Azadlıqda gəzənlərin məhbəs sevgisi
23.02.2022 [10:48]
Və ya ayaqlar baş olanda
İşə gecikdiyimə görə taksiyə minməli oldum. Bir az gedəndən sonra salonda qəribə siqnal səsi eşidildi. Sürücü öyünürmüş kimi elan elədi: ““cihazımın” səsidir, aralanmışam”. Anlamadığımı görüb izah etdi ki, məhkumlara taxılan qolbaqdan söhbət gedir, müəyyən məsafədən uzaqlaşarkən belə siqnal verirmiş. Siqnalın səsini batırmaq üçün maqnitafonda başladı o məşhur “Dolya vorovskaya”nı oxutmağa. Belə musiqilərə dözümüm olmadığına görə bağlamasını xahiş etdim. Sürücü musiqinin səsini batırsa, da mənə “ağıl verməkdən” özünü saxlaya bilmədi. “Sizlər belə şeyləri anlamazsınız. Mənim ömrüm bu yollarda keçib. Cavanlığımı vermişəm. Belə yaşamağa hər oğlanın “duxu” çatmaz. 20 yaşımda oğurluqdan girdim, 25 yaşımda narkotikə görə “yatdım, sonra “razboy”, indi də iki maddə ilə məhkəməmi gözləyirəm”.
İlhamə RƏSULOVA
Taksiyə mindiyimə min peşmanam. (Hər kefi istəyənin, ağıllı-dəli fərq etmədən taksi sürməsi də bir ayrı yazının mövzusudur) Sürücü yol boyu “yaxşı qardaş”, “cayıl oğlan”, “yaxşı oğlanlara göndərilən peredaça”dan danışır. Jarqonlardan istifadə edir. Adam rəsmən həbsdə olmağı ilə öyünür, bunu qəhrəmanlıq hesab edir.
Yəni bir insan olaraq səmimi peşmançılıq, “razboy”a görə ayıb, özünü günahkar hiss etmək, ötən gəncliyinə, zindanda keçən günlərinə görə peşmanlıq duyğusu hiss edilmir. Adam özünü kriminal sistemin tərkib hissəsi kimi görür. Hiss edirsən ki, ən sadə səhvinə görə rahatlıqla yenə kiminləsə dava salıb həbsə girə bilər. Bu, onun həyat tərzidir. Onun üçün azadlığın dəyəri yoxdur. Ya özünü azadlqda reallaşdıra bilmir, öyünəcək nəyisə yoxdur, yalnız kriminal dünyaya əlaqəsi ilə öyünür, ya da bu aləmə sadə insanların marağı onu cinayət dünyasının hissəsi olmağa itələyir. Bir növ bununla populyarlaşır, diqqət çəkir.
Müstəqillik illərinə başlayaraq yaranmış boşluğun yerini “qaçaqlar”a, “oğru” aləminin nümayəndələrinə, “lotular”a, avtoritetlərə olan böyük maraq doldurdu. Müstəqilliyin ilk illərindən başlayaraq “oğru” aləminin nümayəndələrinin həyatı haqqında silsilə yazılar, kitablar dərc edildi, filmlər çəkildi. Bəzi insanlar şəxsi problemlərinin həlli üçün hüquq-mühafizə orqanlarına deyil, məhz avtoritetlərə pənah apararaq, onlardan kömək umdular, aldıqları yardımlar haqqında o qədər böyüdərək danışdılar ki, şəhər əfsanələri yarandı.
Alt şüura yeridilən bu sevgi yeniyetmələrin, gənclərin düzgün olmayan istiqamətə meyillənməsinə səbəb oldu, oğru dünyasına yeni nəsillər, yeni qurbanlar bəxş elədi.
Aparılan araşdırmalardan məlum olur ki, oxucular xəbər portallarında, saytlarda daha çox avtoritet, kriminal xəbərlərə maraq göstərir, izləyir. Kriminal aləm və onun ayrı-ayrı fərdləri mifləşdirildi.
Kriminal avtoritetlər cəmiyyətə haqq-ədalət tərəfdarları, xeyirxah insanlar kimi təqdim olundular. Gənclər onları örnək aldı, həbsxanadan gələn tatu dəbi moda dünyasına ayaq açdı. Oğru dünyasının təmsilçilərinin qəhrəman kimi təqdim olunmasının səbəblərindən biri də qanunların aliliyinin təmin olunmasında yol verilən problemlərlə bağlıdır. Bu sahədə boşluq yarananda intellektual səviyyəsi aşağı və müəyyən qədər emosional insanlar ədaləti ya radikal dini cərəyanlarda, ya da kriminal aləmdə axtarırlar.
Şübhəsiz ki, kriminal aləmdə nüfuz sahibi olanlar arasında vətənini, xalqını sevən və ən çətin məqamlarda ictimai maraqların ziyan görməsinə imkan verməyənlər də var. Lakin həbsxanadakıların hamısı məsumdur, günahsızdır, “ heç nə üstə işə düşənlərdir”?
Dilimizdə bir söz var- Mərdi qova-qova namərd eləmək. Bizim mediamız öz reytinqi naminə yaza-yaza namərdlərdən mərd düzəltdi, süni qəhrəmanlar yaratdı. Media kriminal avtoritetlərin hər addımından yaza-yaza onları həqiqətən avtoritetə, bütə çevirdi.
