Dövlətçiliyə sadiq Ağcabədi seçiciləri oktyabrın 9-da İlham Əliyevə səs verəcəklər
05.10.2013 [11:27]
Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Avşar və Salmanbəyli kəndlərində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən rayonun Avşar və Salmanbəyli kəndlərində seçicilərlə görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov deyib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib.
Onun sözlərinə görə, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi abadlaşır, gözəlləşir: “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində yeni müəssisələr işə salınır, yeni iş yerləri açılır. Eyni zamanda, sahibkarlığın dəstəklənməsi, fermerlərə güzəştli kreditlərin ayrılması, kəndlilərə fəaliyyət göstərmək üçün əlverişli şəraitin yaradılması insanların maddi rifah halını yüksəldir”.
Seçicilər qarşısında çıxış edən millət vəkili Tahir Rzayev deyib ki, cənab İlham Əliyev dünyada müsbət imici ilə tanınan nüfuzlu dövlət xadimlərindəndir: “Bu uğurun təməlində dayanan səbəb isə ilk növbədə, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin səmərəliliyinin Azərbaycanın daxili və beynəlxalq nailiyyətləri qismində öz əksini tapmasıdır”.
Millət vəkili çıxışını “Ötən 10 ildə əldə edilən uğurlar onu deməyə əsas verir ki, oktyabrın 9-da xalqımız növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək” sözləri ilə tamamlayıb.
Çıxış edən millət vəkili Aqil Abbas isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin vətəndaşlarımızın rifahına xidmət etdiyini deyib: “Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Sözsüz, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb”.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də ötən illər ərzində həm ölkədə, həm də Ağcabədidə görülən işlər barədə danışıb. Natiq qeyd edib ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən abadlıq-quruculuq prosesinin tərkib hissəsi kimi Ağcabədidə də böyük işlər görülür. Rayonda yollar salınır, geniş quruculuq işləri həyata keçirilir. Baş redaktor əmin olduğunu bildirib ki, dövlətçiliyə sadiq Ağcabədi seçiciləri oktyabrın 9-da İlham Əliyevə səs verəcəklər.
Görüşlərdə çıxış edən kənd sakinləri isə deyiblər ki, ölkəmiz gündən-günə inkişaf edir, insanlarımızın rifah halı yüksəlir. Ağcabədililər də rayonda görülən işləri yüksək qiymətləndirir və bu işlərin davamlı olmasını istəyirlər. Qeyd olunub ki, ağcabədililər daima Ulu öndər Heydər Əliyev siyasətini bəyənib və Ona dəstək veriblər. 9 oktyabrda isə rayon sakinləri növbəti dəfə bu siyasətin davamçısı cənab İlham Əliyevə səs verəcəklər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

