BDU-da Avropa hüququ və milli qanunvericiliklə bağlı konfrans keçirilib
02.12.2015 [10:11]
Bakı Dövlət Universitetində (BDU) “Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
Tədbir Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20-ci, BMT-nin və UNESCO-nun yaradılmasının 70-ci, Avropa Konvensiyasının qəbulunun 65-ci ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, Azərbaycan, Almaniya, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri konfransda BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib.
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini xatırladan rektor ölkənin Əsas Qanununun hazırlanmasında və qəbul edilməsində Ümummilli lider Heydər Əliyevin tarixi rolundan danışıb.
Bakı Dövlət Universiteti ilə Almaniyanın Vürzburq Universiteti arasındakı əlaqələrdən söz açan akademik A.Məhərrəmov bu əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə Konstitusiya Gününün geniş qeyd olunmasının əhəmiyyətini xatırladıb, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Ölkəmizin dinamik inkişaf etdiyini vurğulayan F.Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının əhəmiyyətini, respublikamızda hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunda qazanılan uğurları diqqətə çatdırıb.
Vürzburq Universitetinin prorektoru, professor Ekxard Paxe, BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev konfransın səmərəli olacağına əminliklərini vurğulayıblar. Qeyd olunub ki, konfransda ingilis dilində 35 məruzə dinləniləcək.
Sonra Azərbaycandan və xarici ölkələrdən olan alimlərin “Avropa dəyərləri və Avropa hüquq düşüncəsi”, “Avropa İttifaqı hüququnun aktual məsələləri” və digər mövzularda məruzələri dinlənilib, müzakirələr aparılıb.
Beynəlxalq konfrans dekabrın 2-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

