/ / Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistanın hərbi təxribatı ilə bağlı bəyanat yayıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistanın hərbi təxribatı ilə bağlı bəyanat yayıb
16.07.2020 [09:32]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla əlaqədar bəyanat yayıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədini Tovuz istiqamətində artilleriya qurğularından istifadə etməklə kobud şəkildə pozması, sərhəddə yerləşən hərbi obyektlərimizi və eyni zamanda, sərhədboyu mülki əhalinin yaşayış məntəqələrini dəfələrlə atəşə tutması həm hərbi qulluqçular, həm də dinc əhali arasında ölüm və yaralanma hallarının baş verməsi ilə nəticələnib.
Azərbaycan ərazisinin 20 faizini 30 ilədək müddətdə işğal altında saxlayan, bir milyondan çox mülki əhalini öz yurdlarından və evlərindən didərgin salaraq onların bütün fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistan hərbi-siyasi rəhbərliyi onların sırasını Tovuz və ətraf ərazilərdə yaşayan mülki əhalinin, eləcə də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən həlak olan hərbçilərin ailələrinin hesabına genişləndirmək niyyətləri güdmüşlər.
Növbəti dəfə beynəlxalq humanitar hüququn təməlini təşkil edən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarını pozaraq müharibə cinayətləri törətməklə münaqişənin həll olunması üçün aparılmalı olan substantiv sülh danışıqlarına zidd və bu prosesə üçüncü ölkələri cəlb etməyə yönəlmiş təxribat törədiblər.
COVID-19 pandemiyasının doğurduğu hazırkı iqtisadi, sosial və psixoloji çətinliklər fonunda, sərhədyanı bölgələrdə Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin hələ də davam etməsi əhalinin həyatına daha ağır risklər yaradır, onların dinc şəraitdə yaşamasına təhlükə törədir, xüsusən də ahılların, qadın və uşaqların hədəf seçilməsi ilə yüzlərlə ailələrə və onların şəxsi əmlakına ciddi ziyan vurur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, dünya ictimaiyyətini, eləcə də aidiyyəti beynəlxalq təşkilatları BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında” 2427 qətnaməsinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində həmvətənlərimizin pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində zəruri addımlar atmağa və müvafiq tədbirlər görməyə çağırırıq.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10

