Qədim tarixli, füsunkar təbiətli Ağdam rayonu yeni inkişaf yollarında
10.04.2010 [13:16]
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Azərbaycanın inkişafına təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli rəhbərlərə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Bu, özünü Ağdamda da qabarıq şəkildə büruzə verir. “Yeni Azərbaycan” qəzeti olaraq 2004-2008-ci illəri əhatə etmiş və 2009-2013-cü illər üçün yenisi təsdiqlənmiş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerlərdə necə həyata keçirilməsini, rayon, şəhər, qəsəbə və kəndlərimizin necə inkişaf etməsini oxucularımıza bir daha əyani surətdə çatdırmaq üçün başladığımız layihəni davam etdiririk.
8 000 yaşlı Ağdam
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Müasir Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1980-ci illərin sonlarında Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq, məhz Ağdam rayonundan başlayıb, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd-yuvalarından, daha sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirib. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum edib. Xüsusən, Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatıb və ermənilər Ağdam rayonunun 890,1 kvadrat km-ni, yəni, ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olub. Rayon əhalisinin sayı 175,4 min nəfər təşkil edir. O cümlədən, 138,9 min nəfər məcburi köçkün rayonda məskunlaşıb.
ümumiyyətlə isə, gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri rayonun minillik keşməkeşli illərdən keçərək, bu günə qədər gəlib çatdığını təsdiq edir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq, aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir.
Tanınmış arxeoloq İdeal Nərimanovun üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. VI-IV minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşayıb, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olublar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut edib ki, yerli əhali oturaq həyat keçirib və yüksək əkinçilik mədəniyyətinə malik olub. Arxeoloqlar üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olub. 80-ci illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XIII-XII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə, Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində, ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də, Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşıblar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir. Lakin 1993-cü il iyul ayının 23-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından sonra Azərbaycanın işğal altında olan digər rayonlarında olduğu kimi, Ağdamda da ermənilər tarixi mədəni abidələri dağıdıb, əsl vəhşilik nümayiş etdiriblər. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıblar. Belə muzeylərdən Ağdamdakı çörək Muzeyi, Tarix ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyasının adlarını çəkmək olar. Bununla belə, 2002-ci ildə Ağdam Tarix ölkəşünaslıq muzeyi rayonun işğal altında olmayan Qaradağlı kəndində bərpa edilib. Hazırda rayondakı tarixi, mədəni, dini abidələrinin əksəriyyəti erməni işğalçıları tərəfindən məhv edilib. Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılıb. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. Bütün bu problemlərə baxmayaraq, hazırda Ağdam inkişaf yoluna qədəm qoyub və əhali sabaha ümidlə baxır.
Dövlət proqramları Ağdamda uğurla icra olunur
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti ildən-ilə möhkəmlənir, inkişaf edir və daha böyük uğurlar qazanır. Bütün dünyanın iqtisadi böhran burulğanında əziyyət çəkdiyi bir zamanda, Azərbaycan öz inkişaf tempini qoruyub saxlayaraq, dünyadakı mövqeyini daha da möhkəmləndirməkdədir. Bu da təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Bunun nəticəsidir ki, son bir neçə il ərzində ölkədə 800 mindən artıq yeni iş yerləri açılıb, yoxsulluq 11 faizə qədər endirilib. Bununla yanaşı, regionların inkişafı üçün görülən işlər öz müsbət nəticələrini göstərir və hazırda Azərbaycanın regionları inkişaf səviyyəsinə görə şəhərlərdəki inkişaf tempinə yaxınlaşmaqdadır. Bu nailiyyətlərin əldə olunmasında isə dövlət proqramlarının uğurla icra olunmasının rolu danılmazdır.
