/ / Prokurorluq orqanlarına işə qəbulla bağlı 80 ştat vahidi üzrə müsabiqə üçün sənəd qəbulu oktyabrın 1-də başa çatacaq
Prokurorluq orqanlarına işə qəbulla bağlı 80 ştat vahidi üzrə müsabiqə üçün sənəd qəbulu oktyabrın 1-də başa çatacaq
03.09.2020 [09:08]
Bilik səviyyəsi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin cəmiyyətdə layiqli yer tutmasını təmin edən və respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqələrin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 70 faizini təşkil edir. Xüsusi qeyd etmək lazımdır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilib və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün 80 ştat vahidi üzrə aprelin 15-də elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu oktyabrın 1-də başa çatdırılacaq.
Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq normalara dair verilmiş təlimata müvafiq şəkildə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulduğundan tələb olunan sənədlərin fotosurətini Baş Prokurorluğun kadr@prosecutor.gov.az elektron poçt ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.
Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, yeri və digər məsələlər barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında və sosial şəbəkələrdəki səhifələrində (www.prokurorluq.gov.az, www.genprosecııtor.gov.az, @prokurorluq) veriləcək.
Sənəd qəbulu ilə bağlı əlavə suallar yarandıqda 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə məlumat əldə etmək olar.
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25

