“Gözəgörünməz düşmən” aramızdadır...
04.11.2020 [09:28]
Mütəxəssislərin qeyd etdikləri kimi, hər kəs öz məsuliyyətli davranışı ilə dövlətin COVID-19 ilə mübarizəsinə ciddi dəstək verməlidir
Məlum olduğu kimi, hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır. Bir çox ölkədə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Azərbaycanda da COVID-19-a yoluxanların sayında kəskin artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq artır, sanitar-epidemioloji durum pisləşir. Pandemiyanın qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Ekspertlər vətəndaşları vəziyyətin ciddiliyini nəzərə almağa və mövcud qaydalara əməl etməyə çağırırlar.
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev bildirib ki, son bir həftə ərzində ölkəmizdə yeni növ koronavirus infeksiyasına yoluxma sayı hər gün artaraq çox yüksək həddə çatıb. Bunun başlıca səbəbi bəzi vətəndaşların pandemiya dövrünün qaydalarına əməl etməməsi və sosial məsuliyyət hissini itirməsidir. Onun sözlərinə görə, koronavirusun ölkəmizdə yeni yayılmağa başladığı mart-aprel aylarında yoluxmaya məruz qalan müəyyən ailədən bir nəfər gəlib xəstəxana şəraitində müalicə olunandan sonra sağalaraq evə qayıdırdı: “Həm də o vaxt yoluxanların xeyli bir qismi bu xəstəliyi nisbətən yüngül keçirirdi və bu, əhali arasında bir qədər arxayınçılıq hissinin yaranmasına səbəb oldu. İndi isə infeksiyaya yoluxan bütöv ailələr var. Hazırda xəstəxanada müalicə olunan baba, nənə, oğul, gəlin və nəvə, yaxud ata-ana və övladlarından ibarət bütöv ailələr müalicə olunurlar. Onlar ya ailəvi şəkildə müəyyən tədbirlərdə iştirak edərək xəstələnir və yaxud ailə üzvlərindən kimsə gedib həmin tədbirlərdə yoluxaraq gəlib ailənin digər üzvlərini də xəstələndirir. Bir də onda duyuq düşürlər ki, artıq hərarət yüksəlir, boğazda ağrı, bədəndə tərləmə başlayır, nəfəs darlığı yaranır, mədə-bağırsaq sistemində pozulmalar əmələ gəlir, belə olanda artıq onun özünü və ətrafdakıları qoruması gec olur”.
Mütəxəssis əhalini indiki kritik şəraitdə ehtiyatlı davranmağa, hər addımda pandemiya dövrünün qaydalarına ən ciddi şəkildə əməl etməyə çağırıb: “Unutmaq lazım deyil ki, bu dəhşətli bəşəri bəladan qoruyan yeganə bir qüvvə varsa o da hər kəsin özü və onun sosial məsuliyyət hissidir”.
“Payız-qış mövsümü müxtəlif respirator xəstəliklərin fəallaşdığı dövr hesab olunur. Həyatın normal məcraya qayıtması üçün karantin qaydalarına uyğun yaşamaq tələb olunur”. Bu fikirləri isə “Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyinin sədri Sveta Rəfiyeva deyib. Onun sözlərinə görə, təəssüf ki, bəzən həkim və mütəxəssislərin bu sahədəki xəbərdarlığı düzgün anlaşılmır.
Ekspert qeyd edib ki, sağlamlıq keşikçiləri pandemiyanın davam etdiyi müddətdə bir an da olsun məsuliyyət hissini itirməməyi, qaydalara ciddi şəkildə əməl etməyi məsləhət görəndə bunu əhalini qorxutmaq, boş yerə narahatlıq yaratmaq kimi başa düşürlər. Unutmaq lazım deyil ki, həkimlərin bir vəzifəsi də əhalini maarifləndirmək, profilaktika işi aparmaqdır. İndi axı hamı COVID-19-un yaratdığı təhlükəni, onun doğurduğu problemləri görür, bütün dünya bu “gözəgörünməz düşmən”lə mübarizə aparır, dəhşətli xəstəlik can almaqda davam edir. Həkimlər də ona görə bu barədə həyəcan təbili çalaraq xəbərdarlıq edirlər ki, xəstəliyin geniş vüsət almasının qarşısı alınsın, qaydalara əməl olunmaqla yayılma ehtimalı minimuma ensin. Hələ bu qədər gecə-gündüz təbliğat aparılır, hələ bu qədər xəbərdarlıq edilir, yenə də sosial məsuliyyət hissini, sayıqlığını itirənlərlə rastlaşırıq. Artıq uşaqdan böyüyə hamı üçün aksioma çevrilməlidir ki, infeksiyaya yoluxmamağın və sağlam həyata dönməyin yeganə yolu həmin qaydalara uyğun yaşamaqdan, özümüzü və ətrafdakıları bu qlobal bəlanın fəsadlarından qorumaqdan ibarətdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19