Həyata keçirilən siyasətin uğurlu nəticələri Ağdam rayonunda da özünü açıq-aşkar göstərməkdir. Son illər böyük inkişaf yaşamış və köklü sürətdə dəyişərək müasirləşmiş rayonlarımızdan biri də Ağdam rayonudur. Düşmənlə sərhəddə yerləşməsinə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində böyük fəlakətlərə düçar olmasına və ərazisinin 77,4 faizi işğal altında olmasına baxmayaraq, əhalisinin 79,8 faizi məcburi köçkün həyatı yaşayan Ağdam rayonu Dövlət Proqramlarının icrası nəticəsində görkəmini köklü surətdə dəyişib. 2003-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramının icrası müddətində Ağdam rayonu Prezident İlham Əliyevin xüsusi qayğısı, diqqəti nəticəsində inkişaf edən rayonlarımız sırasında öz yerini alıb. Belə ki, birinci Dövlət Proqramının icrasının nəticəsi olaraq, rayonda sənaye məhsulu istehsalının həcmi 2,1 dəfə artıb. Bütün maliyyə mənbələri hesabına, əsas kapitala yönəldilmiş investisiyalar 102 milyon 887,7 min manat təşkil edib ki, bundan da tikinti quraşdırma işlərinə 97 milyon 196,8 min manat, əsas fondların istifadəyə verilməsinə 90 milyon 826,9 min manat ayrılıb. Rayon üzrə 220,6 min kv.m mənzil fondu istifadəyə verilib ki, bunun da 213,2 min kv. metri dövlət sifarişi ilə həyata keçirilib. Həyata keçirilən bu işlərin məntiqi nəticəsidir ki, Ağdamın cəbhə bölgəsində yerləşən işğaldan kənar ərazilərinə əhalinin kütləvi surətdə axını başlanıb. Məlumat üçün deyək ki, hələ bir neçə il əvvəl ərazidə 20 min nəfərə qədər əhali yaşayırdısa, indi burada yaşayanların sayı 86 min nəfəri ötüb. Bu isə öz növbəsində, rayonda pərakəndə əmtəə dövriyyəsinin 3,5 dəfə, əhaliyə pullu xidmətlərin həcminin 6,8 dəfə artmasına səbəb olub. Ağdam rayonunun ölkə üzrə ümumi əmtəə dövriyyəsində, xüsusi çəkisi 0,17 faizdən 0,21 faizə qədər artıb.
ümumiyyətlə, birinci Dövlət Proqramının icrası çərçivəsində rayonda 5241 yeni iş yeri açılıb. Bundan 1136 ədədi fiziki şəxslərdə olmaqla, 2626 ədədi daimi iş yerləri olub.
Kənd təsərrüfatının inkişafında yüksək dinamika
Azərbaycan hökumətinin iqtisadi siyasətinin əsas prioriteti iqtisadiyyatın şaxələndirilməsi, neft sənayesinin inkişafına paralel olaraq, qeyri-neft sektorunun inkişafını təmin etməkdən ibarətdir. O cümlədən, aqrar sənayenin yüksək templə inkişafını təmin etmək başlıca məqsədlərdəndir. Təsadüfi deyil ki, bu gün kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunda əsas sahələrdən birini təşkil edir. ölkəmizdə bu istiqamətdə sürətli artımın təmin olunması üçün, hökumət çox mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul edib, proqramların icrasına başlanılıb. Məhz bunun nəticəsidir ki, son illər kənd təsərrüfatı sahəsində rekord göstəricilər əldə olunub. Ağdam rayonu da inkişaf etmiş kənd təsərrüfatı rayonu olduğundan rayonda taxılçılığın inkişafına xüsusi diqqət yetirilib. Dövlət Proqramı (2009-2013-cü illər) qəbul edildikdən sonra bu sahə daha da ön plana çəkilib. Əgər 2008-ci ilin məhsulu üçün 7490 hektar sahəyə taxıl səpilmişdirsə, 2009-cu ilin məhsulu üçün 17513 hektar sahədə taxıl əkilib. Bunun da 15376 hektarı buğda, 2137 hektarı arpa sahəsindən ibarət olub. ötən il 17513 hektar sahədə biçin aparılaraq, 47073 ton məhsul əldə edilib, hektardan məhsuldarlıq 26,3 sentner təşkil edib.
