COVID-19-a qalib gəlmək istəyiriksə...
03.11.2020 [09:12]
Hər kəs məsuliyyətli olmalı, müəyyən olunmuş qaydalara ciddi riayət etməlidir
Məlum olduğu kimi, hazırda dünya ölkələri koronavirus pandemiyasının yeni dalğasını yaşayır. Bir çox ölkədə virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Azərbaycanda da COVID-19-a yoluxanların sayında kəskin artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq artır, sanitar-epidemioloji durum pisləşir. Pandemiyanın qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılıb. Ekspertlər vətəndaşları vəziyyətin ciddiliyini nəzərə almağa və mövcud qaydalara əməl etməyə çağırırlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, bu gün ölkəmiz iki cəbhədə müharibə aparır. Onun sözlərinə görə, erməni işğalçılarına qarşı müharibədə döyüş meydanında olan düşmənimizi görsək də, arxa cəbhədə insanlarımız gözə görünməz düşmənə, COVID-19-a qarşı savaşır. Millət vəkili qeyd edib ki, ön cəbhədə qəhrəman əsgərlərimiz tərəfindən 30 illik torpaq həsrətimizə son qoyulduğunu görüb COVID-i yaddan çıxarmamalıyıq və unutmamalıyıq ki, düşmənlə səngərdə üz-üzə dayanırıqsa, gözə görünməz koronavirusla da hər yerdə qarşılaşa bilərik: “Son günlərdə koronavirusa yoluxmada artan dinamikanın müşahidə olunması bir daha ictimai məsuliyyət məsələsini aktuallaşdırır. Məhz ictimai məsuliyyətsizlik nəticəsində hər gün bu xəstəliyə yoluxanların sayının min nəfərin üstündə olmasını və dünyasını dəyişənlərin sayının artmasını görürük. Dövlətimiz vətəndaşlarının sağlamlığı üçün əlindən gələni edir. Biz isə sadə tələblərə riayət etməyərək yoluxma sayını artırmaqla hazırkı dövrdə dövlətin diqqətinin cəbhəyə deyil, fərqli istiqamətə yönəlməsinə yol açmış oluruq”.
“Dövlətimiz üçün birinci növbədə insanların sağlamlığıdır və ona görə yenidən sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilir, xəstəlik simptomu müşahidə olunanlar dərhal xəstəxanalara yerləşdirilir, müalicəsi təşkil olunur. Bu, həm də milyonlarla vəsait deməkdir və bu gün xırda bir səhlənkarlıq bizə baha başa gəlir. Biz özümüzü koronavirusdan qorumaqla ölkədə yoluxma sayını azaldaraq müharibədə qələbəyə töhfə vermiş olarıq. Mən bir daha bütün vətəndaşları tibbi maskadan istifadə etməyə, sosial məsafəni gözləməyə və şəxsi gigiyena qaydalarına riayət etməyə çağırıram. Təbii ki, biz birlikdə güclüyük. Biz güclü olanda cəbhədə düşmənə qısa bir zamanda qalib gələ bilərik”, - deyə A.Badamov əlavə edib.
Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev də sentyabrdan etibarən dünyada koronavirusa yoluxanların sayında artımın qeydə alındığını və bu tendensiyanın Azərbaycandan da yan keçmədiyini bildirib. Onun sözlərinə görə, rəqəmlərin artımının obyektiv səbəbləri də var. Səbəblərdən biri respirator sistemə aid xəstəliklərin sentyabr-oktyabr aylarından başlayaraq artması olsa da, vətəndaşlarda yaranan arxayınlıq da səbəblər sırasındadır: “Yoluxma sayının azlığı vətəndaşlarda arxayınlığa səbəb oldu və hər kəs pandemiyanın bitdiyini düşündü. Əslində isə xəstəlik davam edir. Bunu biz ikinci dalğa kimi də qəbul edə bilmərik. Çünki xəstəlik var və vətəndaşlar məsuliyyətlə yanaşmanı kənara qoyduqdan sonra rəqəmlərdə artımlar qeydə alındı. Bu gediş əslində çox həyəcanlıdır. Çünki hazırda gərgin bir dövrdə yaşayırıq. Vətən müharibəsi davam edir. Bizim hər birimizin xəstələnməsi cəbhə üçün də təhlükə törədir. Vətəndaşlar cəbhə zonasında hərbçilərlə təmasda olduqlarına görə, məsuliyyətimiz birə on qat artmalıdır. Hər birimiz ordumuzun qələbəsi naminə koronavirusa qarşı mübarizədə də həmrəylik nümayiş etdirməliyik”.
A.Allahverdiyev onu da qeyd edib ki, ölkəmizdə xəstəliyin artım səbəbi, buna təsir edən faktorlar araşdırılır, analiz edilir və qarşısının alınması üçün tədbirlər hazırlanır. Görülən tədbirlərin nəticə verməsi üçün isə hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Əgər qaydalara əməl edilsə, yoluxma sayları azalacaq. “Xəstəlikdən qorunmanın yolları bəllidir - maska taxmaq, əl gigiyenasına əməl etmək və məsafə saxlamaq. Təəssüflər olsun ki, vətəndaşlar əvvəlki vətəndaş məsuliyyətini nümayiş etdirmirlər. Parklarda, dayanacaqlarda avtobuslarda maskasız vətəndaşların sayı kifayət qədərdir. Bu da yoluxma saylarında artımla nəticələnir. Bu gün ölkəmizdə əhalinin sayına görə, aparılan test sayı yüksək səviyyədədir. Test saylarının çoxluğu son dərəcə önəmlidir və xəstəliyi gizli keçirənlərin üzə çıxarılmasına imkan verir”, - deyə A.Allahverdiyev əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

