Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dünyaşöhrətli kurort şəhərinə çevrilən Naftalan...

Dünyaşöhrətli kurort şəhərinə çevrilən Naftalan...

12.09.2009 [09:43]

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nın uğurla icrası nəticəsində Naftalan şəhəri yeni inkişaf mərhələsinə qədəm qoyub
Naftalan şəhəri 1967-ci il aprelin 28-də yaranıb və respublika tabeli şəhər statuslu olub. Naftalan bu gün dünyada ən məşhur kurort şəhəri kimi tanınır. Müxtəlif xəstəliklərdən əziyyət çəkənlər Naftalan şəhərinə gəlməklə öz dərdlərinə şəfa tapırlar...
ümummiyyətlə, keçmiş sovet dönəmində Naftalan bir kurort şəhəri kimi çox məşhur olub. Deyilənlərə görə, Naftalan şəhərinə ildə 70-80 mindən artıq insan müalicə almaq və istirahət etmək üçün gələrdi. Amma 1991-ci ildə müstəqillik əldə olunduqdan sonra respublikada rəhbərliyin səriştəsiz siyasətçilərin əlinə keçməsi nəticəsində bu cür gəlirli kurort və turizm xarakterli şəhər və rayonlarımız baxımsızlıqdan məhv olurdu. Lakin ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi vəziyyəti kökündən dəyişdi. Hazırda isə, Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər yerlər kimi Naftalan şəhəri də abadlaşıb, inkişaf edib və dünyaşöhrətli kurort şəhərinə çevrilib...
Sürətli inkişaf, yüksək nəticələr...
Yerli gəlirlər artır: ötən müddət Naftalan şəhərinin bütün sahələri üçün uğurlu olub. Prezident İlham Əliyevin 2008-ci il mart ayının 3-də Naftalan şəhərinə səfəri dünyaşöhrətli kurort şəhərinin yenidən qurulmasına ciddi təkan verib. ölkə Prezidentinin 6 mart 2008-ci il tarixli “Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən şəhərin sosial-iqtisadi inkişafı üçün bir milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına şəhərin girişindən Heydər Əliyev parkına kimi istinad divarları tikilib. Eləcə də, Heydər Əliyev parkı tamamilə yenidən qurulub. Şəhərin yerli büdcəsinin gəlir və xərcləri də 2003-cü illə müqayisədə dəfələrlə artıb. Belə ki, 2003-cü illə müqayisədə yerli gəlirlərin həcmi 8 dəfə artaraq, 2003-cü ildəki 97 min manata qarşı 2008-ci ildə 798 min manat, xərclər üzrə isə 7,5 dəfə artaraq 450 min manat qarşı 3,112 min manat olub. 2007-ci ildə şəhərin büdcəsinin xərcləri 1,380578 manat olduğu halda bu rəqəm 2008-ci ildə 3,112449 manat olub.
Şəhər üzrə Məşğulluq Mərkəzi tərəfindən əmək ehtiyatlarından da səmərəli istifadə edilib. İl ərzində işsiz kimi qeydiyyata alınmış 215 nəfərdən 184-ü işlə təmin edilib, 10 nəfərinə işsiz statusu verilib. 2007-ci ilə nisbətən 2008-ci ildə şəhər üzrə sənaye məhsullarının həcmi 124,2 faiz, nəqliyyat xidmətlərinin həcmi 89,2 faiz, poçt və rabitə xidmətlərinin həcmi 113,2 faiz, əmtəə dövriyəsi 135,9 faiz, əhaliyə göstərilən pullu xidmətin həcmi 125,6 faiz, hər bir işçinin orta aylıq əməkhaqqı 155 faiz artıb. Ticarət üzrə əhaliyə satılmış malların həcmi 110,2 faiz artıb, əhaliyə 1096,3 min manatlıq pullu xidmət, o cümlədən, hər bir adambaşına 100,7 manatlıq pullu xidmət göstərilib.
