Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 32-ci ildönümü qeyd edilib
06.03.2025 [17:10]
Martın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin akt zalında Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası – yeni hədəflərə doğru” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mixail Zabelin, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülməklə onun əziz xatirəsi yad olunub. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Qaradağ rayonun musiqi məktəblilərinin ifasında təqdim olunan musiqi sədaları altında ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edən kitab sərgisi və eksponatlarla tanış olublar.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaranmasından və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev partiyanın Qaradağ rayon təşkilatının 32 il ərzində keçdiyi şərəfli yol haqqında danışıb. O, Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs edib.
Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov partiyanın yaranmasını Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artdığını xüsusi vurğulayıb.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mixail Zabelin Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının 32 il müddətində zəngin və şərəfli bir inkişaf yolu keçdiyini bildirib. YAP-ın yarandığı gündən Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsinə çevrildiyini vurğulayan Mixail Zabelin bu partiyanın yalnız azərbaycanlıarın deyil, həm də ölkəmizdə yaşayan digər xalqıarın mənafelərinin ifadəçisi olduğunu qeyd edib. YAP-ın təsis edildiyi gündən cəmiyyətin ən fəal və mübariz nümayəndələrinin qorxmadan bu partiyanın sıralarına qoşulduğunu qeyd edən Azərbaycanda Rus İcmasının sədri bu partiyanın yaranmasının xalqımızın mütəşəkkilliyinin və siyasi təfəkkürünün yüksək göstəricisi olduğunu deyib. O, bu gün YAP-ın öz sıralarında 750 mindən çox üzvü, o cümlədən ölkəmizin qabaqcıl gənclərini toplayaraq yetkin siyasi qüvvəyə çevrildiyini bildirib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Asif Əsgərli öz çıxışında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında yaranmış partiyanın hazırda Cənubi Qafqazın ən güclü və yetkin bir siyasi qüvvəsinə çevrildiyini və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etdiyini qeyd edib. O, YAP-ın qarşida duran vəzifələrin öhdəsindən də layiqincə gələcəyinə əmin olduğunu bildirib.
Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP-ın veteranı Mirtağı Tağıyev öz çıxışlarında ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanın görünməmiş fəlakətlə qarşılaşdığı bir zamanda Ulu öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə formlaşan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs ediblər.
Konfransda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Sonda xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

