Müdrik lider, böyük strateq, qalib sərkərdə
22.12.2025 [16:00]
Məlum olduğu kimi, ölkəmiz özünün yeni inkişaf dövrünü yaşayır. Qeyd edək ki, 2003-cü ildən etibarən Heydər Əliyev siyasi kursunun davamı olaraq başlanan bu dövr siyasi sabitlik, sürətli inkişaf və nailiyyətlərlə zəngin olub. Bir-birinə sıx bağlı olan bu mərhələləri Cənab İlham Əliyev atası, ümummilli lider Heydər Əliyev kimi zərgər dəqiqliyi ilə həyata keçirdiyi siyasət nəticəsində keçib. Siyasi sabitlik öz növbəsində ölkəyə investorların marağının artmasına, sərmayə axınının çoxalmasına, bu da birmənalı olaraq gəlirlərin artması ilə iqtisadi inkişafa zəmin yaradıb. İqtisadi inkişafın sürətlə getməsi isə bizə ordu quruculuğunu daha da möhkəımləndirərək onun maddi-texniki bazasının artırılması, nəticə etibarilə tarixi uğura, zəfərimizin əldə edilməsinə yol açıb.
Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev hakimiyyəti dövründə siyasi sabitliyin davamlı xarakter alması fonunda iqtisadi inkişaf dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Xüsusilə neft və qaz sektorunda həyata keçirilən uğurlu siyasət, enerji strategiyası Azərbaycanın iqtisadi potensialının güclənməsi, paralel olaraq artmasına yol açıb. “Azəri-Çıraq–Günəşli”, “Şahdəniz” kimi layihələr, eləcə də Bakı-Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi kimi beynəlxalq enerji layihələri Azərbaycanın iqtisadi imkanlarını artırmaqla yanaşı, eyni zamanda ölkəmizin regional və qlobal enerji təhlükəsizliyində rolunu möhkəmləndirib, Bakını Avropanın eneji təhlükəsizliyinin təminatçısına çevirib. İlham ƏIiyev ölkənin bir nömrəli ali postuna xalqın yüksək etimadı əsasında seçildiyi ilk gündən iqtisadiyyatın inkişafının neftdən asılılığının aradan qaldırılmasını, daha dəqiq desək bu sahənin şaxələndirilməsini qarşıya məqsəd qoyub. Bu məqsədilə ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilib. Kənd təsərrüfatı, turizm, nəqliyyat və logistika sahələrində yeni proqramlar və investisiya layihələri həyata keçirilib. Qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan addımlar iqtisadiyyatda artım dinamikasını təmin edib ki, bu da öz növbəsində ölkədə müxtəlif istiqamətlərdə layihələrin həyata keçirilməsi, ümumi inkişafa yol açan tədbirlərin reallaşdırılmasına gətirib çıxarıb.
Xüsusilə qeyd etmək lazımdır ki, ötən 22 il ərzində müxtəlif istqamətlərdə həyata keçirilən tədbirlərin miqyasına və əhatə dairəsinə baxdıqda gəlinən nəticə ondan ibarətdir ki, görülən işlər həm geniş əhatəlidir, müxtəlif istiqamətləri əhatə edir, həm də ölkə miqyasılıdır. Konkret olaraq paytaxt Bakını, yaxud hansısa region əhatə etmir. Ümumilikdə ölkənin bütün hüdudlarını özündə ehtiva edir. Prezident İlham Əliyevin dövründə yeni avtomobil yolları çəkilib, körpülər, hava limanları, dəmir yolları inşa olunub, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində ucqar bölgələrdə məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri istifadəyə verilib. Sosial siyasət sahəsi də İlham Əliyevin idarəetmə prosesində hər zaman prioritet olub. Vətəndaş məmnunluğu İlham Əliyev üçün başlıca şərt hesab edilib. Bu gün də dövlət başçısı eyni prinsiplərə sadiqdir. Vətəndaş məmnunluğu isə heç şübhəsiz ki, sosial rifah halının yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdırılmasından keçir. Bunlara nail olmağın yollarından biri də ölkədə maaş və pensiyaların artırılmasıdır. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə sistemli və davamlı olaraq maaşların, pensiyaların və sosial müavinətlərin artırılması istiqamətində addımlar atılıb. Hətta dünyanı bürüyən ciddi maliyyə böhranı ərəfəsində Azərbaycan sosial siyasət konsepsiyasına sadiq qalaraq dünyanı heyrətdə qoya biləcək addımları, pensiya və maaşların artırılmasını davam etdirib. İstər maliyyə böhranı, istərsə də pandemiya zamanında hətta ən inkişaf etmiş ölkələr social xərcləri azaltmağa, minlərlə iş yerlərini bağlamağa üstünlük verdiyi halda, Azərbaycanda situasiya fərqli olub. Nə iş yerləri bağlanıb, nə də sosial xərclər azalıb. Əksinə maaş və pensiya artımı həmin böhranlı vaxtlarda da davam edib.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin hakimiyyəti illəri Azərbaycanın xarici siyasətdə və diplomatiyada ardıcıl uğurlar əldə etməsi ilə də yadda qalb. Dövlət başçısının xarici siyasətində balanslı və praqmatik yanaşma əsas xətt kimi təqdim olunur. Məhz bu siyasət Azərbaycanın həm regional, həm də beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirib. BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarda fəal iştirak ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edib. Azərbaycanın nəqliyyat və logistika sahəsində tranzit ölkə kimi mövqeyinin möhkəmləndirilməsi də bu dövrün xarakterik cəhətlərindəndir. Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz layihələri buna nümunədir.
Ən əsası, Prezident İlham Əliyev hakimiyyəti dövründə dövlət suverenliyi və ərazi bütövlüyünün tam təmin olunması məsələləri hər zaman prioritet mövzulardan biri olub. Bu məqsədlə hər il sistemli şəkildə ordu quruculuğu, müdafiə qabiliyyətinin artırılması və təhlükəsizlik strategiyalarının gücləndirilməsi istiqamətində addımlar atılıb. Məhz uğurlu hərbi strategiya 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən başlıca amil olub. İlham Əliyev təkcə güclü siyasi lider, bacarıqlı dövlət xadimi kimi deyil, eyni zamanda 44 günə işğal altında olan torpaqlarını azad edən, cəmi 23 saata isə ərazi bütövlüyünü tan bərpa edərək Xankəndidə Azərbaycan bayrağını dalğalandıran Müzəffər Ali Baş Komandan kimi adını dünya hərb tarixinə yazdırıb.
Möhtərəm dövlət başçımıza möhkəm cansağlığı, uzun ömür və dövlətimizin inkişafı, xalqın rifahı naminə göstərdiyi misilsiz fəaliyyətində yeni uğur və nailiyyətlər arzu edirik. Ad gününüz mübarək cənab Prezident!
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06

