/ / Azərbaycanın enerji sahəsində qazandığı nailiyyətlər Türk Dövlətləri Təşkilatı məkanında etibarlı enerji təchizatçısı statusunu daha da möhkəmləndirir
Azərbaycanın enerji sahəsində qazandığı nailiyyətlər Türk Dövlətləri Təşkilatı məkanında etibarlı enerji təchizatçısı statusunu daha da möhkəmləndirir
09.10.2025 [19:02]
Oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dövlətlərinin yeni geosiyasi istiqamətlərini müəyyən edən və strateji əhəmiyyət daşıyan mühüm mərhələ kimi tarixə düşüb. Prezident İlham Əliyevin bu mötəbər tədbirdə çıxışı Türk dünyasının gələcək inteqrasiyasının əsas konturlarını və əməkdaşlığın prioritet istiqamətlərini nümayiş etdirir. Ölkəmizin ev sahibliyi etdiyi bu Zirvə görüşü regionda sabitlik, əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətində atılan məqsədyönlü addımların davamı olub. Qəbələnin həmin tədbir üçün məkan olaraq seçilməsi təsadüfi deyil, şəhərin zəngin tarixi irsi, mədəni dəyərləri və strateji mövqeyi türk dövlətləri arasında formalaşan həmrəyliyin bariz nümunəsinə çevrilib. Türk Dövlətləri Təşkilatı əməkdaşlıq platforması olmaqla, qlobal səviyyədə siyasi və iqtisadi təsir gücünə malik aktora çevrilməkdədir. Təşkilat üzv dövlətlərin geostrateji mövqeyi, iqtisadi potensialı, təbii resursları və artan hərbi-texniki imkanları sayəsində beynəlxalq münasibətlər sistemində önəmli faktor statusu qazanıb. Bu reallıq TDT-nin institusional quruluşunun möhkəmləndirilməsi zərurətini də ortaya qoyur. Prezident İlham Əliyevin TDT Katibliyinin fəaliyyətinə dəstək məqsədilə 2 milyon ABŞ dolları məbləğində ianə ayırması Azərbaycanın təşkilatın dayanıqlı inkişafına verdiyi əməli töhfənin göstəricisidir. Bununla da dövlətimiz TDT-nin güclənməsini, qərar qəbul etmə mexanizmlərinin təkmilləşməsini və ortaq strategiyaların həyata keçirilməsini prioritet istiqamət kimi önə çəkir. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev türk birliyinin mahiyyətini praqmatik maraqlar, qarşılıqlı siyasi güvən və müasir dünyada müstəqil qərar qəbul etmə qabiliyyəti ilə izah edib. Bu amillər sübut edir ki, Türk dövlətləri artıq regional hadisələrin müşahidəçisi deyil, qlobal siyasi gündəmi formalaşdıran subyektə çevrilib.
Dünyada münaqişələrin, geosiyasi qarşıdurmaların və yeni risklərin artdığı bir dövrdə Türk Dövlətləri Təşkilatının əsas məqsədlərindən biri sülhü qorumaq və regional sabitliyi təmin etməkdir. Naxçıvan Sazişində təsbit olunan həmin məqsəd hazırda daha aktual xarakter daşıyır. Azərbaycanın Türkiyə ilə keçirdiyi çoxsaylı birgə hərbi təlimlər TDT məkanında təhlükəsizlik koordinasiyasının dərinləşməsi üçün praktik model rolunu oynayır. Bu əməkdaşlıq mexanizmləri sayəsində Türk dövlətləri hərbi və təhlükəsizlik sahəsində öz imkanlarını birləşdirərək ortaq müdafiə sisteminin əsaslarını formalaşdırırlar. Prezident İlham Əliyevin gələn il ərzində TDT ölkələrinin Azərbaycanda birgə təlim keçirməsi barədə təklifi bu istiqamətdə mühüm addım olacaq. Bu təşəbbüs bir daha sübut edir ki, təhlükəsizlik iqtisadi tərəqqi və sülhün əsas şərtidir.
Prezident İlham Əliyev çıxışında Qarabağ məsələsinə də toxunaraq, Vaşinqtonda paraflanmış sülh sazişinin Cənubi Qafqazı sülh məkanına çevirəcəyini qeyd edib. Bu yanaşma Azərbaycan diplomatiyasının uzunmüddətli strategiyasına əsaslanır, sabitlik və əməkdaşlıq regionda qarşılıqlı maraqlara xidmət edir. İşğaldan azad edilmiş ərazilərin bərpası həm humanitar, həm iqtisadi, həm də siyasi məna daşıyır. Qardaş ölkələrin bu ərazilərdə məktəb, məscid və sosial obyektlərin tikintisində iştirakı isə Türk birliyinin praktiki həmrəyliyinin bariz nümunəsidir. Dövlətimizin başçısı, həmçinin çıxışında Orta Dəhliz və Şimal–Cənub marşrutlarının strateji əhəmiyyətini vurğulayıb. Azərbaycan bu nəqliyyat arteriyalarında əsas tranzit mərkəzi kimi çıxış edir və regionlararası iqtisadi əlaqələrin mühüm hissəsini təşkil edir. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımaların 90 faiz artması göstərir ki, TDT üzv ölkələri arasında iqtisadi inteqrasiya real nəticələr verir. Bu artım həm də daşınma müddətlərinin azaldılması, logistik sistemin müasirləşdirilməsi və infrastrukturun yenilənməsi ilə əlaqədardır.
Azərbaycanın enerji sahəsində qazandığı nailiyyətlər TDT məkanında etibarlı enerji təchizatçısı statusunu daha da möhkəmləndirir. Dövlətimiz hazırda 14 ölkəyə təbii qaz ixrac edir və bu göstərici növbəti illərdə daha da genişlənəcək. Bununla yanaşı, ölkə bərpaolunan enerji sahəsində də ciddi dönüş mərhələsinə qədəm qoyub. 2030-cu ilə qədər elektrik enerjisi istehsalının 40 faizi alternativ mənbələrdən təmin ediləcək. Bu yanaşma Türk dünyasında ekoloji dayanıqlığın və yaşıl iqtisadiyyatın təşviqinə mühüm töhfə verir. Həmçinin, TDT ölkələri arasında qarşılıqlı investisiyaların həcmi sürətlə artmaqdadır. Bu amillər Türk dövlətləri arasında iqtisadi həmrəyliyin dərinləşdiyini göstərən mühüm göstəricidir. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib: “Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək”.Prezident İlham Əliyev Türk dünyasının birliyini yalnız siyasi və iqtisadi maraqlarda deyil, həm də ortaq tarixi və mədəni köklərdə görür. Onun 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması təklifi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin təşəbbüs türk xalqlarının ortaq yaddaşının qorunması, dil və mədəniyyətin gələcək nəsillərə ötürülməsi, eyni zamanda təhsil və humanitar əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. Nəticə etibarilə, Qəbələ Zirvəsi Türk dövlətlərinin birliyini ideyadan strateji reallığa çevirən yeni siyasi mərhələni təsdiqləyib. Prezident İlham Əliyevin çıxışı isə bu birliyin istiqamətini, gücünü və gələcəyini müəyyən edən əsas yol xəritəsi kimi mühüm önəm kəsb edir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
09 Oktyabr 23:41

