, ağır atletika, taekvando, gimnastika, ümumilikdə 13 idman növü üzrə yarışlar keçirdi. Bu yarışlarda 1200 nəfərə yaxın idmançı iştirak etdi. Eyni zamanda, YAP Nizami rayon təşkilatı birinci Avropa Oyunları ilə əlaqədar 100-ə yaxın könüllülərdən ibarət mobil qruplar formalaşdırıb. Mobil qruplar Oyunlar zamanı idmançılarımıza dəstək vermək, sosial şəbəkələrdə təbliğat işi aparmaq, qarayaxma kampaniyalarına qarşı tutarlı cavab vermək və digər məsələlərlə bağlı fəaliyyət göstərəcəklər”, - deyə rayon təşkilatının sədri vurğulayıb.
Məsələnin müzakirəsində çıxış edən YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyasının sədr müavini, YAP Siyasi Şurasının üzvü Əlibaba Əliyev, komissiya üzvləri - Nizami rayonu İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Ağcabədi rayonu İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Azər Badamov və Rüstəm Xəlilov, həmçinin, digər natiqlər partiyanın Nizami rayon təşkilatının bu yöndəki fəaliyyətini təqdir ediblər. Eləcə də, bu məsələ ilə bağlı bir sıra təkliflər irəli sürülüb.
Müzakirələrin sonunda YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyası “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı könüllülər hərəkatının inkişafında YAP Nizami rayon təşkilatının fəaliyyəti haqqında” qərar qəbul edib. Qərarda YAP Nizami rayon təşkilatının bu istiqamətdəki fəaliyyəti müsbət qiymətləndirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30