Əmək qabiliyyətli əhalinin işlə təmin olunması, onlar üçün yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsi ötən müddət ərzində şəhər rəhbərliyinin diqqət mərkəzində duran məsələlərdən biri olub. Bu istiqamətdə “Şəfa vannaları”, “İstirahət və Sağlamlıq Mərkəzi”, “Möcüzəli Naftalan” MMC-lərdə inşa edilən yeni korpuslarda 32 nəfər daim işlə təmin edilib. İş adamlarına yaradılan münbit şərait yeni istirahət və sağlamlıq mərkəzinin inşasına, mərkəzin fəaliyyətinin genişləndirilməsinə, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəhər sakinlərinin işgüzarlığının artırılmasına böyük imkanlar yaradılıb. ötən il ərzində 369 iş yeri yaranıb ki, bunun 296-sı müvəqətti, 73-ü isə daimi iş yeri olub. Hazırda da bu istiqamətdə ardıcıl olaraq işlər aparılır.
Sosial müdafiə gücləndirilir: Naftalan şəhərində əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi və pensiya təminatı sahəsində də ardıcıl və məqsədyönlü iş aparılır. Belə ki, DSMF-nun şəhər şöbəsi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanlarına uyğun olaraq pensiya və müavinətlərin ödənilməsini, vaxtında Kapital Bankın Naftalan filialına köçürülməsini və bankomat vasitəsilə ödənilməsini təmin edib. ötən il 1359 nəfər pensiyaçıya 1308144 manat vəsait ödənilib ki, bu da 2007-ci illə müqayisədə 359,566 manat çoxdur. 2008-ci il ərzində 89 hüquqi və 176 fiziki şəxs Sosial Müdafiə Fondunun şəhər şöbəsində qeydiyyata götürülüb. İl ərzində onlardan 398344 manat məcburi sosial sığorta alınaraq fondun hesabına köçürülüb. Azərbaycan Respublikası DSMF-nun vəsaiti hesabına şəhər şöbəsinə yeni inzibati bina tikilib və müasir avadanlıqlarla təchiz edilib.
Şəhər əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz, bunun nəticəsidir ki, Əhalinin Sosial Müdafiə Mərkəzi 2008-ci ildə ümumilikdə 210 ailənin 818 nəfər üzvünə ünvanlı dövlət sosial yardım təyin edib. Hər bir ailəyə orta hesabla 78,0 manat düşüb ki, bu da 2007-ci illə müqayisədə hər bir ailə üzvünə düşən yardımın 22 faiz artması deməkdir. ümumiyyətlə, il ərzində Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 470 ailənin 836 üzvünə 219,948 manat sosial müavinət ödənilib.
Təhsil: Azərbaycanda son illərdə təhsil sahəsində islahatların aparılması, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və təhsilin inkişafına dövlət dəstəyinin verilməsi sahəsində Prezident İlham Əliyevin 2003-2008-ci illərdə imzaladığı fərmanlar Naftalan şəhərinin 2 ümumtəhsil məktəbi və 3 mətkəbdənkənar tərbiyə müəssisələrinin pedaqoji kollektivləri, eləcə də, şəhər əhalisi tərəfindən yüksək qiymətləndirilib. Təhsilimizə göstərilən bu qayğıdan ruhlanan pedaqoji kollektivlərin hər bir üzvü isə üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışıblar. Məhz bunun nəticəsidir ki, 2007-2008-ci tədris ilində ümumtəhsil məktəblərini bitirən 101 nəfər məzundan 76 nəfəri ali və orta ixtisas məktəblərinə sənəd təqdim edib və onlardan 30 nəfəri, yəni 39 faizi ali və orta ixtisas məktəblərinə qəbul olub. Eyni zamanda, məktəblərin Azərbaycan bölməsinə 44 adda 2728 ədəd, rus bölməsinə isə 25 adda 158 ədəd müxtəlif dərsliklər şagirdlərə çatdırılıb. Həmçinin, məktəblərin kompüterləşməsi sahəsində də müsbət nəticələr əldə edilib. Eləcə də, 2008-ci ildə hər iki məktəb müasir standartlara uyğun təmir edilib, inventar və avadanlıqlarla təchiz edilib.
