Ağdaşda mədəniyyət sahəsində çalışan partiya üzvləri ilə görüş keçirilib
14.10.2026 [12:03]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunlarına və qarşıya qoyulmuş hədəflərə həsr olunan tədbirlər YAP Ağdaş rayon təşkilatı tərəfindən davam etdirilir. Bu istiqamətdə növbəti tədbir Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin ərazi partiya təşkilatında keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Ağdaş rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edib. O, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr, partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və rayon təşkilatlarının üzərinə düşən əsas vəzifələr barədə ətraflı məlumat verib.
Əlişah Rəcəbov çıxışında Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn müddəalara toxunaraq bildirib ki, Yeni Azərbaycan Partiyası ölkədə həyata keçirilən siyasi, iqtisadi və sosial islahatların fəal iştirakçısı olmaqla, dövlətçilik maraqlarının qorunmasına və milli həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfələr verir. O vurğulayıb ki, partiyanın qarşısında duran əsas vəzifələrdən biri Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsinə dəstək vermək, cəmiyyətlə sıx əlaqələri gücləndirmək, xüsusilə gənclərin ictimai-siyasi fəallığının artırılmasına və milli-mənəvi dəyərlərin qorunmasına diqqəti daha da artırmaqdır. Çıxış zamanı Prezident İlham Əliyevin “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir” fikrini xatırladan Əlişah Rəcəbov partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, qurultayda müəyyənləşdirilən hədəflərin reallaşdırılması hər bir partiya üzvündən məsuliyyət, fəallıq və təşəbbüskarlıq tələb edir. Bu baxımdan ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, üzvlərlə işin sistemli təşkili və cəmiyyətlə əlaqələrin daha da möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Namiq Tarverdiyev çıxışında YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıdığını bildirib. O, qurultayda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində mədəniyyət sahəsində çalışan partiya üzvlərinin də fəal iştirakının vacibliyini vurğulayıb. Namiq Tarverdiyev milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin təbliği və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Daha sonra Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin ərazi partiya təşkilatının sədri Turanə Şıxalıyeva, Vətən müharibəsi şəhidi Elvin Məmmədovun anası Nübar Məmmədova, partiya fəalları Elnarə Həşimova, Turanə Zeynalova və Yeganə Həsənova çıxış ediblər. Çıxışlarda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin əhəmiyyəti, partiya üzvlərinin qarşısında duran vəzifələr, milli birlik və həmrəyliyin qorunması kimi məsələlərə toxunulub. Bildirilib ki, YAP Ağdaş rayon təşkilatı tərəfindən qurultayın qərarlarının və qarşıya qoyulan hədəflərin mahiyyətinin partiya üzvlərinə çatdırılması, ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və üzvlərin ictimai-siyasi fəallığının artırılması istiqamətində tədbirlər davam etdiriləcək.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Oktyabr 12:53
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11
Dünya
15 Oktyabr 13:12
Siyasət
15 Oktyabr 13:11
Siyasət
15 Oktyabr 13:09
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33