Ərzaq məhsulu kimi tərəvəz istehsalı daima artırılır. 2009-cu ildə 2439 hektar sahədə tərəvəz əkilib ki, bu da 2008-ci ildəkindən 67 hektar və ya 2,8 faiz çoxdur. Bu günə kimi 2439 hektar sahədən 43930 ton tərəvəz, 570 hektar sahədən 9290 ton kartof məhsulu toplanıb.
Eyni zamanda, heyvandarlığın inkişaf etdirilməsi üçün də müvafiq tədbirlər həyata keçirilib. Hesabat dövründə, rayon üzrə iribuynuzlu mal-qara 31724 baş, ondan inək və camışlar 14856, qoyun və keçilər 99060 baş, ət istehsalı 2618 ton, süd istehsalı 26726 ton, yumurta istehsalı 8 milyon 39 min ədəd, yun istehsalı 139 ton olub ki, istehsal bütünlüklə fərdi təsərrüfatlarının payına düşür. Rayonda heyvandarlığın inkişafı üçün əlverişli şəraitin olması bu sahənin daimi inkişafını şərtləndirir. Təbii ki, bu rəqəmlər və sadalanan digər faktlar göstərir ki, bu rayonda kənd təsərrüfatının inkişaf perspektivləri kifayət qədər genişdir və yüksək səviyyəli tədbirlərin davam etdirilməsi ilə bu sahədə daha böyük nailiyyətlərin əldə edilməsi mümkün olacaq. Kənd təsərrüfatına dövlət dəstəyinin olması məhsul istehsalının artmasına əsaslı təsir göstərib. Son illərin dinamikası buna sübutdur. Əhaliyə və sahibkar təsərrüfatlarına kreditlərin verilməsi, əkinçilərə istifadə edikləri motor yağları və yanacağa görə haqların ödənilməsi, yüksək reproduksiyalı toxumların və cins mal-qaranın əldə edilməsində güzəştlərin olması, kənd təsərrüfatı məhsullarının artmasına təsir edən amillərdir.
ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün kənd təsərrüfat məhsulları istehsalı əsaslı şəkildə artıb. Hazırda rayonun ərazisində kiçik süd emalı və konserv sexləri olsa da, bu artan tələbata cavab vermir. Rayonun işğal olunmamış ərazilərində belə sexlərin tikintisinə ciddi ehtiyac var.
Əhalinin enerji ilə təminatı yaxşılaşdırılır
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursunun təməl prinsipini ölkənin iqtisadi imkanlarının əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldilməsi təşkil edir. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, dövlətin maddi gəlirləri artdıqca, bu, birbaşa insanların rifah halının yaxşılaşdırılmasında özünü göstərir. Eyni zamanda, əldə olunan gəlirlər vətəndaşların rahatlığını təmin etmək məqsədilə infrastruktur layihələrinin reallaşdırılmasına yönəldilir, ən ucqar kəndlər belə enerji ilə təmin olunur. Ağdam rayonunun da enerji ilə fasiləsiz təmin olunması üçün mühüm tədbirlər görülməkdədir. Hesabat dövründə, rayonun cəbhə bölgəsində yerləşən kəndlərini elektrik enerjisi ilə təmin edən 110/35/10 kv-luq çəmənli yarımstansiyasında 16 meqavat gücündə transformator əsaslı təmir edilib, bu məqsədlə 16,9 ton transformator yağı istifadə edilib. 110/35/10 kv-luq Xındırıstan yarımstansiyasında 25 meqavat gücündə transformator əsaslı təmir olunub və bu məqsədlə 23 ton transformator yağı istifadə edilib. 110/10 kv-luq Təzəkənd yarımstansiyanın 16 meqavat gücündə transformatoru əsaslı təmir edilib.