Səhiyyə: ölkəmizdə səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinə keyfiyyətli tibbi xidmət göstərilməsidir. Məhz bu baxımdan, səhiyyədə aparılan islahatlar pullu xidmətin ləğv edilməsi, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı imzaladığı fərmanlar Azərbaycanın bütün bölgələrində yeni xəstəxanalar, diaqnostika mərkəzləri, klinikalar və digər tibb ocaqlarının fəaliyyətə başlamasına təkan verməkdədir. Bütün bu işlər, Naftalan şəhərindən də yan keçmir. Belə ki, 2008-ci ildə şəhər xəstəxanasının 2 korpusu dövlət büdcəsi vəsaiti hesabına əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunub. Şəhər xəstəxanasının kollektivi əsaslı təmir olunmuş xəstəxana binasında Qarabağ əlillərinə, şəhid ailələrinə, digər qeydiyyatda olan xəstələrə, eləcə də, şəhər əhalisinə və şəhərdə müvəqqəti məskunlaşan məcburi köçkünlərə daha keyfiyyətli xidmət göstərirlər. ötən il 1765 uşağın qızılca, difteriya, polimilit, tetanus əleyhinə peyvənd edilməsi, 939 uşağa qızılca və məxmərəyə qarşı peyvənd aparılması, 1418 uşağa vərəmin aşkar edilməsi üçün mantu sınağının qoyulması və digər sanitar sağlamlıq işlərinin aparılması bir daha onu göstərir ki, şəhərin səhiyyə sistemində əsaslı dönüş yaranıb. İl ərzində 17916 ambulator qəbul, 5200 evə çağırış olub. Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin və Profilaktiki Dezinfeksiya şöbəsinin tibbi kollektivi əhalinin sanitar sağlamlığının qorunması sahəsində ardıcıl və məqsədyönlü iş aparırlar.
Enerji təminatı: Şəhərin elektrik enerjisi ilə fasiləsiz təminatı daima diqqət mərkəzində saxlanılır. Belə ki, 2008-ci ildə elektrik enerjisilə əhalinin fasiləsiz təminatı məsələsində ciddi dönüş yaranıb. Şəhər əhalisini və şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünləri fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün əlavə tədbirlər görülüb. Şəhərin 4 saylı transformator məntəqəsində 2 ədəd 630 kvt. yeni transformator quraşdırılıb və həmin məntəqədən 9 mərtəbəli yaşayış binalarını qidalandırmaq üçün 200 metr yeni hava xətti çəkilib, 3 və 4 saylı transformator məntəqələri arasında 10 kvt-luq 150 metr hava xəttinin yeri dəyişdirilib, 7 və 8 saylı transformator məntəqələri arasındakı sıradan çıxmış 250 metr kabel yerüstü hava xətti yenisilə əvəz edilib, “Goran” sanatoriyasının ərazisindəki 350 metr hava xətti təzələnib, transformator məntəqələrində yanmış 6 ədəd yağ açarı dəyişdirilib.
Qazla təminat: Şəhər əhalisinin təbii qazla təminatı da diqqət mərkəzindədir. Belə ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanın bütün bölgələri ilə yanaşı, Naftalan şəhərinin də fasiləsiz təbii qazla təmin olunması üçün ardıcıl tədbirlər həyata keçirilir. 2008-ci ildə şəhər üzrə alınan təbii qazın dəyərinin 62,7 faizi ödənilib. Eyni zamanda, 2529 adonentə xidmət göstərən Qaz İstimarı İdarəsi tərəfindən 2008-ci ildə 500 ədəd sayğac quraşdırılıb.
