İnformasiya vasitələri yalnız həqiqəti əks etdirməlidir
29.07.2024 [10:39]
Dövlətimizin başçısı İlham Əliyev Cari ilin 20 iyul tarixində "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda düzənlənən II Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlərlə, dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablarla bir sıra vacib məqamlara aydınlıq gətirdi. Yalan məlumatların ifşasına həsr olunmuş Qlobal Forum dezinformasiya ilə mübarizə baxımından mühüm əhəmiyyət kəsb edirdi. Tədbirdə iştirak edən media nümayəndələri cəmiyyəti düzgün məlumatlandırmaq üçün bütün imkanlardan istifadə edirlər. Ancaq nə etmək olar ki, kimlərdənsə asılı vəziyyətdə qalan media subyektləri dezinformasiya yaymağa sanki adət edib. Belə məlumatları yayanlar, ümumilikdə media adına ləkədir.
Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını qeyd edən Prezident İlham Əliyev ölkəmizin uzun illər bu dezinformasiyanın qurbanı olduğunu vurğuladı.Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Bu, region xalqlarının təhlükəsizlik hissini gücləndirir və münaqişələrin keçmişdə qaldığını göstərir. Ermənistan və Azərbaycan arasındakı münaqişə dövründə erməni diasporunun və ermənipərəst siyasətçilərin Azərbaycana qarşı hücumlar etdiyini və yanlış məlumatlar yaydığını bildirdi. Bunun nəticəsində Azərbaycan dünya ictimaiyyətinə təcavüzkar kimi təqdim edilib və beynəlxalq sanksiyalara məruz qalıb.
Dövlət başçısı qeyd etdi ki, “biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır”.Ermənistan ötən əsrin əvvəllərində torpaqlarımızı işğal altına alanda Azərbaycanın 8 milyon əhalisi var idi ki, onun da 1 milyonu erməni təcavüzü nəticəsində doğma ev-eşiklərini tərk etmək, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamaq məcburiyyətində qalmışdı. İnsanların illər boyunca qurub yaratdıqları evlərini tərk etmək və çadırlarda, vaqonlarda, yarımçıq tikililərdə yaşamaq məcburiyyətində qalmaları əsl faciə idi.
Cənab Prezident çıxışında Azərbaycanın tarixi ədalətin bərpası və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atdığı addımların əhəmiyyətini bir daha ortaya qoymuş oldu. Azərbaycanın obyektiv şəkildə işıqlandırılması və regional sabitliyin təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir. Bu çıxış Azərbaycanın müstəqil xarici siyasətini və iqtisadi inkişafını davam etdirmək əzmini nümayiş etdirir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

