Azərbaycan-İtaliya münasibətlərində yeni mərhələ
07.10.2025 [17:04]
30 sentyabr 2025-ci il tarixdə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər iki ölkə arasında mövcud münasibətləri genişləndirməklə yanaşı, Avropa ilə Qafqaz arasında körpü rolunu daha da möhkəmləndirdi. Səfər çərçivəsində aparılan yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar bir daha göstərir ki, İtaliya və Azərbaycan arasında əməkdaşlıq həm ikitərəfli müstəvidə, həm də Avropa miqyasında strateji xarakter daşıyır. İki ölkə arasındakı yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.
Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə mətbuata verdiyi bəyanat Azərbaycan-İtaliya münasibətlərinin həm tarixi inkişaf yolunu, həm də gələcək perspektivlərini əks etdirən mühüm siyasi hadisə kimi yadda qaldı. Bu bəyanat, iki ölkə arasında mövcud olan strateji əməkdaşlığın nə qədər geniş və uğurlu olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana artıq ikinci dəfədir rəsmi səfər edir. Birinci səfər 7 il əvvəl baş tutmuşdu. Bu, sadəcə protokol səfərləri deyil – bu səfərlər iki ölkə arasında dərin strateji əməkdaşlığın təzahürüdür.
Dövlət başçılarının tez-tez görüşməsi, həm Bakıda, həm Romada yüksək səviyyəli dialoqun həyata keçirilməsi münasibətlərin siyasi baxımdan ən yüksək pilləyə yüksəldiyini sübut edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu illər ərzində tərəflər arasında imzalanmış strateji tərəfdaşlıq sənədləri iki ölkənin əlaqələrinin möhkəm hüquqi bazasını təşkil edir. İlk sənəd 2015-ci ildə imzalanmış, daha sonra isə 2020-ci ildə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edilmişdir. Bu sənədlər bir tərəfdən siyasi iradənin ifadəsi, digər tərəfdən isə konkret əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən yol xəritəsi rolunu oynamışdır.
Azərbaycan-İtaliya əlaqələrinin güclənməsində Avropa İttifaqı ilə əməkdaşlıq da mühüm amildir. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına dəstək göstərib. Son vaxtlar Avropa İttifaqı ilə Azərbaycan arasında müsbət dinamikanın artması həm də İtaliyanın bu sahədəki rolunu təsdiqləyir. Avropa üçün Azərbaycanın enerji təhlükəsizliyindəki rolu danılmazdır. Azərbaycan–İtaliya əlaqələrinin əsas dayaqlarından biri də enerji sektorudur. İtaliya Azərbaycanın neft və qazının əsas alıcısı kimi çıxış edir. Hazırda Azərbaycan nefti İtaliyanın neft balansında birinci, Azərbaycan qazı isə ikinci yeri tutur. Avropanın müxtəlif ölkələrinin Azərbaycan qazı və gələcəkdə elektrik enerjisi ilə təmin olunması, İtaliyanın isə bu əməkdaşlığın mərkəzində dayanması Azərbaycanın strateji tərəfdaşlıq xəttinin nə qədər düzgün olduğunu bir daha sübut edir.
İtaliya Azərbaycanın, eləcə də Azərbaycan İtaliyanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təqribən 95 %-i Azərbaycanın payına düşür və Azərbaycan Cənub Qafqazda italyan məhsullarının əsas idxalatçısıdır. Uzun illərdir Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsi ilə Azərbaycan Avropada qaz təchizatında etibarlı tərəfdaşa, İtaliya üçün isə üçüncü ən böyük təbii qaz tədarükçüsünə çevrilib.
Azərbaycan-İtaliya strateji tərəfdaşlığı həm iqtisadi, həm siyasi, həm də humanitar sahələrdə qarşılıqlı fayda əsasında inkişaf edir. Humanitar sahə də öz növbəsində Azərbaycan – İtaliya münasibətlərinin mühüm bir istiqamətini təşkil edir. 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən ucaldılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə İtaliyada Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa edilib. Heydər Əliyev Fondu tərəfindən bəşəriyyət üçün dəyərli əsərlərin qorunması və gələcək nəsillər üçün saxlanılması istiqamətində görülən işlər Vatikanda da çox yüksək qiymətləndirilir.
2020-ci ildə İtaliyada “Azərbaycan Mədəniyyət İli” elan edilməsi ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsini bir daha təsdiq edir. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci il aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub.
Prezident cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan–İtaliya tərəfdaşlığı rəsmi sənədlərdə deyil, real həyatda və konkret layihələrdə öz əksini tapır. Beləliklə, 2025-ci ilin sentyabrında baş tutan bu səfər Azərbaycan-İtaliya münasibətlərinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Əminliklə deyə bilərik ki, İtaliya Prezidentinin ölkəmizə dövlət səfəri tərəflər arasında strateji əməkdaşlığın genişlənməsinə, bütün platformalarda qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə təkan verəcəkdir.
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

