“Bir millət, iki dövlət”in böyük zəfəri
30.03.2021 [09:00]
Nuranə Hümbətova
Bərdə rayonu R.Əhmədov adına
İmamqulubəyli Kənd İbtidai
Məktəbin müəllimi
El arasında gözəl bir məsəl var: “Yaxşı dost dar gündə sınanar!” Bu deyimi təkcə fərdi-insani münasibətlərə deyil, həmçinin xalqlar, dövlətlərarası münasibətlərə də şamil etmək olar.
Yaxın keçmişdə erməni təcavüzkarları tərəfindən xalqımızın başına gətirilən müsibətlər danılmaz bir həqiqəti - Azərbaycanla Türkiyə arasındakı qədim dostluq-qardaşlıq bağlarını bir daha yenilədi, bu bağların əbədi və sarsılmaz olduğunu göstərdi. Ümummilli Liderimiz Heydər Əliyevin illər öncə müdrikcəsinə söylədiyi - “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - fikirləri yaşadığımız günlərdə bir daha tarixiləşdi, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi.
Sirr deyil ki, öz işğalçı siyasətini tarixən mərhələ-mərhələ həyata keçirən, “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər əsassız və qeyri-hüquqi iddialarını reallaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bunun üçün erməni diasporunun ixtiyarında son dərəcə böyük maliyyə ehtiyatları toplanmışdı. Odur ki, dünyanın böyük ölkələrində özlərinə yetərincə havadar toplayan ermənilər beynəlxalq hüquq normalarını kobudcasına pozaraq yeritdiyi işğalçılıq siyasəti və Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” ilə bağlı cəfəng iddiaları ilə regionda münasibətlərin normallaşmasına əngəl olurdu. Onların bəzi beynəlxalq qurumlar və ermənipərəst təşkilatlar tərəfindən dəstəklənməsi Dağlıq Qarabağ probleminin ədalətli həllini yubadılmasına, illərlə uzanmasına səbəb olmuşdur. Ulu Öndərimizin uzaqgörən siyasətini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Ordusu beynəlxalq təşkilatların 30 ildə görə bilmədiyi işi ötən il Vətən müharibəsi zamanı 44 gündə həll etdi. Prezidentimizin başçılığı ilə xalqımız öz vətəninin, dövlətinin müdafiəsinə qalxdı və torpaqlarımızı işğaldan azad etdi. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün Azərbaycan vətəndaşları vahid amal uğrunda sıx birləşdi və Zəfər qazandı.
Onu da qeyd etmək yerinə düşər ki, II Qarabağ müharibəsi və əldə edilən möhtəşəm Zəfər, sanki XX əsrin ikinci onilliyində yaşanan tarixi hadisəni - fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazan Ənvər paşa və Nuru paşa qardaşlarının qəhrəmanlıq və rəşadətini yenidən gözlər önündə canlandırdı. 1918-ci ildə Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun 4 aylıq döyüşləri ilə 2020-ci ildə cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı ermənilərə qarşı həyata keçirilən döyüşlər fərqli tarixdə və şərtlərdə cərəyan etsə də, hər iki müharibə mahiyyət etibarilə - düşmənə qarşı sarsılmaz Türkiyə-Azərbaycan birliyi, bu birliyin qalibiyyətlə nəticələnməsi və bu Zəfərin Azərbaycan xalqının və dövlətçiliyinin tarixində oynadığı həlledici rola görə eyni əhəmiyyətə malikdir. Qəhrəman Nuru paşa və Ənvər paşa qardaşları hələ bir əsr bundan əvvəl bütünlükdə Türk xalqının Azərbaycana olan bağlılığını əməlı şəkildə nümayiş etdirərək yazdıqları şanlı dastanla həm də Türkiyə və Azərbaycanın əbədi qardaşlığının rəmzi oldular.
Eyni zamanda, Azərbaycan-Türkiyə münasibətləri 2020-ci ildə tarixi bir dönəmdən keçdi. Ağır günlərdə etibarlı dost əli xalqımızın çiynindən heç əskik olmadı. Türkiyə dövləti və xalqı II Qarabağ müharibəsinin başından sonunadək Azərbaycana mənəvi və siyasi dəstək göstərdi.
Bir sözlə, tarixi həqiqətlər göstərir ki, Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də dediyi kimi: “Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir”.
Dövlət başçısının da bəyan etdiyi kimi, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11