Quzanlı-1 yarımstansiyasında yeni sayğaclar və avadanlıqlar quraşdırılıb. Rayon ərazisində 10 kv-luq elektrik verilişi xətlərində 5,1 km, 0,4 kv-luq hava xətlərində 3,2 km cari təmir işləri aparılıb. Göstərilən müddətdə 34 ədəd müxtəlif güclü 10/0,4 kv-luq transformator əsaslı təmir edilib. 10 kv-luq elektrk verilişi xətlərində 79-ədəd, 0,4 kv-luq hava xətlərində 51 ədəd dayaq yenisi ilə əvəz edilib. 10 kv-luq və 0. 4 kv-luq hava xətlərində 4350 metr naqil dəyişdirilib. Göstərilən müddətdə rayon ərazisində fərdi abonentlərə, əsasən köçkün qəsəbələrində sayğaclaşdırma işi aparılıb, 2640 ədəd fərdi qaydada sayğac quraşdırılıb, 39784 metr yeni kabel çəkilib.
Quzanlı qəsəbəsinin qazlaşdırılması məqsədi ilə 2009-cu ilin noyabr ayında başlanmış işlər uğurla davam etdirilib və 20 km-ə qədər xətt çəkilib. Quzanlı qəsəbəsində qazlaşma işləri başa çatıb, rayonun digər qəsəbə və kəndlərinin qazlaşdırılması işlərinə başlanılıb.
Eyni zamanda, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 2009-cu ildə subartezian quyularında 64 ədəd transformator, 206 ədəd su nasosu təmir edilərək işə salınıb, 3483 metr su xətti təmir edilib, 2004 metr yeni su xətti çəkilib. Quzanlı qəsəbəsinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 1 ədəd içməli su üçün subartezian quyusu qazılıb. Lakin rayon rəhbərliyi bu işlərin davam etdirilməsində israrlıdır. Bu məqsədlə də mövcud problemlərin aradan qaldırılması üçün müvafiq dövlət qurumları qarşısında bir sıra təkliflərini səsləndiriblər. Bu təkliflər sırasında rayonun yaşayış məntəqələrinin qazlaşdırılması işinin davam etdirilməsi, əhalinin içməli su təchizatının yaxşılaşdırılması üçün 30 ədəd, suvarma suyuna olan tələbatı ödəmək üçün 30 ədəd subartezian quyusunun qazılması, 500 tonluq su anbarının inşa edilməsi də var. Təbii ki, bu işlərin reallaşdırılması rayon sakinlərinin daha yaxşı həyat şəraiti ilə təmin olunmasını da şərtləndirəcək.
Quruculuq və abadlıq işləri geniş vüsət alıb
Son bir neçə ildir ki, Azərbaycanda geniş tikinti, abadlıq və quruculuq işlərinə başlanılıb. Bu gün respublikamızın hər bir yerində böyük tikinti meydançaları quraşdırılıb, geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Ağdam rayonunda da, son illər ərzində görülən işlər rayonun görüntüsünü xeyli dəyişdirib, rayon müasirləşib. Belə ki, ilk növbədə, Rayon Mərkəzi Xəstəxanası və Rayon Mədəniyyət və Turizm şöbəsinin həyətyanı sahələrində quruculuq işlərinə başlanılıb. Hazırda rayonun inzibati mərkəzi sayılan Quzanlı qəsəbəsində rayon “Veteranlar evi”, rayon Təhsil şöbəsinin inzibati binası, Quzanlı qəsəbəsində uşaq bağçası üçün bina, rayonun girişində Xaçınçayı üzərində milli ornamentlərlə bəzədilmiş və müasir üslubda simvolik “Giriş qapısı” inşa edilib, qədim tarixə malik Soltanbud təpəsi üzərində Azərbaycanın Milli Bayrağı ucaldılıb, dövlətimizin xəritəsi çəkilib. Həmçinin, həmin kurqanın yamacında 5 min ədəd bəzək ağacı əkilib. Quzanlı qəsəbəsinin mərkəzindən keçən və Ulu öndər Heydər Əliyevin adını daşıyan küçənin prospektə çevrilməsi məqsədi ilə burada yerləşən 100-lərlə ticarət-kommersiya obyektinin yenidən qurulması, küçənin hər iki tərəfinə səkilərin çəkilməsi, minlərlə yeni ağacların əkilməsi işi davam etdirilir. Gələcəkdə bu işin daha mütəşəkkil təşkili məqsədi ilə rayonun Eyvazlı kəndinin yaxınlığında 5 hektar torpaq sahəsində şitillik təsərrüfatı yaradılmasına başlanılıb.
