Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

31.05.2026 [13:12]

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması ilə əlaqədar xəbərdarlıq olunub. Xəbərdarlığı "Sərhədsiz Həkimlər" tibbi xeyriyyə təşkilatının direktorunun müavini Alan Gonzales edib.

AZƏRTAC xəbər verir ki, bu barədə BBC-nin məlumatında bildirilib.

Qeyd olunub ki, xəbərdarlıqda sözügedən ölkədə Ebola virusunun yayılmasının dərin narahatlıq doğurduğu vurğulanıb.

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus virusun qarşısının alınması səylərinə nəzarət etmək üçün Konqo Demokratik Respublikasının İturi əyalətinə səfər edib.

Məlumata görə, Konqo Demokratik Respublikasında azı 246 nəfər Ebola virusuna yoluxaraq ölüb. 1000-dən çox insanın isə hazırda bu xəstəliyin daşıyıcısı olduğu ehtimal edilir.

Bu ölkə ilə həmsərhəd olan Uqandada isə 9 nəfərin Ebola virusuna yoluxduğu təsdiqlənib, 1-i bu xəstəlikdən həyatını itirib.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31