Yaroslavlda Novruz şənliyi keçirilib
29.03.2016 [11:03]
Rusiya Federasiyasının Yaroslavl vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti İctimai Birliyi tərəfindən Novruz bayramına həsr olunan tədbir keçirilib. Bayram tədbirində Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, Yaroslavl vilayətinin rəsmiləri, bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr, yerli sakinlər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin rəhbəri Osman Hüseynov Novruz bayramı münasibəti ilə iştirakçıları təbrik edərək bildirib ki, Novruz təbiətin oyanması, həyatın dirçəlməsi, bolluq, bərəkət və təravət rəmzidir. O, bu şad gündə hamıya firavanlıq, sülhə və inkişafa səsləyən bütün niyyətlərin həyata keçməsini arzu edib.
Yaroslavl qubernatorunun milli məsələlər üzrə müşaviri Aleksandr Şevçenko Azərbaycan diasporunun fəaliyyətini müsbət qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra tədbirdə Yaroslavl şəhər merinin təbrik məktubu səsləndirilib.
Tarixçi-alim, Yaroslavl universitetinin müəllimi İmaməddin Almazov Novruz bayramının qaynaqlarından və ənənələrindən danışaraq bildirib ki, yaz gecə-gündüz bərabərliyinin, təbiətin yenilənməsinin rəmzi olan Novruz Azərbaycan xalqının ən sevimli bayramlarından biridir. O, şənliyə toplaşanları Novruz bayramı, eləcə də qarşıdan gələn Pasxa bayramı münasibətilə təbrik edərək deyib ki, UNESCO 2009-cu il sentyabrın 30-da Novruzu Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edib.
Çıxışların ardından bayram şənliyi bədii proqramla davam edib. Yaroslavl vilayətində yaşayan həmyerlilərimizdən Nəriman Musayevin, aşıqlar - İlqar Mustafayev və Rəhman Qazaxlının ifa etdiyi mahnılar, Nurana Hüseynova və Nizami Qəmbərovun təqdimatındakı milli rəqslərimiz, eləcə də Novruz bayramının atributlarından olan Kosa və Keçəlin şən zarafatları tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Bayram şənliyinin sonunda Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin rəhbəri Osman Hüseynov bir qrup fəal diaspor üzvünə Novruz bayramı hədiyyələri təqdim edib.
Bayram şənliyi iştirakçıları həmçinin Azərbaycan milli mətbəx nümunələrindən, eləcə də Novruz bayramı təamlarından olan paxlava və şəkərburadan dadıblar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

