Ağstafa seçiciləri inkişafımızın davamına səs verəcəklər
21.09.2013 [10:00]
YAP Ağstafa rayon təşkilatı seçicilərlə növbəti görüş keçirib
YAP Ağstafa rayon təşkilatı prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın Sədri, prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti geniş tədbir dünən Ağstafa şəhər stadionunda keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən, Ağstafa rayonunda gedən quruculuq-abadlıq işləri haqqında geniş məlumat verib. Rayon təşkilatının sədri bildirib ki, YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası dövründə rayonun müxtəlif yerlərində keçirilən görüşlərdə seçicilər birmənalı şəkildə öz seçimlərini etdiklərini deyiblər. R.Tatarov qeyd edib ki, Ağstafa seçicilərinin görüşlərdə nümayiş etdirdiyi fəallıq cənab İlham Əliyevə olan sevgidən və inamdan irəli gəlir.
Çıxış edən millət vəkili Nizami Cəfərov son 10 ildə ölkəmizdə qazanılmış uğurlardan danışıb. O bildirib ki, iqtisadi, siyasi və digər sahələrdə əldə olunmuş nailiyyətlərin davam etməsi Azərbaycan xalqının firavan gələcəyinin qarantıdır. Bunun üçünsə cənab İlham Əliyevin yenidən prezident seçilməsi ən mühüm şərtdir. Natiq əminlik ifadə edib ki, bütün Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun davamçısı, Heydər Əliyevin siyasi varisi İlham Əliyevə səs verəcək.
Tədbirdə çıxış edən Xalq şairi Nəriman Həsənzadə deyib ki, müasir Azərbaycanımızın möhkəm dayaqlar üzərində qurulan və inkişafı hədəfləyən irəliləyişi ölkəmizin özünəməxsus milli inkişaf modelini yaradıb. 2003-cü ilin 15 oktyabr seçkilərində xalqın böyük inam və etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev ötən 10 ildə xalqımızın göstərdiyi etimadı tam doğruldaraq ölkəmizi davamlı yüksəliş yoluna çıxardıb.
Daha sonra görüşdə çıxış edən Milli güləş yığmasının baş məşqçisi Firdovsi Qubadov bildirib ki, Ulu öndər Heydər Əliyev siyasi məktəbini keçmiş, yüksək, müasir intellekti və qabiliyyəti ilə Azərbaycan dövlətini uğurdan uğura daşıyan möhtərəm Prezidentimiz İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişaf prosesində dinamizmi təmin edib. Vurğulanıb ki, məhz möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının xüsusi səyi və qətiyyəti nəticəsində milli iqtisadiyyatımızın liberallaşdırılması, ölkəmizin beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər müstəqil Azərbaycanın yüksələn xətlə inkişafına səbəb olub.
Tədbirdə YAP Mərkəzi Aparatının məsul işçisi Rəfael Gülməmmədov da iştirak edib. Çıxış edən natiqlər, o cümlədən, kənd sakinləri 9 oktyabr 2013-cü il prezident seçkilərində YAP-nın namizədi İlham Əliyevin yenidən qələbəsi qazanacağına inandıqlarını bildiriblər. Azərbaycan dövlətinə sadiq Ağstafa rayonunun seçiciləri YAP-nın alternativsiz namizədi cənab İlham Əliyevin növbəti prezident seçkilərində qələbəsi üçün çalışacaqlarını bildiriblər.
Daha sonra tədbir respublikanın tanınmış incəsənət xadimlərinin iştirakilə konsert proqramı ilə davam edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17

