Azərbaycan-Şimali Makedoniya əlaqələri yeni müstəvidə
13.03.2025 [16:29]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Azərbaycanla Şimali Makedoniya arasındakı diplomatik münasibətlər 1995-ci ildə qurulmuşdur. Bu gün iki ölkə arasındakı münasibətlər, siyasi dialoq yüksələn xəttlə inkişaf edir.
Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ölkəmizə rəsmi səfər etmişdir. Bu xanım prezidentin qısa müddət ərzində ölkəmizə ikinci səfəridir. Səfər çərçivəsində iki ölkənin Prezidentlərinin təkbətək görüşü olmuş, daha sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Mətbuata bəyanatında Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidentinin dəvətini qəbul edib bu gün ölkəmizə rəsmi səfərə gəldiyinə görə şad olduğunu bildirib. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparıldığını, ölkələrimiz arasında siyasi dialoqun dinamik xarakter aldığını və qısa müddət ərzində xanım Prezidentlə ikinci görüşün bunun əyani sübutu olduğunu vurğulayıb. Ölkə başçısı əlavə edib ki, “Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır”.
Çıxışında Prezident İlham Əliyev iki ölkənin energetika sahəsində əməkdaşlığa başlamasının son ayların müsbət əlaməti olduğunu, Azərbaycan qazının artıq Şimali Makedoniyanın bazarına çatdırıldığını, gələcəkdə lazım olan həcmdə qaz təchizatını artıra biləyimizi diqqətə çatdırıb. Ölkə başçısı onu da bildirib ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik.
“Avropa Azərbaycan qazına ehtiyac duyur”,- deyən Prezident İlham Əliyev təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin bunun əyani təzahürü olduğunu vurğulayıb. Ölkə başçısı onu da bildirib ki, bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlığın Azərbaycan üçün çox önəmli olduğunu, bu praktiki əməkdaşlığın digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracağına ümidvar olduğunu söyləyib.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

