Rusiyaya qarşı sanksiyalar gücləndirilir
18.06.2026 [08:53]
G7, Aİ və ABŞ bu istiqamətdə yeni addımlar atacaq
Rusiyanın Ukraynaya qarşı hücumlarının gücləndiyi bir vaxtda Kiyevin müttəfiqləri və tərəfdaşları Moskvaya təzyiq üçün müxtəlif addımlar atırlar. Belə addımlardan biri də Rusiyaya qarşı sanksiyaları daha da genişləndirməkdir. Bugünlərdə Fransada keçirilən G7 ölkələrinin liderlərinin sammitində bu barədə razılığa gəlinib. Liderlər Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini məqsədəuyğun hesab ediblər.
Sammitin yekunu ilə bağlı bəyanatda qeyd olunub ki, Rusiyanın hərbi iqtisadiyyatına təzyiq artırılacaq, xüsusilə neft və qaz sektorlarına qarşı sanksiyalar gücləndiriləcək. G7 liderləri, həmçinin Ukraynaya sarsılmaz dəstəklərini bir daha təsdiqləyərək hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli silahların tədarükünün artırılması barədə razılığa gəldiklərini bildiriblər.
Aİ 21-ci paketin müzakirəsinə başlayıb
Bundan əlavə, bir neçə gün öncə Avropa İttifaqının (Aİ) səfirləri də Rusiyaya qarşı 21-ci sanksiya paketini müzakirə etməyə başlayıblar, lakin yaxın gələcəkdə heç bir praktik qərar qəbul edilməyəcək. Bu barədə Brüsseldəki diplomatik mənbə bildirib. Diplomatın sözlərinə görə, Aİ-nin daimi nümayəndələri Avropa Komissiyasının Rusiya və Belarusa qarşı 21-ci məhdudlaşdırıcı tədbirlər paketi ilə bağlı təkliflərini müzakirə etməyə başlasalar da, müzakirə xeyli vaxt aparacaq, çünki onun təsdiqlənməsi üçün yekdil kompromis lazımdır.
İyunun 9-da Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen əsasən Rusiyanın neft ixracı və bank sisteminə qarşı yönələn 21-ci sanksiyalar paketini təqdim edib. Avropa Komissiyası Aİ-yə üzv ölkələrdən paketin iyun ayı ərzində təsdiqini istəyir. Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısına hazırda 2700-dən çox fiziki və hüquqi şəxs və təşkilat daxildir. Bu, Avropa İttifaqı tarixində ən böyük məhdudiyyət mexanizmi olmaqla, bütün digər Aİ sanksiyalarının ümumi sayını üstələyir.
Qeyd edək ki, Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketi bu ilin aprelində qəbul olunmuşdu. 20-ci sanksiyalar paketi Moskvaya təzyiqi artırmaq və onun Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Sanksiyalar məhdudiyyətlərdən yayınmaya qarşı mübarizəyə aydın şəkildə istiqamətlənib və enerji sektorunu, maliyyə xidmətlərini, ticarəti, eləcə də informasiya məkanını əhatə edir. İlk dəfə olaraq sanksiyalardan yayınmağa qarşı xüsusi mübarizə mexanizmi aktivləşdirilib. Belə ki, paket çərçivəsində Rusiyanın enerji sektorunun 36 şirkətinə, o cümlədən neftin kəşfiyyatı, hasilatı, emalı və nəqlində iştirak edən müəssisələrə qarşı məhdudiyyətlər tətbiq edilib. Aİ həmçinin “kölgə donanması” adlandırılan donanmaya qarşı tədbirləri genişləndirib: sanksiya siyahısına daha 46 gəmi daxil edilib, bununla da onların ümumi sayı 632-yə çatıb. Əlavə olaraq, Aİ-dən Rusiyaya tanker satışına məhdudiyyətlər tətbiq edilib və müqavilələrə onların Moskvanın maraqları naminə istifadəsinin yolverilməzliyini nəzərdə tutan şərtin daxil edilməsi məcburi edilib. Murmansk və Tuapsedəki Rusiya limanları, eləcə də İndoneziyadakı Karimun neft terminalı da sanksiyalara məruz qalıb. Perspektivdə G7 tərəfdaşları ilə razılaşdırıldıqdan sonra Rusiya nefti və neft məhsullarının daşınması üçün dəniz xidmətlərinin göstərilməsinə qadağa qoyulması planlaşdırılır.
