Su mənbələri hər bir ölkə üçün çox önəmlidir
16.01.2026 [14:22]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Yanvarın 12-də keçirilən müşavirədə ölkəmizin başçısı bu istiqamətdə görülən işlərdən, qarşıda duran vəzifələrdən bəhs edib. Dövlətimizin başçısı müşavirədə Bakı şəhərinin və Abşeron yarımadasının su problemlərinin həlli məsələləri istiqamətində atılan zəruri addımları diqqətə çatdırıb. Bununla yanaşı həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətinə toxunulub. Ölkəmizdə etibarlı su təminatı ilə bağlı son illər ərzində genişmiqyaslı infrastruktur layihələri icra olunub: “Paytaxt Bakı ilə yanaşı bölgələrdə əsas infrastruktur məsələlərinin həlli istiqamətində zəruri işlər görülüb. Ötən iyirmi il ərzində bir neçə regional inkişaf proqramı qəbul olunub ki, beş ilik dövrü əhatə edən bu istiqamətlər üzrə nəzərdə tutulan bütün layihələr uğurla icra edilib. Bunun nəticəsində bölgələrində əsas infrastruktur məsələləri öz həllini tapıb. Elektrik enerjisi və qaz təchizatı ilə bağlı əsas vəzifələr icra olunub. Dövlətimizin başçısı da bu sahədə yeni mərhələnin başlanıldığını bəyan edib. Bu yaxınlarda yeni külək elektrik stansiyasının açılışında səslənən fikirlər bu xüsusda mühüm önəm kəsb edir. Müşavirədə leysan yağışları zamanı Bakıda nəqliyyatın iflic olması ciddi problem olduğu və bunun həlli üçün 30 küçədə yeni yağış suları kollektor şəbəkəsi qurulacağı qeyd edildi. Bu o deməkdir ki, bu problem artıq Dövlət Proqramına salınıb və müəyyən olunmuş müddətdə öz həllini tapacaqdır. Yeni qurulacaq kollektor şəbəkəsi paytaxtda yağışların yağması zamanı subasma hallarını aradan qaldırcaq və bu müstəvidə olan narazılıqları birədəflik həll edəcəkdir. Yağış suların düzgün idarəolunması həm də yollara döşənmiş asfalt qatının uzunömürülüyün artmasına və yol infrasturukturunun daha uzunmüddətli olmasına yol açacaq. Bu baıxmdan su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirlməsi ilə bağlı qəbul olunacaq proqram çox əhəmiyyətlidir.
Bununla yanaşı içməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Dövlət başçısının da vurğuladığı kimi bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilir. Son 20 il ərzində dörd böyük su anbarı inşa edilib. Bunlardan “Taxtakörpü”, “Şəmkirçay” su anbarları xüsusilə qeyd olunmalıdır.
Eyni zamanda azad edilmiş ərazilərdə içməli su və suvarma layihələri uğurla icra edilir. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Ölkə başçısı xüsusi ilə qeyd etdi ki, “Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi”. Çünki “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi ölkəmizə böyük problemlər yaradırdı. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda – Füzuli rayonunda “Köndələnçay” – üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur”.
Ölkə başçısı müşavirədə həmçinin dünyada iqlim dəyişikliyi ilə bağlı məsələlərə də diqqəti çəkib: “Vurğulanıb ki, bir çox ölkələr bundan zərər görür. Ölkəmizdə isə su təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Bu xüsusda Bakının və Abşeron yarımadasının içməli su problemlərinin həlli istiqamətində zəruri addımlar atılır. Bununla bağlı vacib dövlət proqramı qəbul edilib. Bu proqramın əsas məqsədi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır.
Sözsüz ki, su məsələsi artıq kommunal xidmət çərçivəsindən çıxaraq ictimai sağlamlıq, urbanizasiya, iqtisadi dayanıqlıq və sosial rifah məsələsinə çevrilib. Məhz bu kontekstdə 10 illik Dövlət Proqramının hazırlanması kompleks institusional yanaşmaya keçidin göstəricisidir. Su təchizatı sahəsində yeni Dövlət Proqramı da məhz bu ardıcıllığın davamıdır. Burada diqqətçəkən əsas məqam proqramın mərhələli, ölçülə bilən və nəticəyönümlü şəkildə planlaşdırılmasıdır. Su itkilərinin azaldılması, fasiləsiz təminatın faizlə ifadəsi, kanalizasiya əhatə dairəsinin genişləndirilməsi bu prosesdə hesabatlılığın əsas prinsip kimi götürüldüyünü göstərir”. Dövlət Proqramının əsas dayaqlarından biri mövcud su təsərrüfatı infrastrukturunun köklü şəkildə yenilənməsidir: “Yeni proqram çərçivəsində su təmizləyici qurğuların modernləşdirilməsi, rəqəmsal ölçmə sistemlərinin tətbiqi, ağıllı idarəetmə mexanizmlərinin qurulması nəzərdə tutulur. Bu yanaşma yalnız suyun həcmini deyil, keyfiyyətini və davamlılığını da təmin etməyə yönəlib. Həmçinin bu gün kanalizasiya və yağış suları, şəhər ekologiyasının əsas elementi kimi qəbul edilir. Yeni Dövlət Proqramı çərçivəsində yağış suları üçün ayrıca kollektor şəbəkəsinin qurulması şəhər ekologiyası baxımından mühüm addım kimi qiymətləndirilir. Bütün bunların fonunda Prezident cənab İlham Əliyevin müşavirədəki çıxışı göstərir ki, 2026–2035-ci illər üzrə Dövlət Proqramı sadəcə texniki sənəd deyil, Azərbaycanın su təhlükəsizliyi üzrə uzunmüddətli strateji baxışının ifadəsidir. Bu proqram Bakı və Abşeron yarımadasında həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldərək şəhər infrastrukturunu yeni inkişaf mərhələsinə çıxaracaq və Azərbaycanın dayanıqlı inkişaf modelini daha da möhkəmləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