Abadlıq və quruculuq: Şəhərin sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq Naftalanın mərkəzində inşa edilmiş Heydər Əliyev adına parkda yenidənqurma və tikinti işləri başa çatdırılıb. Ulu öndərimizin adını daşıyan park tamamilə yenidən qurulub, parkda 260 kv.m. sahəsi olan müasir standartlara cavab verən Heydər Əliyev Muzeyi tikilib. Ətraf ərazilər abadlaşdırılıb, yaşıllıqlar salınıb. Parkda quraşdırılmış fəvvarə isə istirahət məkanına xüsusi gözəllik verir.
Məcburi köçkünlərin sosial müdafiəsi daim diqqət mərkəzindədir: Şəhərdə müvəqqəti məskunlaşan məcburi köçkünlərə ötən illər ərzində Şəhər İcra Hakimiyyəti, eləcə də, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən böyük qayğı göstərilib. Qeyd edək ki, Naftalan Sanatoriya-Kurort Birliyinin 5 sanatoriyasında 898 ailədən ibarət 3056 nəfər məcburi köçkün məskunlaşıb ki, onların da sosial şəraitinin yaxşılaşdırılması üçün ardıcıl işlər aparılır. Nazirlər Kabinetinin müvafiq tapşırığına, əsasən, Xəzər Dəniz Gəmiçiliyi rübdə bir dəfə, “Dövlətqaçqınkom” isə  məcburi köçkünlərə hər ay ərzaq yardımı edir. Həmçinin, onlara 2008-ci ildə bir dəfə 30,350 manat dəyərində paltar, Daxili İşlər Nazirliyi tərəfindən isə 2 dəfə maddi yardım verilib.
2008-ci ildə yerli özünüidarəetmə orqanı kimi Naftalan bələdiyyəsi də şəhərdə aparılan quruculuq və abadlıq işlərində fəal iştirak edib, öz büdcəsi hesabına aztəminatlı ailələrə maddi yardım verib və ərzaq köməkliyi göstərib. Şəhərin “Qələbə” parkındakı subartezian quyusunu əsaslı təmir edib.
Naftalan nefti: min bir dərdin dərmanı...
Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir. Ta qədimdən indiyə kimi saysız-hesabsız xəstə bu neftin şəfaverici keyfiyyətindən bəhrələnib. Bu müalicə ocağında hər il on minlərlə adam sümük-oynaq, dəri, qadın xəstəliklərindən və uroloji xəstəliklərdən müalicə olunur. Elə buna görə də, respublikamızın şəhər və rayonlarından, xarici ölkələrdən hər il çoxlu sayda xəstə bura pənah gətirir...
Bir qədər keçmişə ekskursiya edək: Naftalan nefti 1868-1914-cü illər ərzində əl ilə qazılaraq 20-yə qədər quyudan çıxarılıb. Bu quyulardan 1905-1914-cü illərdə cəmi 1000 tona yaxın Naftalan nefti çıxarılıb. XIX əsrin axırlarında alman mühəndisi Eger Naftalan yatağını istismar etmək hüququ əldə edib. O, bu neftin müalicəvi əhəmiyyətini bilərək iki növ məhsul istehsalını həyata keçirib: “Naftalan” və “Kojelan”.
Bu məhsullara böyük tələbat vardı və əsasən də, onlardan dəri xəstəliklərinin müalicəsi üçün geniş istifadə olunurdu. O vaxtlar Eger kiçik bir zavod tikdirib və bu müəssisədə naftalanın hazırlanma texnologiyasını gizli saxlayaraq sürtkü yağı adı ilə istehsal edib. Bu məhsul dünyada çox geniş yayıldı və şöhrət qazandı. Həmin dövrdə Naftalana aid heç bir ədəbiyyat və oxu məlumatı yox idi. İlk yazılı ədəbiyyat Egerin reklam nəşri oldu. Bu məcmuəyə Egerin Naftalan neftinin reklam xarakterli təbliği materialından başqa, görkəmli həkimlərin 600-dən artıq müsbət mülahizələri və fikirləri də daxil edilib. Naftalan neftinə aid ilk mülahizələr 1896-97-ci illərdə rus dilində Rozenbauma, ondan sonra Malışevə, Mendeleyevə, Boruzoviçə aiddir. Beləliklə, I Dünya Müharibəsi başlandıqdan sonra Eger öz işlərini dayandırıb, onun kiçik zavodu dağılıb, məhsul istehsalının resepti yoxa çıxıb.