Sənəddə maliyyə məhdudiyyətləri də əksini tapır. Aİ 20 Rusiya bankları ilə əməliyyatlara qadağanı genişləndirərək, məhdudlaşdırılmış maliyyə müəssisələrinin ümumi sayını 70-ə çatdırıb. Həmçinin, sanksiyalardan yan keçməyə kömək edən üçüncü ölkələrdəki banklara qarşı tədbirlər tətbiq edilib. İlk dəfə olaraq mərkəzləşdirilməmiş platformalar da daxil olmaqla, Rusiya kripto-xidmətləri ilə əməliyyatlara tam qadağa tətbiq edilib. Məhdudiyyətlər rəqəmsal rubl layihəsi də daxil olmaqla, rəqəmsal maliyyə alətlərinə də şamil edilir.
Ticarət və hərbi-sənaye kompleksinə gəlincə, paketə dəyəri 365 milyon avrodan çox olan mallara yeni ixrac məhdudiyyətləri, eləcə də 530 milyon avrodan çox məbləğdə idxal qadağaları daxildir. Məhdudiyyətlər Rusiya hərbi-sənaye kompleksini sarsıtmağa yönəlib. Hərbi məhsulların, o cümlədən dronların istehsalında iştirak edən 58 şirkət və onlarla əlaqəli şəxslər sanksiyalara məruz qalıb. Siyahıya, həmçinin Çin və BƏƏ daxil olmaqla, üçüncü ölkələrdən olan təchizatçılar daxil edilib.
Ümumilikdə, 20-ci paketə 120 fiziki və hüquqi şəxs daxil edilib. Onlara qarşı aktivlərin dondurulması və maliyyə resurslarının təqdim edilməsinə qadağa, fiziki şəxslər üçün isə həmçinin ölkəyə giriş qadağası tətbiq edilir.
ABŞ Rusiyaya qarşı məhdudiyyətləri bərpa edəcək
20-ci sanksiyalar paketinin qəbulundan sonra Aİ 21-ci sənədin üzərində də işə başlamağı təklif etmişdi. Artıq bu istiqamətdə praktiki addımlar atılır. Bu da təsadüfi deyil. Çünki ötən ilin noyabrında Kiyevdə ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələri də daxil olmaqla 21 dövlətin nümayəndələrinin iştirakı ilə keçirilən ilk “sanksiyalar” sammitində Rusiyaya qarşı beynəlxalq sanksiya koalisiyasının gücləndirilməsi qərara alınıb.
Yeri gəlmişkən, Böyük Britaniya da Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Belə ki, Britaniya hökuməti tərəfindən qəbul edilən qərara əsasən siyahıya 43 yeni maddə əlavə olunub. Bunlardan 32-si hüquqi, 11-i isə fiziki şəxsdir. Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, yeni məhdudiyyətlər Rusiyaya qarşı mövcud sanksiya rejiminin gücləndirilməsinə yönəlib.
Bundan əlavə, Hörmüz boğazından daha çox neft keçdikcə Rusiyaya qarşı məhdudiyyətlər bərpa oluna bilər. Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərin neftin ucuzlaşmasına dəstək olmaq üçün yumşaldılmış sanksiyaları bərpa edib-etməyəcəyi barədə soruşarkən deyib. ABŞ mart ayında xam neftin qiymətləri kəskin artdığı üçün Rusiya neft daşımalarına qarşı bəzi sanksiyaları müvəqqəti olaraq yumşaltmışdı. “Tezliklə bunu edə biləcəyik, çünki neft artıq axır”,- deyə Tramp jurnalistlərə bildirib.
Senata yeni qanun layihəsi təqdim olunub
Həmçinin, Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan “Ukraynaya Dəstək Qanunu” ABŞ Senatına təqdim edilib. Bu barədə ABŞ Konqresinin saytında məlumat yerləşdirilib. Məlumata görə, qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında səsverməyə çıxarılıb və 226 konqresmen tərəfindən dəstəklənib, 195 nəfər isə əleyhinə səs verib. Sənəd Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutur. Təkliflər arasında Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən ABŞ-a idxal edilən mallara 500 faizlik tarif tətbiqi də yer alır. Qanun layihəsi ilk dəfə 2025-ci ilin aprelində senatorlardan ibarət ikipartiyalı qrup tərəfindən irəli sürülüb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19