Bunlarla yanaşı, rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı bərpa və təmir işləri aparılıb. Rayonda Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzinin inzibati binası, Statistika İdarəsinin inzibati binası, Kapital Bankın Ağdam rayon filialının inzibati binası, Ağdam Olimpiya İdman Kompleksi, yeni məktəblər, tibb ocaqları tikilərək istifadəyə verilib.
Gələcəyimiz olan uşaqların sağlam doğulub böyüməsi, onların cəmiyyətə nüfuzlu vətədaş olaraq fayda verməsi yönümündə aparılan işlərin nəticəsi olaraq, rayonun Quzanlı qəsəbəsində Doğum evinin, Uşaq xəstəxanasının inşa edilməsi məqsədi ilə Prezident İlham Əliyevin Sərəncamına əsasən rayona ilkin olaraq, 1 milyon manat vəsait ayrılıb. Həmin səhiyyə obyektlərinin inşası üçün torpaq sahəsi ayrılıb, layihə-smeta sənədləri tərtib edilib, yaxın günlərdə inşaat işlərinə başlanacaq. Qəsəbədə məktəb-liseyin inşa edilməsi İnvestisiya Proqramına salınıb.
Aztəminatlı ailələr daimi qayğı ilə əhatə olunub
Əhalinin aztəminatlı təbəqəsinin sosia
l vəziyyətinin yaxşılaşdırılması istiqamətində hökumət tərəfindən silsilə tədbirlər həyata keçirilir. Bu məqsədlə, müavinətlər təyin olunur, yardımlar göstərilir. Ağdam rayonunda da bu qəbildən olan tədbirlər daimi xarakter alıb. Rayonda əhalinin aztəminatlı, imkansız təbəqəsi olan məcburi köçkünlərin həyat şəraitinin, maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə də bir sıra tədbirlər həyata keçirilir və gələcəkdə də davam etdiriləcək.
Belə ki, təkcə ötən ilin sonuncu rübündə 100 nəfərə qədər imkansız məcburi köçkün ailəsinə yardım edilib, min nəfərdən artıq məcburi köçkünə ərzaq yardımı göstərilib, 100-ə qədər yas mərasiminə maddi köməklik göstərilib. Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında yaradılmış, xüsusi inşaat briqadasının iştirakı ilə 60-dan artıq köçkün ailəsinin evində cari təmir işləri aparılıb. Həmçinin, əhalinin yas mərasimlərinin keçirilməsi üçün 10 ədəd mağar hazırlanıb və istifadəyə verilib. Həmin mağarların avadanlıqlarla komplektləşdirilməsi üçün tədbirlər görülüb. Əlillərin sosial müdafiəsi günü münasibəti ilə Quzanlı qəsəbəsindəki “Araz” şadlıq evində 300 nəfər əlilə bayram ziyafəti verilib. Qurban bayramı münasibəti ilə 2 mindən artıq ailəyə qurban payı paylanılıb, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Olimpiya İdman Kompleksində 500 nəfərin iştirakı ilə böyük bayram tədbirləri keçirilib. İkinci Dövlət Proqramının birinci ili ərzində 469 nəfər daimi, 461 nəfər mövsümi işlə, bununla da cəmi 930 nəfər işlə təmin olunub.
