Azərbaycan var olduqca Ümummilli Lider bu xalqın xilaskarı kimi daim qəlblərdə yaşayacaq!
02.10.2025 [19:23]
Azərbaycan xalqının XX əsrdə ən böyük tarixi nailiyyəti olan dövlət müstəqilliyi əzablı və keşməkeşli prosesdən keçib. Əsrin sonunda yaranmış tarixi-siyasi şərait Sovet İttifaqının dağılmasını labüdləşdirdiyi halda yarıtmaz rəhbərlik sayəsində iqtisadi, mədəni və həyatın bütün sahələrində ön sırada olan Azərbaycan tam çökdürülmüş vəziyyətə düşmüşdü. Bundan başqa iqtisadi-sosial böhran həm də
siyasi xaosla müşahidə olunur və yaranmış situasiyadan istifadə edən mənfur düşmən torpaqlarımızı işğal etmişdi. Həmin dövrdə davam edən milli faciə prosesi 1993-cü ilin ortalarında elə bir həddə çatmışdı ki, nəinki dövlət müstəqilliyi, hətta bütövlükdə dövlətimiz və xalqımız məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. İmperiyapərəst qüvvələrlə xalq azadlıq hərəkatının dalğası üzərində hakimiyyətə gəlmiş AXC–Müsavat iqtidarı arasında gedən hakimiyyət savaşı ölkəni xaos və anarxiya girdabına yuvarlamış, dövlətçiliyin məhv olmasına real zəmin yaranmışdı. Azərbaycanın bu durumdan çıxışı möcüzəyə bənzəsə də, xalqın yaddaşında liderlik məqamını fəth etmiş tarixi şəxsiyyətin proseslərə müdaxiləsi gedişatı tamamilə dəyişdi. Belə ki, 1993-cü ilin ağır günlərində xalqın təkidli tələbi ilə Bakıya gələn Ümummilli Lider Heydər Əliyev xilaskar olaraq dövlətin və Vətənin qurtuluş mücadiləsinə başladı.
1993-cü il oktyabrın 3-də xalqın mütləq əksəriyyətinin səsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və taleyüklü bu seçimlə bugünkü qüdrətli dövlətin təməli qoyuldu. Bu gün xalqımızın elə bir fərdi ola bilməz ki, 1993-cü ilin 3 oktyabr seçkilərinin nəticələrindən bəhrələnməmiş olsun. Həmin gün seçilən, bir həftədən sonra dövlət başçısı kimi and içən ulu öndər Heydər Əliyev, ilk növbədə, fəaliyyətə ölkədə daxili ictimai-siyasi sabitliyin bərqərar olunmasından başladı. Xaos və anarxiya yaradan, istənilən anda istənilən yerdə özbaşınalıq edən silahlı birləşmələr ləğv edildi. Ordu vahid rəhbərlik altında birləşdirildi. Nəticədə düşmən atəşkəs haqqında müqaviləni imzalamağa məcbur oldu.
Daha sonra isə çoxsaylı islahatlara start verildi. Aparılan hüquqi islahatlar nəticəsində ölkəyə xaricdən gətirilən sərmayələrin qorunmasına dövlət zəmanəti verildi. Bu isə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının əcnəbi şirkətlərlə müştərək işlənməsinə zəmin yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycana külli miqdarda xarici investisiyalar gətirilməsi ilə nəticələndi. Bundan sonra isə ölkədə yeni parlament seçilməsinə və yeni Konstitusiyanın hazırlanmasına başlamaq olardı. Heydər Əliyev bu iki mühüm layihəni də uğurla başa çatdıraraq, sözün həqiqi mənasında, Azərbaycanın sivilizasiyalı dövlətlər sırasına çıxarılması üçün gərəkli olan bütün addımları atmış oldu.
Biz xoşbəxtik ki, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil, suveren, qüdrətli Azərbaycan dövləti dünyanın ən mühüm beynəlxalq təşkilatlarında söz sahibidir. Rəsmi Bakı mötəbər beynəlxalq təşkilatların ali məclislərinin keçirildiyi məkana çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Avropa İttifaqının üzvü olan 9 dövlətlə strateji müttəfiqliyimiz var. ABŞ, Çin, İtaliya kimi qüdrətli dövlətlərlə sıx əməkdaşlıq edirik. Gələcəyinə böyük ümidlər bəslənən Türk Dövlətləri Təşkilatının əsas lokomotivlərindən biri, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindənik. Ən başlıcası, ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında müəyyən etdiyi hədəflərin hamısının mərhələ-mərhələ qət edilməsinin nəticəsidir ki, bu gün dövlətimizin suverenliyi tam təmin edilmişdir. Bu, bizim son 2 əsrdəki ən böyük qələbəmizdir.
Ancaq hələ başqa hədəflərimiz də var. İnanırıq ki, Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi və Prezident İlham Əliyev cənablarının qətiyyəti nəticəsində həmin hədəflərə də çatacağıq. Bu əminliyimizin təməlində isə Xalq – İqtidar birliyi dayanır. Birmənalı olaraq deyə bilərik ki, həmin birliyi də bizə məhz ulu öndər Heydər Əliyev bəxş etmişdir.
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22

