Xəzər rayonunda Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyi qeyd edilib
13.11.2025 [16:16]
Xəzər rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 noyabr Konstitusiya Gününə həsr olunmuş “Konstitusiya – Müstəqilliyimizin və Suverenliyimizin Zəmanətidir” mövzusunda tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şimal” Elektrik Stansiyasının inzibati binasında keçirilən tədbirdə Xəzər RİH-nin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, Milli Məclisin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva, Bakı Dövlət Universitenin kafedra müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon məhkəməsinin sədri Abbas Rzayev, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə-təşkilat, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri iştirak edib.
İlk öncə iştirakçılar “Şimal” ES-in inzibati binasının foyesində ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.
Daha sonra tədbirin rəsmi hissəsinə keçid edilərək Dövlət Himni səsləndirilib və Ulu öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirdə Konstitusiya Gününə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Prezidenti İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıb, ərazi bütövlüyümüzün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpasını tarixdə qazanılan ən parlaq Zəfər kimi səciyyələndirib. Bugünkü qüdrətli Azərbaycanın Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında, ölkə prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə inamla inkişaf etdiyini, qısa müddətdə əsrə bərabər inkişaf yolu keçən müstəqil respublikamızın daha güclü dayaqlara malik olan və milli maraqları qətiyyətlə qoruyan qüdrətli dövlətə çevrildiyini qeyd edib.
Tədbirdə Milli Məclisin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva, professor İradə Hüseynova, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun hazırlanan və qəbul edilən ilk milli Konstitusiyamızın tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə düşmən üzərində qazanılan böyük Qələbə sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilməklə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi bütün torpaqlarımızda bərqərar olub. Həmçinin, qeyd olunub ki, çağdaş Azərbaycan tarixinə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunda ali hakimiyyətin yeganə mənbəyinin məhz xalqa məxsusluğunun bəyan edilməsi, dolğun şərh olunan insan hüquq və azadlıqlarının təminatlı müdafiəsinin icra, qanunvericilik və məhkəmə orqanlarının ümdə vəzifəsi olaraq müəyyən edilməsi bu gün artıq dünya birliyində özünəlayiq yeri olan müstəqil respublikamızın ümumbəşəri demokratik imicini daha da yüksəldib.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxsə Xəzər RİH başçısının fəxri fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17