Naftalan neftindən istifadənin yeni mərhələsi 1927-ci ildən başlanır. 1928-ci ildə qazıntı işlərinin aparılması “Azərdağkimya” Trestinə tapşırılır. Bununla da, müalicə yeri yaradılır, axtarışlar davam etdirilir. 1929-30-cu illərdə 14, 15, 16 saylı quyular qazılır və Naftalan mədənləri “Azneft”in tabeliyinə keçir. Qazma işləri yenidən həyata keçirilir, burada qəsəbə salınır, yaşıllaşdırılır, asfalt yol çəkilir və abadlıq işlərinə başlanılır. 1929-cu ildə Azərbaycanda yarxo resepti üzrə naftalan sürtkü yağı hazırlanmağa başlanılır. Bu illərdə professor çlenov naftalanı dəri xəstəliklərinin müalicəsi üçün təklif edir. Bununla da, Naftalanda müalicə olunanların sayı sürətlə artmağa başlayır. 1929-32-ci illərdə burada müalicə olunanların sayı 920-dən 3000 nəfərə çatır.
1935-ci ildə qəsəbə ətrafında 14 dərin kəşfiyyat quyusu qazılır. Ərazinin geoloji strukturu müəyyənləşdirilir və planlı şəkildə neftli layların yeri, quyuların iş rejimi haqqında məlumat toplanılır və naftalan hasilatı ilbəil artırılır. 1931-ci ildə Azərbaycan Xalq Səhiyyə Komitəsinin sərəncamı ilə Xalq Səhiyyə Komitəsinin Kliniki Tədqiqat İnstitutunda 18 çarpayılıq stasionar şöbəyə malik Naftalan şöbəsi açılır və professor çlenov Naftalan neftinin müalicəvi keyfiyyətlərini öyrənmək sahəsində də geniş təşviqat işləri aparır...
1982-ci ildə “Naftalan” Kurort Birliyi yaradılıb. Bu birliyə daxil olan “Mil”, “Goran”, “Qarabağ”, “Azərbaycan” sanatoriyaları 1982-ci ilin fevralından, “çinar” sanatoriyası həmin ilin oktyabr ayından, “Şirvan” sanatoriyası isə 1987-ci ilin fevralından fəaliyyət göstərir. Hazırda bu sanatoriyaların çoxunda məcburi qaçqın və köçkünlər yerləşdirilib.
Naftalan nefti özünün fiziki-kimyəvi xassələrinə görə digər növ neftlərdən kəskin fərqlənir. Onun tərkibində parafin karbohidrogenləri yoxdur. Başlanğıc qaynama temperaturu yüksək olduğundan (190-220 C) bu neftdə benzin fraksiyası da olmur.
Müalicəvi Naftalan nefti vanna üsulu ilə bir neçə dəfə istifadə olunur və istifadədən əvvəl 36 dərəcəyə qədər qızdırılır. Belə bir neçə dəfə istifadə olunan neftin fiziki-kimyəvi xassələri dəyişməyə bilməz. Hələ Böyük Vətən müharibəsi illərində Naftalan neftindən yaralı xəstələrin müalicəsində geniş istifadə edilib. Naftalan əsgər qospitallarında hərbi-döyüş yaralılarının, daxili xəstəliklərin, periferik sinir sistemi zədələnmələrinin və s. müalicəsində istifadə edilib. Naftalan nefti Tanrının xalqımıza bəxş etdiyi daha bir əvəzsiz nemətidir.
Perspektivdə Naftalan necə görünür?
Yuxarıda da qeyd etdiyimiz kimi, hazırda Naftalanın kurort şəhəri kimi yenidən qurulması prosesi gedir. Artıq şəhərdə 3 sanatoriya tikilib və istifadəyə verilib: “Şəfa vannaları”, “İstirahət və Sağlamlıq Mərkəzi”, “Möcüzəli Naftalan”. 400 yerlik “çinar” adlı sanatoriya isə yenidən qurulur...
