YAP-ın Partiyadaxili inkişaf və intizam komissiyasının iclası keçirilib
06.02.2014 [09:37]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Partiyadaxili inkişaf və intizam komissiyasının ilk iclası keçirilib. İclasda komissiyanın 2014-cü il üçün iş planı müzakirəyə çıxarılıb. YAP İdarə Heyətinin üzvü, Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov komissiyanın 2014-cü il üçün iş planı haqqında ətraflı məlumat verib. K.Kərimov bildirib ki, YAP-ın İdarə Heyətinin 7 noyabr 2013-cü il tarixli iclasının qərarı ilə bir çox sahələri əhatə edən 12 komissiya yaradılıb. Onlardan biri də Partiyadaxili inkişaf və intizam komissiyasıdır. “Komissiya rayon (şəhər) təşkilatlarının fəaliyyəti barədə partiyanın mərkəzi aparatına daxil olan hesabatlardan nümunələr götürüb, araşdırmalar, təhlillər, tədqiqatlar aparıb, nəticələri barədə İcra Katibliyinə təqdim edəcək. İldə iki dəfə komissiya partiya təşkilatlarında partiyanın məqsəd və vəzifələri barədə Nizamnamə tələblərinə, partiya üzvlərinin hüquq və vəzifələrinin təminatına əməl edilməsinə, partiya üzvünün şərəf və ləyaqətinin qorunmasına dair araşdırmalar aparıb, nəticələrini təşkilatlarla müzakirə edəcək” - deyə, K.Kərimov vurğulayıb.
Komissiya sədri qeyd edib ki, partiyadaxili inkişafın müasir mərhələdə əsas şərtlərindən biri partiyaya qəbulda keyfiyyət göstəricilərinin səviyyəsinin yüksədilməsidir. K.Kərimovun sözlərinə görə, partiyaya qəbulla əlaqədar müraciət edənlərin ideya-siyasi dünyagörüşünə, mənəvi-əxlaqi keyfiyyətinə, milli vətənpərvərlik hissələrinə, partiyanın Nizamnamə və Proqramında təsbit olunmuş prinsiplərinə uyğunluğu məsələləri daim nəzarətdə saxlanılmalı, bu sahədə də daha müsbət nəticə göstərən təşkilatların iş təcrübəsi ümumiləşdirilib yayılmalıdır.
O deyib ki, hazırda Partiyadaxili inkişaf və intizam komissiyasının iş prinsiplərinə dair Əsasnamə və “Partiya intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları” adlı təlimat işlənib hazırlanır. “Bundan əlavə, komissiya rayon (şəhər) təşkilatlarının ilk təşkilatlarla əlaqələri və işbirliyi haqda tədqiqatlar aparır, nümunəvi təşkilatların iş metodlarını digər təşkilatlar arasında yayır. Həmçinin, partiyanın Qadınlar Şurası və Gənclər Birliyi ilə işbirliyi qurulacaq, onları maraqlandıran məsələlər barədə onlarla birgə tədqiqatlar aparılacaq” - deyə, K.Kərimov qeyd edib.
Eyni zamanda, iclasda komissiya üzvləri çıxış edərək iş planı haqqında fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda Partiyadaxili inkişaf və intizam komissiyasının 2014-cü il üçün iş planı təsdiqlənib.
Qeyd edək ki, YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əliyev Partiyadaxili inkişaf və intizam komissiyasının sədr müavini seçilib.
Xatırladaq ki, komissiya 6 nəfərdən ibarətdir (Kərim Kərimov, Namiq Əliyev, Süleyman İsmayılov, Misirxan Vəliyev, Rizvan Vahabov, Fikrət İsmayılov). İclasda komissiya üzvləri ilə yanaşı YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Məhəmməd Məmmədov, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, partiyanın Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev iştirak ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