Dünya
09 Oktyabr 23:28

YAP xəbərləri
09 Oktyabr 23:14

İdman
09 Oktyabr 22:50

Dünya
09 Oktyabr 22:30

YAP xəbərləri
09 Oktyabr 22:19

YAP xəbərləri
09 Oktyabr 22:02

Dünya
09 Oktyabr 21:56

Dünya
09 Oktyabr 21:33

YAP xəbərləri
09 Oktyabr 21:18

Dünya
09 Oktyabr 20:56

YAP xəbərləri
09 Oktyabr 20:37

Dünya
09 Oktyabr 20:15

Siyasət
09 Oktyabr 20:15

YAP xəbərləri
09 Oktyabr 20:07

Dünya
09 Oktyabr 19:50

Hadisə
09 Oktyabr 19:32

YAP xəbərləri
09 Oktyabr 19:16

YAP xəbərləri
09 Oktyabr 19:02

YAP xəbərləri
09 Oktyabr 18:36

Gündəm
09 Oktyabr 18:30

YAP xəbərləri
09 Oktyabr 18:06

YAP xəbərləri
09 Oktyabr 17:43

YAP xəbərləri
09 Oktyabr 17:20

YAP xəbərləri
09 Oktyabr 16:31

Siyasət
09 Oktyabr 16:30

Sosial
09 Oktyabr 16:16

Mədəniyyət
09 Oktyabr 16:08

YAP xəbərləri
09 Oktyabr 16:07

İdman
09 Oktyabr 16:05

Siyasət
09 Oktyabr 16:04

YAP xəbərləri
09 Oktyabr 16:02

YAP xəbərləri
09 Oktyabr 16:00

YAP xəbərləri
09 Oktyabr 15:58

YAP xəbərləri
09 Oktyabr 15:57

YAP xəbərləri
09 Oktyabr 15:55

Elanlar
09 Oktyabr 15:52

YAP xəbərləri
09 Oktyabr 15:20

Sosial
09 Oktyabr 14:40

Hadisə
09 Oktyabr 14:39

Sosial
09 Oktyabr 14:33

İqtisadiyyat
09 Oktyabr 14:31

İqtisadiyyat
09 Oktyabr 14:29

YAP xəbərləri
09 Oktyabr 14:28

Sosial
09 Oktyabr 14:26

YAP xəbərləri
09 Oktyabr 13:26

YAP xəbərləri
09 Oktyabr 12:52

YAP xəbərləri
09 Oktyabr 12:42

Gündəm
09 Oktyabr 11:59

Gündəm
09 Oktyabr 11:52

YAP xəbərləri
09 Oktyabr 11:51

Gündəm
09 Oktyabr 11:35

Siyasət
09 Oktyabr 11:16

Gündəm
09 Oktyabr 11:05

Sosial
09 Oktyabr 11:02

Siyasət
09 Oktyabr 10:57

İqtisadiyyat
09 Oktyabr 10:31

MEDİA
09 Oktyabr 10:15

İqtisadiyyat
09 Oktyabr 10:14

MEDİA
09 Oktyabr 09:56

Analitik
09 Oktyabr 09:42

Analitik
09 Oktyabr 09:23

Yeni texnologiyalar
09 Oktyabr 08:45

Sosial
09 Oktyabr 08:20

Siyasət
09 Oktyabr 08:10
YAP xəbərləri
09 Oktyabr 00:10

Dünya
08 Oktyabr 23:39

YAP xəbərləri
08 Oktyabr 23:17

İqtisadiyyat
08 Oktyabr 22:58

İdman
08 Oktyabr 22:41
