Azərbaycanın ilk Müştəri Dəstək Xətti - 20 il
03.11.2018 [10:37]
“Azercell”in 24/7 rejimində fəaliyyət göstərən peşəkar Telefon Mərkəzi yubileyini qeyd edir
Bu gün Azərbaycanda ilk peşəkar xidmət sahəsinin - Telefon Mərkəzinin - yaranmasından 20 il ötür və bu mühüm hadisə “Azercell Telekom”un adı ilə bağlıdır. Belə ki, “Azercell Telekom” MMC 1998-ci il noyabrın 1-də ölkəmizdə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini istifadəyə verib, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb.
Müasir dövrdə hər hansı bir iri şirkəti telefon müştəri xidməti olmadan təsəvvür etmək mümkün deyil. 20 ildir ki, “Azercell”in Telefon Mərkəzinin vasitəsilə abunəçilər günün istənilən saatında şirkətlə əlaqə saxlayaraq müxtəlif əməliyyatları həyata keçirir, istənilən məsələlərlə bağlı məlumat əldə edir və texniki dəstək alırlar. Lakin bu gün 20 illiyini qeyd edən qrup bu illər ərzində inkişaf yolu keçib və şaxələnərək Müştəri Dəstək Xətti, Online Chat, Sosial Media ve Premium Dəstək Xətti olaraq müştərilərə müxtəlif növlü xidmətlər göstərir. Qeyd edək ki, 20 il ərzində Telefon Mərkəzi tərəfindən 50 milyondan artıq abunəçi müraciəti qəbul olunub. Azərbaycan telekommunikasiya bazarında liderliyini qoruyan, daim texnoloji yenilikləri tətbiq edən, bütün müasir xidmətləri abunəçiləri üçün mümkün edən “Azercell Telekom” MMC zamanın tələblərinə uyğun olaraq Müştəri Dəstək Xəttinin xidmət kanalları və növlərini hələ çox müasirləşdirmək və genişləndirmək niyyətindədir. Bununla da, müştəriyə xidmət mərkəzi bir virtual katib kimi müştərilərlə aktiv ünsiyyətdə olaraq, müraciətlərin daha da sürətli və rahat həllinə köməklik göstərəcək.
Hər gün, hər saat, hər dəqiqə müştərilərin zənginə cavab verən “Azercell” Telefon Mərkəzi peşəkar komandadan ibarətdir. Bunu müştərilər arasında aparılan sorğular, qiymətləndirmə təşkilatlarının keçirdiyi araşdırmalar da təsdiq edir. Belə ki, 2018-ci ilin ilk 6 ayının nəticələrinə görə respondentlərin 93%-i Telefon Mərkəzinin təqdim etdiyi xidmətlərdən razılığını bildirib. Bu zaman zəngə cavab verilməsi müddəti, operatorun müştəri ilə davranış tərzi, məlumatın qəbul edilməsi, problemlərin dərhal həll olunması kimi amillər də nəzərə alınıb.
“Azercell” 4,5 milyonluq abunəçi ailəsininin müraciətlərini araşdırıb həll edərkən ilk növbədə məxfilik, düzgünlük, tərəfsizlik, operativlik və rahatlıq prinsiplərinə əsaslanır. Fəaliyyətə başladığı gündən müştəri məmnuniyyətinin artırılmasını hədəfləyən şirkət abunəçiləri tərəfindən irəli sürülən bütün təklif və şərhləri diqqətlə araşdırır. “Azercell” Müştəri Xidmətləri və Telefon Mərkəzinin fəaliyyəti və keyfiyyəti mütəmadi olaraq beynəlxalq audit şirkətləri tərəfindən dəyərləndirilir və sertifikatlaşdırılır. Qeyd edək ki, “Azercell”in Telefon Mərkəzi 2011-ci ildə EN 15838:2009 və 2018-ci ildə ISO18295 beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülüb. Şirkət əməkdaşlarının Sosial Media üzərindən göstərdiyi xidmət də yüksək qiymət alıb - son 4 il ərzində dəfələrlə Facebook üzərindən xidmət səviyyəsinə görə beynəlxalq “Social Bakers” şirkətinin “100% Socially Devoted” sertifikatına layiq görülüb. Bu da şirkətin keyfiyyətli idarəetmə sisteminin öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