Bu gün “Mil”, “Goran”, “Qarabağ”, “Azərbaycan” və “Şirvan” sanatoriyalarında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş insanlar yaşayır. Adları çəkilən sanatoriyalar isə keçmiş sovet dönəmində ən məşhur kurort mərkəzlərindən olublar. Bu baxımdan da, həmin sanatoriyaların fəaliyyətinin yenidən qurulması üçün bir sıra tədbirlər planı hazırlanıb. Nəzərdə tutulmuş işlərə əsasən yaxın müddətdə Naftalan şəhərində həmin sanatoriyalarda məskunlaşmış məcburi köçkünlərin daha rahat mənzillərdə yaşamaları üçün 688 ailə üçün mikrorayon salınacaq. Mikrorayonun məktəbi, bağçası və digər bütün sosial obyektləri inşa olunacaq. Naftalan şəhərində səfərdə olarkən, artıq layihələndirmə işlərinin aparıldığının şahidi olduq...
Beləliklə, bu mikrorayonun salınmasından sonra yenidən restavrasiya olunacaq sanatoriyalar, digər dörd sanatoriya ilə birlikdə daha çoxlu insan qəbul edəcək. Bu isə öz növbəsidə həm ölkənin, həm də şəhərin gəlirlərinin artması və insanların sosial müdafiəsinin daha etibarlı qorunmasına gətirib çıxaracaq...
Yuxarıda sadalanan işlərin görülməsi ilə yanaşı, Naftalan şəhərinə gələn əsas yol yenidən qurulacaq. Həmçinin, Naftalan şəhər hava limanında restavrasiya işlərindən sonra çarter reyslərilə fəaliyyət göstərəcək “Boinq” təyyarələri qəbul ediləcək. Bununla yanaşı, Naftalan şəhərində kurort mərkəzlərində müalicənin aparıldığı neft də istifadədən sonra gəlir gətirə bilər. Yəni, bir neçə dəfə müalicə vasitəsi kimi, istifadə olunan neftin təkrar istehsalından müxtəlif kosmetik dərmanlar, vasitələr hazırlamaq mümkündür. Bunun üçün isə şəhərdən bir qədər kənarda həmin vasitələri hazırlamaq üçün istehsal müəssisəsi yaradıla bilər. Bu da öz növbəsində yeni iş yerləri və əlavə gəlir mənbəyi sayılır. Əlbəttə ki, təbii neftdən əldə olunan kosmetoloji vasitələrin satışı üçün bazar axtarmaq lazım gəlməyəcək. çünki, bütün işlər həyata keçirildikdən sonra Naftalan kurort şəhəri ildə 100 mindən artıq insan qəbul edə biləcək. Bu da ki, əla alıcı potensialı deməkdir...
Naftalanın Avropanın bir çox inkişaf etmiş şəhərləri ilə qardaşlaşması da bu məsələdə öz müsbət nəticəsini verə bilər.
Naftalanlılar YAP-ı dəstəkləyir...
Naftalan şəhərinin kurort mərkəzi olmasına və əhalisinin azlığına baxmayaraq, buranın insanları ictimai-siyasi proseslərdən kənarda qalmırlar. Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Möhübbət Əliyevin sözlərinə görə, şəhər təşkilatı özündə 36 ərazi təşkilatını və 797 üzvü birləşdirir. Qarşıdan gələn bələdiyyə seçkilərilə bağlı hazırlıqlara toxunan M.Əliyev seçki qərargahının yaradıldığını və fəaliyyət planının təsdiqləndiyini söyləyib: “Artıq şəhər təşkilatının fəalları hərfətərli fəaliyyət üçün hazırdır. Əminəm ki, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də qələbə qazanacağıq. çünki, naftalanlılar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam  etdirilən  siyasəti dəstəkləyir. Və onlar bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1748 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30