/ / Diasporla İş üzrə Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Diasporla İş üzrə Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
31.01.2017 [09:38]
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov yanvarın 30-da Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Nazim İbrahimov qonaqları yenidən Bakıda görməkdən məmnunluğunu ifadə edib. O, Amerika Yəhudi Komitəsi ilə bir neçə il əvvəl başlayan əməkdaşlığın ilbəil inkişaf etdiyini vurğulayıb və bundan sonra münasibətlərin yüksələn xətlə davam edəcəyinə inandığını deyib. Komitə sədri Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirib. Artıq diasporlar arasındakı əlaqələrin dövlətlərarası münasibətlərin inkişafına da stimul verdiyini qeyd edən Dövlət Komitəsinin sədri bu sahədə Amerika Yəhudi Komitəsinin əməyini xüsusi vurğulayıb.
Amerika Yəhudi Komitəsinin icraçı direktor David Harris ABŞ-dakı prezident seçkilərindən sonra nümayəndə heyətinin Azərbaycana ilk səfərinin olduğunu qeyd edib. Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin inkişafına böyük önəm verdiklərini bildirən qonaq bildirib ki, bu səfər əlaqələrin gələcək inkişafına öz töhfəsini verəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü barədə danışan Devid Harris bu görüşü yüksək qiymətləndirib. O, daha sonra İsrailin Baş naziri Benyamin Netanyahunun ötən ilin dekabrında Azərbaycana səfərini qeyd edərək bu səfəri yüksək dəyərləndirdiyini, ikitərəfli münasibətlərin inkişafında bu səfərin çox böyük rolu olduğunu bildirib. Devid Harris, həmçinin qeyd edib ki, ABŞ-ın yeni Prezidenti Donald Tramp iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayan şəxsdir.
Görüşdə, həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.
Xatırladaq ki, Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti yanvarın 28-dən Bakıda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33

