Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror və diversiya aksiyaları həyata keçirir
28.08.2020 [08:56]
Ekspertlərin qeyd etdikləri kimi, Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində düşmənin növbəti təxribatının qarşısı da layiqincə alınıb
Məlum olduğu kimi, avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində qanunsuz olaraq yaradılmış silahlı birləşmələrin tərkibində xidmət keçən Q.Alaverdyanın Azərbaycanın hərbi qulluqçularına, ölkənin müəssisə, idarə və təşkilatlarına yönələn diversiya hərəkətləri, habelə digər cinayətlər törətməsinə əsaslı şübhələr müəyyənləşib. Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bu məqamda qeyd etmək yerinə düşər ki, uzun illərdir, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan zaman-zaman hərbi təxribatlara əl atır, təmas xəttində, eləcə də dövlət sərhədimizdə atəşkəsi pozur, dinc əhaliyə qarşı silah işlədir. Təbii ki, düşmənin bütün təxribatları onun məğlubiyyəti və çoxsaylı itkiləri ilə müşayiət olunur.
Milli Məclisin komitə sədri Tahir Rzayev isə deyib ki, son dövrlərdə Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan təxribatlar bir daha göstərir ki, ermənilər mənfur əməllərindən əl çəkmək fikrində deyillər: “Goranboy rayonundakı təmas xəttində düşmənin təxribat cəhdi bir daha bunu sübut edir. Qeyd edim ki, belə cəhdlər dəfələrlə olub. Hələ 2014-cü ildə kəşfiyyatçı Arsen Baqdasaryanın, 2018-ci ildə kəşfiyyatçı Karen Qazaryanın təxribat törətmək cəhdlərinin qarşısı alınıb və həmin şəxslər öz layiqli cəzalarını alıblar”.
Onun sözlərinə görə, Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror və diversiya aksiyaları həyata keçirir: “Növbəti təxribat cəhdi Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha sübuta yetirir. Sevindirici haldır ki, Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində düşmənin budəfəki təxribatının qarşısı da vaxtında alınıb”.
“İndi Ermənistan tərəfi, o cümlədən işğalçı ölkənin ombudsmanı beynəlxalq təşkilatlara müraciət edirlər ki, guya Q.Alaverdiyan azaraq Azərbaycan tərəfə keçib və onun tutulması beynəlxalq normalara ziddir. Erməni zabitin üzərində olan silah, hərbi sursat sübut edir ki, o, diversiya aksiyasında iştirak edib”, - deyən millət vəkili əlavə edib ki, Kəlbəcərdən olan dinc sakinlər Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı düşmənlərin həyata keçirdiyi tədbirlər bütün dünyaya məlumdur. Hazırda bu iki dinc sakin qanunsuz olaraq Ermənistan tərəfindən həbsdə saxlanılır.
Milli Məclisin deputatı Sevil Mikayılova isə deyib ki, işğalçı Ermənistanın diversiya qruplarının fəallaşması danışıqlar prosesini pozmaq cəhdidir: “Ermənistanın Azərbaycana qarşı əl atdığı növbəti təxribat işğalçı ölkənin məkrli planlarının həyata keçirilməsinə hesablanmış addım idi. Görünür, Tovuz istiqamətində layiqli cavab alan düşmən məğlubiyyət zərbəsinin təsiri altındadır və Ermənistan cəmiyyəti daxilində aşağılanmış hərbçi imicini bərpa etmək üçün müxtəlif üsullara əl atır”.
Deputatın sözlərinə görə, faşizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistan üçün beynəlxalq qanunları pozmaq və ya mülki əhaliyə qarşı terror törətmək kimi cinayətkar əməllər artıq adi hala çevrilib: “Ölkə daxilində artan narazılıqlar Ermənistan dövlətini məqsədli şəkildə diversiyalar həyata keçirməyə və öz uğursuzluqlarını nə yolla olur-olsun ört-basdır etməyə məcbur edir. Aldığı layiqli cavabdan sonra düşmən tərəfi növbəti xain planlarını hazırlayıb həyata keçirməyə cəhd edir. Lakin hər dəfə həm canlı qüvvə, həm də texnika baxımından itkilər verərək geriyə çəkilməyə məcbur olur”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