Sahibkarlığın inkişafı diqqət mərkəzindədir
Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafında sahibkarlığın rolunun artırılmasına ciddi diqqət yetirilməsini bir vəzifə kimi qarşıya qoyub. Bu sahənin inkişafı üçün güzəştli vergi siyasətinin tətbiqi, hüquqi normativlərin və prosedurların asanlaşdırılması sahibkarlığın inkişafını stimullaşdırır, biznes mühitinin liberallaşdırılmasını təmin edir. Ağdam rayonunda da sahibkarlığa xüsusi qayğı göstərilir və bu sahənin inkişafı üçün rayonda əlverişli şərait yaradılıb. Belə ki, rayonda biznes mühitinin yaradılması, yerli sahibkarların fəaliyyətinin qüvvədə olan qanunlara müvafiq olaraq, tənzimlənməsi üçün lüzumsuz yoxlamaların aparılması, sahibkarlıq subyektlərinin yaradılmasında olan süründürməçilik, yersiz müdaxilə halları tamamilə aradan qaldırılıb. İstər vergi orqanları, istərsə də digər aidiyyəti qurumlar yalnız sahibkarlığın formalaşması, inkişafı yönündə işlərini qurublar. Belə ki, 2009-cu ildə 223 halda sahibkarlara vergi qanunvericiliyinə aid izahatlar verilib, şifahi müraciətlər və suallar cavablandırılıb. 596 nəfər görüş, brifinq və məşğələlərdə iştirak edib, 451 halda sahibkarlara uyğunsuzluq məktubu göndərilib, ümumiyyətlə, 2009-cu ildə sahibkarlara 776 halda xidmətlər göstərilib, məlumatlar verilib.
Sahibkarlığın inkişafına yönəldilmiş tədbirlərin nəticəsidir ki, 2009-cu ildə rayon üzrə ümumi sənaye məhsulunun 17,2 faizi, tikinti işlərinin 98 faizi, taxıl istehsalının 31,3 faizi özəl sektorun payına düşüb.
Problemlər varsa, onların həlli yolları da var
Təbii ki, yuxarıda sadaladığımız bütün faktlar onu göstərir ki, Ağdam rayonu Ermənistanın işğal siyasətinin vurduğu fəsadlara və qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, dövlətimizin həyata keçirdiyi siyasətə uyğun olaraq, inkişaf edir, müasirləşir, əhalinin güzəranı gündən-günə yaxşılaşır. Lakin bir sıra problemlər də var ki, onların həll edilməsi rayonun inkişafı baxımından daha yüksək nəticələrin əldə olunmasına şərait yaradacaq. Rayon İcra Hakimiyyəti bu çatışmazlıqların aradan qaldırılması üçün müvafiq orqanlar qarşısında təkliflər irəli sürüblər. O cümlədən, rayonda yerli əhəmiyyətli 28,0 km uzunluğunda avtomobil yollarının asfaltlaşdırılması və 40 km uzunluğunda kəndarası yolların əsaslı təmiri, Xındırıstan köçkün qəsəbəsində, Həsənxanlı, Yüzbaşılı, I Baharlı kəndlərində orta məktəb binalarının tikilməsi, Hacıməmmədli və Səfərli kənd orta məktəblərində bərpa və əsaslı təmir işlərinin aparılması, yerli tikinti materiallarından istifadə etməklə fəaliyyət göstərən sexlərin yaradılması kimi məsələlər həll edilərsə, rayonun inkişafı üçün daha geniş imkanlar yaranacaq.
Ağdamlılar Ulu öndər Heydər Əliyev ideyalarına sadiqdirlər
Ağdam rayonunda siyasi və ictimai təşkilatların, partiyaların qanun çərçivəsində fəaliyyəti üçün hər cür şərait yaradılıb. İcra Hakimiyyəti orqanları bu təşkilatların qanunların yol verdiyi şəkildə bərabər imkanlarla fəaliyyətini təmin edir. Buna baxmayaraq, böyük potensiala və güclü ictimai dəstəyə sahib olan Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatı müsbət mənada digərlərindən seçilir. 4235 üzvü və 80 ərazi ilk partiya təşkilatını özündə birləşdirən YAP Ağdam rayon təşkilatı ölkənin mühüm siyasi kampaniyalarında, taleyüklü məsələlərdə göstərdiyi fəallığı ilə daim diqqət mərkəzindədir. Biz bunu ölkəmizdə keçirilən bütün seçkilərdə müşahidə edirik. Daim dövlətçiliyimizə sədaqət göstərən ağdamlılar, məhz bu siyasi kampaniyalar zamanı da Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursuna dəstək verirlər və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin xoş, firavan gələcəyə doğru inamla irəliləməsində öz üzərilərinə düşən vəzifəni uğurla icra etməyə çalışırlar.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
