/ / Gündə cəmi 7 dəqiqə yüngül qaçışla məşğul olmaq ürək-damar xəstəliklərindən ölüm riskini 45 faiz azaldır
Gündə cəmi 7 dəqiqə yüngül qaçışla məşğul olmaq ürək-damar xəstəliklərindən ölüm riskini 45 faiz azaldır
25.11.2020 [09:02]
Fiziki hərəkətlər sağlam həyat tərzinin ayrılmaz hissəsidir və bəzən hamıya məlum olan ən adi hərəkətlər çox böyük fayda gətirir. Mütəmadi fiziki hərəkətlər sağlam həyat tərzinin əsas komponentidir, lakin onların üstünlükləri əzələlərin güclənməsindən və çəki itkisindən daha yüksəkdir. Belə ki, ürək-damar cərrahı Elvin Süleymanov qəzetimizə açıqlamasında bildirib ki, gündə cəmi 7 dəqiqə yüngül qaçışla məşğul olmaq bütövlükdə xəstəliklər üzündən vaxtsız ölüm riskini 30 faiz, ürək-damar xəstəliklərindən ölüm riskini isə 45 faiz azaldır.
Onun sözlərinə görə, həftədə təxminən 50 dəqiqə asta yerişlə qaçan insanların qaçışdan əldə etdiyi effekt daha sürətli və daha uzun müddət qaçan insanların əldə etdiyi effektlə təxminən eynidir: “İdmanla müntəzəm məşğul olmaq zəruridir. Ürək-damar xəstəliklərinin yaranma səbəbləri arasında həyat tərzi, hərəkətsizlik, stress, qeyri-sağlam qidalanma əsas yeri tutur. Ürək-damar xəstəlikləri aşkar edildikdə, ilk növbədə, fiziki aktivliyi artırmaqla, hərəkət etməklə özünüz sağlamlığınızı qorumuş olarsınız. Məsələn, oturaq həyat tərzi keçirən insanlar, günlərini masa və kompüter arxasında keçirən ofis işçiləri heç olmazsa işdən sonra bir neçə saat hərəkət etməlidir. Həftəsonu isə mümkün qədər çox gəzmək, idmanla məşğul olmaq, açıq havada olmaq məsləhətdir. Hər gün 30 dəqiqə yüngül idman hərəkətləri yerinə yetirməklə nisbətən yaxşı formanı qoruyub saxlamaq mümkündür. Bundan başqa, koronavirusla mübarizə zamanı immunitet sisteminin gücləndirilməsində də fiziki aktivliyin faydalı rolu var”.
Həkim gündə 30 dəqiqəlik hərəkətin yaddaşı yaxşılaşdırdığını da deyir: “Elmi araşdırmalar göstərir ki, sürətli hərəkətlər yaddaşın aktivləşməsinə səbəb olur. Fiziki məşqlər neyrotransmitterlərə, sinir sisteminin böyüməsinə, ümumi beyin fəaliyyətində əsas rol oynayan qısamüddətli amillərə təsir edir. Bu təsir sinir aktivləşməsinin artmasına səbəb olur. Əzələ hərtərəfli fəaliyyətə uyğunlaşdığı kimi, xatirələri daha effektiv canlandırmaq, funksionallığı təmin etmək və adaptasiya olmaqla yanaşı, neyron sinir sisteminin xüsusi fəaliyyətini çevikləşdirə bilər”.
Mütəxəssis xəbərdarlıq edir ki, həddindən artıq fiziki gərginlik də ziyan gətirə bilər.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

