Reklamlarda və obyekt adlarında dil normaları niyə pozulur?
30.03.2023 [11:30]
Qönçə QULİYEVA
Ana dilimiz Azərbaycan xalqının, millətinin varlığı, kimliyi, sərvəti, atributu və simvoludur. Azərbaycan dili çox zəngin, ifadəli və ahəngdar dildir. Dilimiz cəmiyyətimizin təşəkkülü zamanı daha da inkişaf edib və yeni forma alıb. Dilimizin lügət tərkibi imkan verir ki, nitqimiz anlaşılan və ifadəli olsun. Azərbaycan dili hər bir dil kimi zamandan asılı olaraq dəyişib və nəticədə dil tərkibi yenilənib.
Lakin unutmaq olmaz ki, dil tərkibinin yenilənməsi heç bir halda norma və prinsiplərin pozulması ilə nəticələnməməlidir. Əfsuslar olsun ki, son dövrlərdə Azərbaycan dilinin qayda və normalarının pozulmasına daha çox rast gəlirik. Əsasən reklam lövhələrində və özəl sahibkarlıq adlarında görünən orfoqrafik və leksik səhvlərlə yanaşı, əcnəbi dillərdən daha çox istifadə edilməsi də bir növ ənənə halını alıb. Xüsusən xaricdən ölkəmizə gətirilən məhsul adlarının dilimizə tərcüməsi yarıtmaz səviyyədədir. Əgər buna tərcümə demək olarsa...
Reklam mətnlərində açar sözlər, şüarlar düzgün seçilmədiyindən, mənbə dildən götürüldüyü kimi yazıldığından bir çox hallarda tragikomik mənzərəyə şahidlik etmiş oluruq.
Qanunvericiliyimiz reklam lövhələrində və obyekt adlarında əcnəbi dillərdən istifadə etməyə imkan verir. Amma qanuna görə, xarici dildəki yazı Azərbaycan dilindən sonra yazılmalıdır. Lakin reklam afişalarının bir çoxunda buna diqqət edilmir. Bundan başqa, şirkət və obyekt adlarında hərfi tərcümələrlə də az rastlaşmırıq. Hərfi tərcümələr Azərbaycan dilinin harmoniyasına və sxematikasına uyğun gəlmir.
Mütəxəssislərin fikrincə, sahibkarların, müəssisə sahiblərinin bir çoxunun əcnəbi dildən və hərfi tərcümələrdən istifadə etmə səbəbi brend adlarını daha çox gözəçarpan etməkdir.
Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzeti ilə bölüşən marketoloq Bəylər Əlizadə bildirib ki, marketinq nöqteyi-nəzərindən yerli sözləri xarici hərflərlə əvəzləyib yazmaq hər zaman doğru seçim deyil: “Belə addımların uğurlu olma ehtimalı əsasən bazarda yenilik edildiyində daha çox olur. Amma eyni addım dəfələrlə təkrarlandıqda əksinə olaraq müştəridə qıcıq yarada bilir. Nəzərə alınmalı əsas məqam hədəf auditoriyasıdır. “Naming” prosesi sadəcə, kreativ ad düşünməklə kifayətlənmir. Bazarı və müştəri auditoriyasını araşdırıb ona əsasən ad seçimi edilməlidir. Seçilmiş ad həm biznesə uyğun, həm də yaddaqala olmalıdır. Yadda qala bilən olmasında vacib nüans, həm də bir adın hər kəs tərəfindən eyni tələffüz olmasıdır. Yerli adları hərfi tərcümə etdikdə isə müştərilər arasında çaşqınlıq yaranır və ad onlara itici gəlməyə başlayır”.
Mövzu ilə əlaqədar Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov (Göytürk) bildirib ki, əhalinin sıx yaşadığı ərazilərdə, xüsusən paytaxt Bakıda dil normaları daha çox pozulur: “ Əlbəttə, başlıca səbəb mərkəzə insan axınının çox olması ilə bağlıdır”.
Bəzi sahibkarların dövlət dilinə münasibətinin arzuolunan səviyyədə olmadığını təəssüf hissi ilə qeyd edən şöbə müdiri maarifləndirməyə ciddi şəkildə ehtiyac olduğunu da diqqətə çatdırıb: “Bu, təkcə sahibkar və istehlakçı arasında olan məsələ deyil. Hesab edirik ki, dili yaxşı bilməyən sahibkarlar özləri reklam verməməlidir. Bu iş dilçilərə, dizaynerə, kopirayterlərə həvalə edilməlidir”.
Qanunvericiliyimiz nə deyir?
Qanunvericiliyimizə görə, reklamda “Dövlət dili haqqında” Qanununun müddəalarına riayət edilməlidir. Reklam mətnində dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli və dövlət dilində olan mətn xarici dildə olan mətndən daha çox sahəni tutmalıdır.
Problemin həlli
Reklamda dil qayda və normalarının pozulmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən bir sıra əhəmiyyətli addımlar atılıb. Bu sahədə hüquqi tənzimləməni və daimi nəzarət funksiyasını həyata keçirmək məqsədilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Monitorinq Mərkəzi dövlət dilinin tətbiqinə kompleks nəzarəti həyata keçirir. Eyni zamanda, Dövlət Reklam Agentliyi də bu problemi aradan qaldırmağa çalışır.
Lakin görünən odur ki, problemin həllində yalnız dövlət nəzarəti kifayət etmir. Sahibkarların dilçilərə müraciət etməməsi, onlarla əməkdaşlıqdan yayınması nəticədə analoji problemlərin həll olunmanması ilə nəticələnmiş olur. Bu səbəbdən də maarifləndirmə işlərinin aparılması olduqca əhəmiyyətlidir. Belə olarsa, dildə bu kimi norma pozuntularının qarşısı alınar və dil saflığı qorunar.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

