Şuşanın işğalından 23 il ötür...
08.05.2015 [09:25]
Azərbaycanın mədəniyyət mərkəzlərindən sayılan Şuşa şəhərinin ermənilər tərəfindən işğalı nəticəsində milli-mənəvi irsimizə böyük ziyan vurulub
Bu gün Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri olan Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 23 il ötür. Məlum olduğu kimi, ermənilərin bir neçə gün davam edən hücumlarından sonra 1992-ci il mayın 8-də Şuşa işğal edilib. 289 kv.km ərazisi olan Şuşanın işğalı zamanı 480 nəfər günahsız insan qətlə yetirilib, 600 nəfər yaralanıb, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 68-ə yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, 25 minə yaxın insan məcburi köçkünə çevrilib. Ermənilər Şuşada 279 mədəni, tarixi və dini abidəni, 2 sanatoriyanı, 70 yerlik turist bazasını, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıb, talan edib, erməniləşdiriblər. Şuşa Dövlət Dram Teatrı, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəylinin, Bülbülün, Mir Möhsün Nəvvabın ev muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, məşhur Gövhər Ağa məscidi və daha bir neçə məscid hazırda işğal altındadır.
XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilən Şuşa əvvəlcə Pənahəli xanın şərəfinə Pənahabad adlandırılıb. Çox keçməyib ki, Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. İşğala qədər rayon mərkəzi kimi fəaliyyət göstərib. Şuşanı məşhurlaşdıran, sevdirən isə təbiəti ilə yanaşı görkəmli şəxsiyyətləri və musiqisi olub. “Şərqin konservatoriyası” adlandırılan Şuşa Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir. Qədim memarlıq və incəsənət abidələrini isə sadalamaqla qurtarmaz. Bəzi mənbələrdə göstərilir ki, işğala qədər şəhərdə qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi olub. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, qala divarı Şuşanın simvollarından sayılırdı.
Əsrlərdən bəri davam edən erməni təcavüzünün ilk qurbanlarından biri məhz Şuşa şəhəri olub. 1905-1906-cı illərdə Cənubi Qafqazda ermənilərin növbəti soyqırımı siyasətinə başladığı dövrdə ən kəskin döyüşlər Gəncə quberniyasının Şuşa və Gəncə şəhərlərində baş vermişdi. Əsrin sonlarında növbəti təcavüz isə Şuşanın işğalını gerçəkləşdirdi...
Onu da xüsusi olaraq vurğulayaq ki, Şuşa şəhəri Ulu öndər Heydər Əliyevin 1969-cu ildə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə mədəniyyət mərkəzi kimi təşəkkül tapmağa başlayıb. Ümummilli lider Heydər Əliyevin 1969-82-ci illərdə xüsusi diqqət və qayğısı nəticəsində Şuşa qısa zamanda kurort şəhərinə çevrildi. Şuşanı qoruq şəhəri elan edən Ulu öndər Heydər Əliyev tarixi abidələri bərpa etdirib, Molla Pənah Vaqifin məqbərəsinin açılışı gerçəkləşdirilib. Həmin illərdə Şuşada ümumittifaq əhəmiyyətli sanatoriya və turist bazası istifadəyə verilib. Şirlan kəndindən şəhərə mineral Turşsu xətti çəkilib. Səhiyyə, təhsil, sənaye obyektləri istifadəyə verilib.
Lakin ötən əsrin sonunda baş verən növbəti təcavüz bu inkişafı birdəfəlik dayandırıb və Şuşa süqut edib. Bu süqut böyük məbləğdə maddi vəsait və mənəvi ziyanla müşayiət olunub. 37 kənd, 1 qəsəbə və 1 şəhər - bütövlükdə Şuşa rayonu işğal olunub. 6800 yaşayış evi dağıdılıb. İşğal nəticədə qaçqın düşən rayon əhalisi hazırda ölkəmizin 50 rayon və şəhərində, 200 yaşayış məntəqəsində məskunlaşıblar. Dəymiş ziyanın dəyəri isə hər hansı rəqəmlə ölçülə bilməz. Ermənilər Şuşada elə abidələri məhv ediblər ki, onun nəinki mənəvi dəyərini, hətta maddi dəyərini hesablamaq çətindir.
Yeri gəlmişkən, 1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 ha ərazini əhatə edirdi. 1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib. Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı isə ermənilər tərəfindən kəsilib.
Onu da qeyd edək ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında Sərəncam imzaladı. Bu Sərəncam erməni təcavüzü haqqında həqiqətlərin aşkar edilməsi və dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Bu həm də ona dəlalət edir ki, Azərbaycan öz prinsipial, qətiyyətli mövqeyindən heç bir halda geri çəkilməyəcək və işğal altında olan ərazilərin azad edilməsi üçün bütün vasitə və resurslardan istifadə edəcək. Ermənistanın işğalçı siyasətini davam etdirməsinə baxmayaraq, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi praqmatik xarici siyasət kursu sayəsində işğal altındakı ərazilərimiz azad ediləcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