1990-cı illərdən etibarən ən çox tirajlanan xəbərlər məhz kriminal məzmunlu informasiyalar olurdu. Kriminal xəbərlər qəzetlərin manşetini bəzəyirdi. Sanki cəmiyyət kriminal xəbərlərə ac idi. Kriminal aləmin adamları -”avtoritetlər” barədə məlumatlar çoxalmağa başladı. Filmlər çəkildi, mafiya ilahiləşdirildi.
Cəmiyyətdə bu məlumatlar böyük maraqla izlənilsə də, bu cür məlumatların əslində mətbuatda yayımlanmasının doğru olmadığını, insanlara, xüsusən də yeniyetmə və gənclərə psixoloji olaraq təsir etdiyini, beləliklə də onları avtoritet aləminə təhrik etdiyini unutmamalıydıq. Kriminal aləmin həyatını “oğru dünyası” adı altında, süni şəkildə rəngli çalarlar da qataraq cəmiyyətə ötürmək gəncləri bu yola təhrik etməkdən başqa bir şey deyildi və təbrik edirik, istəmədiyimiz nəticəni əldə etdik. Əkdiyimizi biçirik. Mətbuat özü də bilmədən reytinq xatirinə, oxunma xatirinə, baxış sayı xatirinə cəmiyyəti yanlış yönləndirdi. Azadlıqda olanların “türmə” sevgisinə rəvac verdi.
Keçən əsrin ortalarında xüsusi xidmət orqanları kommunist rejiminə qarşı ümumxalq nifrətini azaltmaq üçün kriminal aləminin nümayəndələri ilə sazişə girmişdi. Və onların nüfuz qazanmasında dövlət orqanlarının da rolu var idi. Bununla bağlı müxtəlif araşdırmalar var. Sovet rejimi həbsxanaların idarə olunması üçün kriminal aləmin nüfuzlu insanlarına, “yazılmamış qanunlara” ehtiyac hiss edirdi. Lakin o dövr getdi.
Axı avtoritetlərlə bağlı yazıların cəmiyyətə nə xeyri var? Bu yazıları oxumayan insanlar nəyi itirir? Düşünməliyik ki, mətbuatda bu cür yazıları işıqlandırmaqla biz nəyi örnək veririk? Əgər maraqlandırmaq üçün verilirsə, onda avtoritetləri şöhrətləndirir, təbliğ edir. Niyə?
Kriminal xəbərin xüsusi ötürülmə qaydası olmalıdır. Kriminal xəbər elə formada cəmiyyətə çatdırılmalıdır ki, təhrik və təqlidə yox, baş vermiş hadisədən, əksinə, doğru nəticə çıxarılmasına yönəlsin. Xəbər elə formada verilməlidir ki, cəmiyyət təhlükədən mühafizə edilmiş olsun. Hansı xəbər çox yayılırsa, insanların düşüncəsini o zəbt edir. Bəzən bir informasiya sonrakı xoşagəlməz, hətta faciəli hadisələrə də yol açmaq gücündədir. Bu gün toxumlarını atdığımız fikirlər 15-20 il sonra əlində qanlı bıçaq cinayətkar fərd olaraq qarşımıza çıxacaq.
Bir kişi üçün azadlığını itirmək həm də məsuliyyətdir, sevdiklərini, ailə üzvlərini itirmək, sahib olduğu şeylərdən qopmaq qorxusudur. Namus üstündə həbsə girən kişi bəs çöldə ac-yalavac buraxdığı doğmalarının namusunu kimə tapşırıb gedir? Həbsxana psixologiyasının insanı dəyişdirməsindən danışmıram hələ. Həbsə girən adamla oradan çıxan adamın düşüncələri, davranış tərzi eyni qalırmı?
İllər öncə qonşuluğumda bir ailə yaşayırdı. Kişi avtomobil qəzasında insan ölümünə səbəb olmuşdu deyə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Yeni evlənmişdi həbsə girəndə. Həyat yoldaşı Ceyran xanım 9 il onun yolunu gözlədi, ata-anasının qulluğunda dayandı. Əri həbsdən çıxandan 1 il sonra isə ayrıldı, getdi atası evinə. Səbəbi bircə cümlə ilə izah etmişdi. “O, mənim 9 il əvvəl göndərdiyim Qubad deyil, o gedib, yerinə başqası gəlib, qəbul edə bilmirəm”. Bir cümlədə əslində, çox dərin həyat həqiqəti gizlənir.
Mediamızın “sarı mətbuat” dövrünün canımıza sırıdıqları indi özünü qırmızı qan rəngində büruzə verir. Ən adi səbəblə döyülən, öldürülən, öldürən, vəhşiləşən insanlar bu təbliğatın məhsuludur. Bilirik, bilə-bilə yenə davam edirik.
Təəssüflər olsun ki, təriflədiyimiz gənclərimizin örnək yeri saydığı bir çox məşhurlar öz paylaşımlarında “Həbsxana əsl kişilər üçündü. Kişi həbsə düşəndə niyə utanmalıdır?” kimi fikirlərə yer verirlər. İzləyicilərini hansı yola itələyirlər, fərqindədirlərmi?
Cəmiyyət həbsə girib-çıxan adamları qəhrəman kimi qarşıladıqca, cinayətlərin də sonu olmayacaq. Biz haqsızlığa haqq donu geydirməyə cəhd edirik? Həbsə mələklər yox, canilər girir...
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15

