/ / Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü tədbirlər vətəndaşların sağlamlığının qorunmasına xidmət edir
Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü tədbirlər vətəndaşların sağlamlığının qorunmasına xidmət edir
04.09.2020 [09:33]
Ekspertlər hesab edirlər ki, ölkəmizdə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün vətəndaşların müvafiq qaydalara əməl etməsi vacib şərtdir
Məlum olduğu kimi, dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Azərbaycan da bu baxımdan istisna deyil. Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, həmçinin vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdə xüsusi karantin rejiminin sentyabrın 30-dək uzadılması haqqında qərar qəbul edib. Bununla belə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər 10 şəhər və rayonda xüsusi karantin rejimi ləğv edilib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, hazırda Azərbaycan virusa yoluxan və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Onun sözlərinə görə, Azərbaycan dövləti infeksiyanın yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib: “Ümumiyyətlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur. Məhz bunun nəticəsində avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün olub. Bununla belə, əldə olunan müsbət nəticələr arxayınlaşmağa əsas vermir. Ona görə də qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş müsbət nəticələrin qorunub saxlanması və möhkəmləndirilməsidir. Bu səbəbdən, qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış mövsümü gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir. Beynəlxalq təcrübə də göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olublar”.
“Azərbaycanda bir çox inkişaf etmiş ölkələrlə müqayisədə koronavirusla mübarizədə daha operativ tədbirlər görüldü, infeksiyanın ilk yayılan vaxtlarında, mart ayının ilk günlərində bütün ölkədə təlim-tədris prosesi dayandırıldı”. Bu fikirləri isə “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması da pandemiyaya qarşı tədbirlərin görülməsində mühüm addım idi. Eləcə də səhiyyə sistemi xeyli dərəcədə təkmilləşdirilib. Ekspert qeyd edib ki, hazırda ölkədə koronavirusla bağlı vəziyyət stabildir. Bu da onunla əlaqədardır ki, vətəndaşlar xəstəliyin ciddi fəsadlar törədə biləcəyini artıq başa düşdülər. Eyni zamanda, erkən müdaxilə nəticəsində ölkədə sağalanların sayı yoluxanların sayını ötdü.
“Dinamikanın bu şəkildə davam etməsi üçün vətəndaşlarımız yenə də məsuliyyətli olmalıdır. Virus yenə də mövcuddur və aramızdadır. Payız mövsümündə havanın temperaturunun dəyişkən olması respirator xəstəliklərin artmasına səbəb olur. Tövsiyə edərdim ki, insanlar özlərini soyuqdəymədən də qorusunlar. Çünki bəzən koronavirusun simptomları ilə qrip səhv salınır, nəticədə insanlar psixoloji narahatçılıq, qorxu hisləri keçirirlər, ətrafdakılar tərəfindən stiqmaya məruz qalırlar. Özündə virusun bir neçə simptomunu hiss edən şəxslər müayinədən keçsinlər və virusa yoluxmadıqlarına əmin olsunlar. Hər kəsə tövsiyə edərdim ki, yaxınları arasında respirator xəstəlikdən, qızdırmadan əziyyət çəkən varsa, onların müayinə olunması üçün təkid etsinlər. Erkən müdaxilə həyat qurtarıcı ola bilər”, - deyə P.Vəliyeva qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59

