/ / YAP Qubadlı rayon təşkilatı YAP-ın yaranmasının 21-ci ildönümü və Konstitusiya Günü ilə əlaqədar tədbir keçirib
YAP Qubadlı rayon təşkilatı YAP-ın yaranmasının 21-ci ildönümü və Konstitusiya Günü ilə əlaqədar tədbir keçirib
13.11.2013 [09:13]
Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı partiyamızın yaranmasının 21-ci ildönümü və 12 noyabr-Konstitusiya Günü ilə bağlı rayon təşkilatının Sumqayıt şəhərində yerləşən qərargahında tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi”.
Vurğulanıb ki, partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilib. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edilib, Ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib.
A.Haqverdiyev bildirib ki, Yeni Azərbaycan Partiyasının 2001-ci il noyabr ayının 21-də keçirilən II Qurultayı partiyamızın həyatında yeni mərhələnin başlanğıcı oldu. O deyib ki, cənab İlham Əliyev həmin qurultayda YAP Sədrinin birinci müavini seçildi. 2003-cü il oktyabr ayının 15-də keçirilən prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
YAP Qubadlı rayon təşkilatının sədri onu da qeyd edib ki, Prezident İlham Əliyevin 9 oktyabr 2013-cü il prezident seçkilərində inamlı qələbəsi respublikamızın hər bir bölgəsində olduğu kimi Qubadlı ictimaiyyəti tərəfindən də böyük sevinclə qeyd edilib.
Daha sonra tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Azər Qarayev 12 noyabr-Konstitusiya Günü haqqında çıxış edib. YAP Qubadlı rayon təşkilatının Gənclər Birliyinin sədri Aqil Quliyev Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü ilə bağlı geniş məruzə ilə çıxış edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

