/ / Azərbaycanda mətbuat üzərində senzuranın aradan qaldırılması müstəqil medianın inkişafına böyük təkan verdi
Azərbaycanda mətbuat üzərində senzuranın aradan qaldırılması müstəqil medianın inkişafına böyük təkan verdi
06.08.2020 [09:27]
Ekspertlər qeyd edirlər ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ilə senzuranın ləğv olunması Azərbaycan mətbuatı tarixinin ən əlamətdar hadisələrindən biridir
Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin (KİV) hazırkı inkişafını şərtləndirən əsas amil dövlətin bu sahəyə yüksək səviyyəli diqqətidir. Xüsusilə də, ölkəmizdə söz, fikir və ifadə azadlığı konstitusion əsasda təsbit edilib və hər bir media orqanı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına fundamental töhfələr verməklə yanaşı, sözügedən sahədə əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir.
Vurğulanmalıdır ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə gəlməsindən sonra bütün sahələrdə olduğu kimi mətbuatda da əsaslı və müsbət dəyişikliklər baş verdi. Ümummilli Liderin rəhbərliyi ilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, mətbuat işçilərinin sosial təminatının yüksəldilməsi istiqamətində ciddi tədbirlər görüldü. Ən əsası, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla Mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, bununla da mətbuat üzərində illər boyu mövcud olan senzura aradan qaldırıldı. Senzuranın ləğvi ilə Azərbaycan mətbuatının inkişafında yeni dövrün başlanğıcı qoyuldu.
Məsələ ilə bağlı fikirlərini bölüşən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycanda mətbuat üzərində senzuranın ləğv edilməsi ölkəmizdə müstəqil mətbuatın inkişafına çox böyük təkan verdi: “Əminliklə söyləmək olar ki, müstəqil mətbuatımızın inkişafında 1998-ci il 6 avqust tarixində imzalanan Fərmanın böyük əhəmiyyəti var və bu, Azərbaycan mətbuatının tarixində olduqca önəmli bir hadisədir. Bu qətiyyətli addım yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafına xüsusi önəm verən, jurnalist əməyini daim yüksək dəyərləndirən Ulu Öndər Heydər Əliyevin sonrakı dövrlərdə imzaladığı Fərman və sərəncamlara, qəbul olunan qanunlara diqqət yetirsək, hər biri özlüyündə gələcək inkişafa xidmət edən addım idi. Qəzetlərə birdəfəlik maliyyə yardımları verildi, qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları donduruldu, KİV-lərin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı təsdiqləndi, həmçinin “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar qəbul olundu”.
Baş redaktor onu da əlavə edib ki, milli mətbuatımızın bugünkü nailiyyətləri birmənalı şəkildə Ulu Öndər tərəfindən müəyyən olunmuş siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunub.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərman əsasında ölkəmizdə mətbuat üzərindən senzuranın götürülməsi ilə Azərbaycan mediasının inkişaf tarixində yeni dövrün əsasının qoyulduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil mətbuata dövlət tərəfindən dəstək göstərilməyə başlandı: “1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda söz, fikir və məlumat azadlığı tam təsbit olundu və bununla da ölkəmizdə azad mətbuatın inkişafının hüquqi bazası müəyyənləşdirildi. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərman ilə mətbuat üzərindən senzuranın götürülməsi isə çox mühüm hadisədir”.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərildiyini deyən baş redaktor qeyd edib ki, bu gün ölkəmizin kütləvi informasiya vasitələri dünya informasiya məkanına sürətlə inteqrasiya edir. O bildirib ki, dövlətimizin başçısı jurnalistlərin sosial problemlərinin həllini, eləcə də mətbuatın maddi-texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə davamlı addımlar atılır.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da mətbuat üzərində senzuranın ləğvini Azərbaycan mətbuatının inkişafının yeni bir mərhələsi adlandırıb. Onun sözlərinə görə, məhz 1998-ci il 6 avqust tarixində Ulu Öndər tərəfindən imzalanan Fərman Azərbaycanda azad mətbuatın, plüralizmin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Baş redaktor qeyd edib ki, senzuranın ləğvi Qərb mətbuatında, beynəlxalq jurnalistikada olan prinsiplərin Azərbaycan mətbuatında tətbiqi üçün geniş imkanlar yaratmış oldu: “Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılması çox böyük əhəmiyyətə malik oldu. Bu, Azərbaycan mətbuat tarixində xüsusi bir mərhələdir. Bu tarixi qərar milli mətbuatın inkişafına çox mühüm töhfələr verdi, bu istiqamətdə yeni imkanlar və şərait yaratdı. Senzuranın ləğvi ilə bağlı qərar mətbuat tariximizin əlamətdar hadisələrindən biri kimi Azərbaycanda jurnalistikanın inkişafında yeni mərhələnin başlanğıcı oldu”.
Baş redaktor əlavə edib ki, Azərbaycanda mətbuat azadlığı mövcuddur və ölkəmizdə media sahəsinə yüksək dövlət qayğısı var. Akif Aşırlı Prezident İlham Əliyevin hər zaman milli mətbuatın inkişafına, jurnalistlərin sosial-məişət problemlərinin həllinə xüsusi diqqət göstərdiyini də diqqətə çatdırıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

