Regional əməkdaşlığa yeni təkan
27.04.2026 [10:50]
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri
Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə oldu.
Hər iki dövlət başçısı mətbuata birgə bəyanatla çıxış edərək, əməkdaşlığın əsas istiqamətlərini və prioritetlərini açıqlayaraq, Azərbaycan ilə Ukrayna arasında münasibətlər qarşılıqlı hörmət, etimad, beynəlxalq hüququn prinsiplərinə əsaslandığını, bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd ediblər.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir və bir-birinin mövqelərini dəstəkləyir. Bu həm regional, həm də qlobal səviyyədə siyasi koordinasiyanın gücləndirilməsinə xidmət edir.
Bəyanatda iqtisadi əməkdaşlıq xüsusi yer tutub. Prezident İlham Əliyev qeyd edib ki, ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur. O, enerji sektorunda əməkdaşlığın perspektivlərinə toxunaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib.
Ukrayna ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə neft və qaz təchizatı, həmçinin alternativ enerji layihələri üzrə birgə təşəbbüslərin həyata keçirilməsi imkanları da önə çəkilib.
Azərbaycanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrildiyini vurğulayan Prezident İlham Əliyev Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı çərçivəsində Ukrayna ilə əməkdaşlığın genişləndirilməsi məsələsinin diqqət mərkəzində olduğunu qeyd edib. O da nəzərə çatdırılıb ki, Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılması, liman infrastrukturlarının inkişafı və tranzit imkanlarının genişləndirilməsi hər iki ölkə üçün iqtisadi fayda yaradır.
Mətbuata verilən bəyanatda humanitar sahədə əməkdaşlıq da geniş şəkildə əksini tapıb. Prezident İlham Əliyev Azərbaycan və Ukrayna xalqları arasında tarixi dostluq münasibətlərinin mövcud olduğunu qeyd edərək təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Tələbə mübadiləsi proqramları, birgə mədəni layihələr və elmi əməkdaşlıq təşəbbüsləri iki ölkə arasında əlaqələrin dərinləşməsinə xidmət edən əsas istiqamətlər kimi göstərilib.
Yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Volodimir Zelenski bildirib ki, Ukrayna Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verir və bu səfər yeni əməkdaşlıq imkanlarının açılmasına şərait yaradacaq.
Zelenski xüsusilə iqtisadi, enerji və infrastruktur layihələrində əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiklərini qeyd edib. O həmçinin vurğulayıb ki, mövcud çətin beynəlxalq şəraitdə tərəfdaş ölkələrlə əlaqələrin möhkəmləndirilməsi Ukrayna üçün prioritetdir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri, Qəbələdə keçirilən görüşlər, mətbuata verilən birgə bəyanat göstərir ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu səfər ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə və yeni layihələrin həyata keçirilməsinə təkan verəcək. Ümumilikdə, aparılan müzakirələr və verilən mesajlar göstərir ki, Bakı və Kiyev arasında əməkdaşlıq yalnız mövcud sahələrlə məhdudlaşmır, eyni zamanda yeni istiqamətlər üzrə də genişlənmək potensialına malikdir. Bu isə regionda iqtisadi və siyasi sabitliyə müsbət təsir göstərə bilər.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

