BÜTÜN YOLLAR MƏBƏDƏ APARIRDI...
13.11.2015 [10:06]
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun “Qafqaz Albaniyasının intibahı” layihəsinin proqramı üzrə 7 noyabr 2015-ci il tarixində möhtəşəm qədim alban xristian məbədlərinin yerləşdiyi Qəbələ rayonuna yola düşməliydik. Həmin gün çiskinli bir səhərin açılmasına baxmayaraq, planlaşdırıldığı kimi, avtobusla Qəbələ istiqamətində hərəkətə başladıq. Təbiət nədənsə yolboyu səfər üçün əlverişsiz şərait yaratmağa cəhd edirdi. Hava heç cür açılmaq istəmirdi. Hələ bu azmış kimi yağış yağmağa başladı. Bir qədər sonra qatı duman yolumuzun üstünə çökdü. Qarşıdan gələn avtomobillər ancaq yaxınlaşanda göründüyü üçün avtobusu idarə edən sürücü hərəkət sürətini azaltmalı oldu. Buna görə Qəbələyə nisbətən gec çatdıq. Nəhayət, bu da Qəbələ şəhəri...
Yox, bu, Sovet dövründə bölgələrə səfər edərkən görməyə alışdığımız şablon görünüşlü adi rayon mərkəzi deyildi. Meqapolis standartlarına uyğun gəlməsə də, biz səliqəli, təmiz bir şəhərdəydik. Qəbələdə ilk dayanacağımız müasir üslubda tikilmiş, əzəmətli Qəbələ rayon Mədəniyyət evi oldu. Binanın içərisi ilə tanışlıq heyranlıq hissini bir qədər də artırdı. Hər tərəfdə bahalı mərmər daşlar bərq vururdu. Rayonun əlaqədar təşkilatlarının nümayəndələrinin müşayiəti ilə bütün yüksək tələblərə cavab verən konfrans zalına daxil olduq və Qəbələnin arxeoloji, memarlıq abidələrinin ölkə, o cümlədən, bölgə sakinlərinin maarifləndirilməsi işində əhəmiyyəti məsələsinə həsr olunmuş “dəyirmi masa” tədbiri başlandı. Nümayəndə heyətimizin tərkibində tarixçi, arxeoloq, memar, numizmat ixtisaslı alimlərin olması söhbəti müxtəlif aspektlərdə aparmağa imkan verirdi. Tədbir çox fəal keçdi. Qəbələlilər “dəyirmi masa”da fəallıq nümayiş etdirir, Bakıdan gəlmiş ziyalılara nəyinsə xatirinə deyil, düşünülmüş, məntiqli suallar verirdilər. Hiss olunurdu ki, həmin suallar, həqiqətən də, onları maraqlandırır. Əvvəllər “Albaniya” sözünü eşidəndə təsəvvüründə Balkan yarımadasındakı müasir ölkəni canlandıran sıravi azərbaycanlıdan əsər-əlamət belə qalmamışdı. Bu, bizi çox sevindirdi.
“Dəyirmi masa” uğurla başa çatdıqdan sonra bizi Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinə dəvət etdilər. Teatr asılqandan başladığı kimi, gözləmədiyimiz halda Qəbələ muzeyi onun qapısından başladı. Əgər hətta bu muzeyin içərisində heç bir maraqlı eksponat olmasaydı belə, təkcə onun qapısına baxmaq üçün buraya gəlməyə dəyərdi. Sanki qarşımızda “Əlibaba və qırx quldur” nağılı canlandı. Muzeyin direktoru darvaza yerindəki iri bir qaya parçasına bir barmağı ilə yüngülcə toxunan kimi həmin ağır daş hərəkətə gələrək girişi açdı. Məlum olduğu kimi, Qəbələ rayonu ərazisində eneolit dövründən başlamış müasir dövrümüzə qədər geniş xronologiyaya malik müxtəlif abidələr mövcuddur. Həmin abidələr zəngin eksponatlar vasitəsi ilə muzeydə kifayət qədər dolğun əks olunmuşdu. Muzeydən xoş ovqatla ayrıldıq.
Qəbələ səfərimizin sonuncu istiqaməti rayonun udin icmasının kompakt yaşadığı Nic kəndindəki Cotari alban-udi xristian məbədinə oldu. Qəbələdə olduğumuz bütün müddət ərzində yağan yağış biz məbədə çatdıqda qəflətən ara verdi. Cotari məbədinin daha qədim müqəddəs Yelisey məbədinin yerində təqribən 300 il bundan əvvəl tikildiyi güman edilir, lakin arxeoloji qazıntıların aparılmaması hələlik həmin fikri qəti surətdə təsdiq etməyə imkan vermir. Məbəd əsaslı təmirdən sonra 2006-cı ildə dini fəaliyyət göstərən kilsə kimi xristian udilərin ixtiyarına verilmişdir. Bizə izah olundu ki, kilsəyə ayaqqabıları çıxarmadan, kişilər başıaçıq, qadınlar isə başıörtüklü daxil ola bilərlər. Həmin qaydaya riayət etməklə içəri keçdik. Məbədin xarici görkəmi nə qədər sadədirsə, daxili görünüşü bir o qədər əzəmətlidir. Ətraf mühitin təzyiqi və sıxıntısı məbədin içərisində tamamilə yoxa çıxır. Burada insan özünü bütün aləmdən təcrid olunmuş kimi hiss edir. İçəridəki yumşaq, həzin xarakterli müsbət aura dərhal ziyarətçini öz ağuşuna alır.
Məbədi tərk edərkən yenidən başlanan yağışla ətraf mühit bir daha özünü bizə xatırlatdı. Səma artıq tamamilə qaralmaq üzrə idi. Başqa abidələri də ziyarət etmək istəsək belə, bu artıq mümkün deyildi. Bakıya dönmək lazım idi. Qayıdışımız da gəlişimiz kimi oldu. Yağışın ardınca qaranlıq yola qatı duman çökdü, lakin bu duman tariximizin öyrənmək istədiyimiz səhifələrini öz ağuşuna ala bilmədi. Bu səfər Azərbaycanın maddi-mədəni irsinin varisləri olan bizlər üçün sirlə dolu tariximizin kiçik bir parçasını canlandırmışdı və bu qatı dumanın qaranlıqlarını arxada qoymuşdu.
Mübariz Xəlilov,
tarix üzrə fəlsəfə doktoru,
AMEA Arxeologiya və etnoqrafiya
İnstitutunun “Orta əsrlər arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi
8 noyabr 2015-ci il
Bakı-Qəbələ-Bakı
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30

