ADA Universiteti “Baku Dialogues” jurnalının yeni nəşrini və yeni veb-saytını təqdim edib
12.09.2020 [00:30]
ADA Universiteti “Baku Dialogues” (“Bakı Dialoqları”) jurnalının yeni nömrəsini və veb-saytını təqdim edib.
Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verib. Jurnalın “İpək Yolu” bölgəsinin geosiyasi əhəmiyyətinə və qlobal arenadakı roluna fokuslanan bu nömrəsində yerli və xarici tanınmış mütəxəssislərin məqalə və müsahibəsi yer alıb. Oxucular bu nəşrdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin amerikalı analitik Zbiqnev Bjezinski barədə yazdığı fikirlərlə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycanın xarici siyasət konsepsiyası ilə bağlı xüsusi müsahibəsi ilə tanış ola biləcəklər.
Jurnalda Corctaun Universitetinin professoru Brenda Şafferin, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin Baş siyasi analitiki Amanda Paulun və Beynəlxalq Təhlükəsizlik və Strateji Mərkəzinin (“Tsinghua” Universiteti) Çin Forumunun Baş mütəxəssisi Yu Hongjunun məqalələri də daxil olmaqla ümumilikdə 11 məqalə yer alıb.
“Baku Dialogues”un yeni təqdim edilən saytının interaktiv strukturu vasitəsilə isə istifadəçilər jurnalın yeni və əvvəlki saylarından, elanlarından və növbəti tədbirlərindən xəbərdar olacaqlar. Veb-sayt həm də istifadəçilərə ödənişsiz abunəlik və Arxiv bölməsində toplanan nəşrləri yükləmə imkanı verir.
“ADA Universiteti “Baku Dilogues”un həm yeni nəşrini, həm də yeni veb-saytını təqdim etməklə daha geniş alim və oxucu kütləsi cəlb edəcək. Veb-saytın daim yenilənəcək kontentində jurnalda nəşr edilən və tanınmış siyasətçilər, şərhçilər, tədqiqatçılar, alim və analitiklər tərəfindən yazılan məqalələr oxuculara təqdim ediləcək”, - deyə jurnalın baş redaktoru və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.
Qeyd edək ki, veb-sayta masaüstü kompüterlər, noutbuklar, mobil cihazlar, planşetlər də daxil olmaqla bir çox elektron cihazdan daxil olmaq mümkündür.
İstifadəçilər keçid vasitəsilə sayta daxil ola və “Baku Dialogues”un yeni nömrəsini yükləyə bilərlər.
“Baku Dialogues” ADA Universitetinin ingilis dilində nəşr edilən rüblük jurnalıdır. Bu ilin sentyabr ayından etibarən Jurnal “İpək Yolu bölgəsi üzərində siyasi perspektivlər” başlığı ilə dərc edilir.
Jurnalın fiziki və elektron nüsxələri bir çox kanal və platformalar vasitəsilə ödənişsiz əsaslarla geniş oxucu kütləsinə çatdırılır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

